METODİKA
AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2
61
http://journal.edu.az
Müəllif:
Sahil Cəfərov —
Lənkəran Dövlət
Universiteti, pedaqogika
üzrə fəlsəfə doktoru.
Azərbaycan, Lənkəran.
E-mail:
sahilceferov77@mail.ru.
Açar sözlər:
Sosiallaşma, inteqrativ,
təhsil strategiyası, təlim
formaları, təhsilin
məzmun elementləri,
interaktiv metodlar,
pedaqoji işin təşkili,
ünsiyyət tələbatı, fəaliyyət
məhsulu, fikri fəaliyyət,
qiymətləndirmə forması
Annotasiya.
Məqalədə şagird şəxsiyyətinin sosiallaşmasını
şərtləndirən müasir dərsin əsas imkanları barədə fikir və ideyalar
irəli sürülüb, müasir dərsin təşkili formaları haqqında geniş izah
verilib. Bundan başqa, müasir dərsin mərhələləri barədə və bu
mərhələlərdə şagirdin fəallığının təşkili məsələləri qeyd olunub.
Əsas diqqət şagird şəxsiyyətinin sosiallaşmasının istiqamət-
ləndirilməsi probleminə yönəldilib. Burada şagirdin müasir
dərsdə pedaqoji işin təşkili şəraitində ünsiyyət tələbatının
ödənilməsi, habelə şagird kollektivində qarşılıqlı münasibətlər
sisteminin yaradılması məsələləri qeyd olunmuşdur. Şagirdin
şəxsi mövqeyinin önə çıxarılmasına istiqamətlənən proqramların
fərdi xarakterdə tətbiqinə zərurət ondan irəli gəlir ki, bu şəraitdə
hər bir təhsilalanın biliyinin fərdi inteqrasiyasına münbit sosial-
pedaqoji zəmin formalaşır. Qeyd etmək lazımdır ki, pedaqoji işə
bu cür yanaşma təhsildə davamlı perspektivlərə yol açır. Pedaqoji
işin qeyd etdiyimiz mahiyyətdə aparılması həm də təhsilin
məzmun elementlərinin və dərsin strukturunun ayrı-ayrı
mərhələlərinin pedaqoji-psixoloji əsasda sosial-məntiqi cəhətdən
əlaqələndirilməsinə imkan verir. Məqalədə həm də təlimin
keyfiyyətinin yüksəldilməsi yolları barədə geniş elmi yanaşmalar
və praktik nümunələr göstərilmişdir.
Şagird şəxsiyyətinin sosiallaşması
prosesində müasir təlim metodlarının
rotasiyası