Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   2   3   4   5   6   7   8   9   ...   19
Sahil Jafarov

Sahil Jafarov

DOI: 

10.32906/AJES/683.2018.02.05



To cite this article:

Jafarov S. (2018) Rotation of the modern teaching methods in the process of student socialization.

Azerbaijan Journal of Educational Studies. Vol. 683, Issue II, pp. 61–74

Article history 

Received: 04.07.2018; Accepted: 19.09.2018




Giriş

Təlim strategiyası dedikdə tədris prosesində

istifadə  olunan  forma,  üsul,  vasitə  və

yanaşmaların məcmusu başa düşülür. Həmin

strategiyanın  məzmunu,  ilk  növbədə,  təlim

formalarında  yeni  perspektivlərə  yol  açır.

Sosial-pedaqoji planda təlim formaları aşağı-

dakı kimi sistemləşdirilir.

Təlim formalarının ilkin və sadə mərhələsi

«Fərdi  iş» formasıdır.  «Fərdi  iş»  şagirdin

fəaliyyətini  izləmək,  potensial  imkanlarını

müəyyənləşdirmək və inkişaf etdirmək məqsə-

di daşıyır [Qəhrəmanov A. 2012; Veysova Z.A.

2012]. Şagirdin müstəqil fəaliyyəti üçün elmi-

pedaqoji  və  metodik  imkanlar  yaradıldıqda

həm  onun  tədqiqatçılıq  qabiliyyəti,  həm  də

daxili potensialı artır. Böyük alman pedaqoqu

P.Natorpun qeyd etdiyi kimi, «...nəticədə insan

artıq kənar şəxslərin deyil, daxili potensialının

hesabına  cəmiyyətdə  fəal  mövqe  qazanır,

formalaşır və mükəmməl sosiallaşma yolunu

keçir» [ Əlizadə Ə., Bayramov Ə. 2003, s.176].

«Fərdi iş» zamanı şagirdin idraki və psixo-

motor  imkanları  genişlənir,  onun  kommu-

nikativ  bacarıqlarının  formalaşması  üçün

pedaqoji və psixoloji zəmin formalaşır,  ünsiyyət

qurmağa mənəvi-psixi cəhətdən hazırlıq  təmin

olunur.    «Fərdi  iş»  formasının  reproduktiv

xarakter  daşıması,  yəni  şagirdlərə  verilən

tapşırıqlarda müstəqil tədqiqat və yaradıcılıq

xarakterinin  olması  nəticəsində  onların

istifadəsi  öz  növbəsində  lazım  olan  sərbəst

və yaradıcı düşünmə qabiliyyətli keyfiyyətlərini

inkişaf  etdirməyə  şərait  yaradır  [Ağayev  Ə.

2006, s.145 ]. Buna görə də bir çox hallarda

bu  iş    formasının  xarakterik  elementləri

tədqiqatçılıq  və  yaradıcılıq  prinsipləri  ilə

zənginləşdirilməlidir. 


Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin