«Cütlərlə iş». Təlim işində «Cütlərlə iş»
formasından istifadə zamanı şagirdlər cüt-
cüt qruplaşaraq müəyyən nailiyyətlər əldə
edirlər [Abdulov R. 2005, Ağayev Ə. 2006,
Əlizadə H. 1998]. «Cütlərlə iş» formasında
fərdi iş formasına nisbətən şagird fəaliyyətinin
məzmunu genişlənir. Bu prosesdə fəaliyyətin
növü təlim olsa da, şagirdlərdə həm də qarşılıqlı
ünsiyyət bacarıqlarının formalaşmasına geniş
sosial-pedaqoji zəmin yaranır: İlk növbədə,
müəllim-şagird əməkdaşlığı yeni mahiyyətdə
qurulur; dərsdə görüləcək işin ağırlıq
dərəcəsinin və mərkəzinin tədricən şagirdin
üzərinə köçürülməsinə şərait yaranır; pedaqoji
prosesin ənənəvi qaydalardan xilas olunaraq
interaktiv formalar qazanmasına elmi-metodiki
zəmin yaranır. «Cütlərlə iş» formasının tətbiqi
prinsip etibarı ilə bir neçə istiqamətlər üzrə
sosial-pedaqoji faydalar verir. Həmin
istiqamətlərin aşağıdakı formalarda tətbiq
olunmasını məqsədəuyğun sayırıq.
• Şagirdlər hər hansı tapşırığın həlli
prosesində bir-birlərinə pedaqoji yardım edir,
fərdi fəaliyyətdən birgə fəaliyyətə keçid alırlar.
Şagird yalnız ona məxsus olan təbii imkanlara,
xüsusiyyətlərə, fərdi qabiliyyətlərə və
məqsədlərə malik olan, fəal və sərbəst hərəkət
edən, qərarlar qəbul edən subyektiv yanaşma
statusundan birgəfəallıq statusuna keçid alır
və şəxsi mövqe nümayiş etdirir. «Cütlərlə iş»
formasında müəllim və şagirdlərin müəyyən
qaydada və rejimdə həyata keçirilən birgə
fəaliyyətinin sosial-pedaqoji ifadəsi üzə çıxır.
Sosial səbəblər və didaktik sistemlərin inno-
vatik təhlili onu deməyə əsas verir ki, «cütlərlə
iş» formasının düzgün qurulması və istifadəsi
nəticəsində ciddi reqlamentə, sərt pedaqoji
qaydalara əsaslanan standart dərslər tədricən
öz yerini qeyri-standart dərslərlə əvəzləyir.
Bu baxımdan, qarşılıqlı müzakirələrin ilkin
fazasını təşkil edən «cütlərlə iş» forması istər
sosial-pedaqoji, istərsə də mənəvi-psixoloji
baxımdan bütün parametrlər üzrə təhsil işinin
məqsədinə tam uyğun gələn təlim formala-
rından biridir.
• Şagirdlərlə cari verilən tapşırıqların
müzakirəsindən başqa, ev tapşırıqlarının
yerinə yetirilməsi və ya müzakirəsi barədə
də qarşılıqlı məsləhətləşmələr və fikir
mübadilələri aparılır. Bu prosesdə əsas
elementlər idraki təlim və real həyati
problemlərin həlli ilə bağlı əməkdaşlığın əks
etdirilməsi və tapşırıqların həlli zamanı
mümkün metod və üsullardan istifadənin
təmin olunması ilə bağlıdır. Cütlərin məzmun
sahəsi üzrə düşünmə prosesinin sürət-
lənməsində interaktiv mühitin nümayiş et-
dirdiyi effektivlik onların təlimi və ünsiyyəti
üçün sosial-pedaqoji ölçü rolunu oynayır. İki
şagirdin qarşılıqlı, interaktiv şəkildə fəaliyyəti
zamanı müxtəlif məzmunlu yanaşmalardan
yaranan əsas çətinlik təlimə nəzarəti qarşı
tərəfə doğru yönəldərkən əmələ gəlir [Плот-
кин М.М. 2003, Шишов С. 1999]. Buradan
belə bir qənaətə gəlmək olur ki, pedaqoji işin
təşkili zamanı təlim məqsədləri birmənalı
olaraq təhsilin məzmununun mənimsə-
nilməsinə deyil, həm də situativ, interaktiv,
perspektiv, şərti, ilkin və modern strukturda
formalaşdırılmalıdır ki, şagirdlərin qarşılıqlı
ünsiyyətinin davamlılığı üçün rəngarəng sosial-
pedaqoji mühit yaransın. Təlimin məqsədi
düzgün və dəqiq normalar səviyyəsində
seçildikdə şagirdlərin özlərinin hiss etdikləri
tələbat və ehtiyaclara görə yeni və davamlı
fəaliyyət forması yaranır.
• «Cütlərlə iş» formasında şagirdlər qarşılıqlı
qiymətləndirmə və qarşılıqlı yoxlamalar
keçirəndən sonra fəaliyyət məhsullarını
müəllimə təqdim edirlər. Təlimin mükəmməl
forması kimi «cütlərlə iş» formasında iki şagird
cütlər üçün müəyyənləşmiş tapşırığın həlli
Dostları ilə paylaş: |