Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61


Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Sahil Jafarov

Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası

65

http://journal.edu.az




şəraitində  şagirdlərdə  təkmilləşmiş  zehni

fəaliyyətin köməyi ilə ümumi məqsədə çatmağa

və tapşırıqları yerinə yetirməyə imkan verən

yeni  üsul  və  vasitələr  tapmaq  və  yaratmaq,

şəxsi yanaşmalardan istifadə etmək mümkün

olur.  İdrak  fəaliyyəti  yeninin  axtarılması  və

kəşfidir. Yaranmış sosial-pedaqoji keçidlər öz

növbəsində hər bir şagirddə təlim prosesində

öz bacarığını nümayiş etdirməsi, özünə inamın

artması,  özünü  tam  dəyərli  tərəf  kimi  dərk

etməsi  üçün  daxili  inam  yaradır.  Yaranmış

problemin həlli üçün fərdin və qrup üzvlərinin

fəaliyyətlərinin  qarşılıqlı  surətdə  bir-birini

tamamlaması hesabına hər bir şagird müstəqil

şəxsiyyət kimi formalaşma yolunu keçir. 

Şagirdin  idrak  fəaliyyətinin  aktivləşməsi,

əsasən,  müasir  dərsin  ilkin  mərhələsində  -

motivasiya mərhələsində reallaşır. Çünki əsas

problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar

doğurur və bunları yoxlamaq üçün, ilk növbədə,

dərsdə mövzunun mənimsənilməsinə xidmət

edən  tədqiqat  sualları  düzgün  və  məntiqli

tərtib olunmalıdır. Problem və tədqiqat sualı

yeni  biliklərin  əldə  olunmasına  aparan

«bələdçi» rolunu oynayır. Fəal təlimin birinci

mərhələsində  dərsin  mexanizmi  elə

qurulmalıdır  ki,  məhz  müzakirəyə  çıxarılan

problem  şagirdin  idrak  fəallığının  aktiv-

ləşməsinə  zəmin  yaratsın.  Qrup  formasında

tədqiqatın birgəfəaliyyət şəklində aparılması

sosial, pedaqoji və psixoloji cəhətdən müxtəlif

məzmunlu faydalar verir:

1)  ilkin  olaraq  şagirdin  bilik,  bacarıq  və

vərdişlərinin  həcmi  və  xarakteri  çoxaldıqca

onlarda  yeni  məqsəd,  məzmun  və  xarakter

əlamətləri formalaşır.

Qeyd etdiyimiz vəziyyətlərdə şagirdlərdə

təhsilin  məzmun  elementləri  formalaşdıqca

onların şəxsiyyət keyfiyyətləri də artır. Deməli,

əsas məqsəd həyata keçir. Şagird qrup tərki-

bində, həmyaşıdlar şəraitində yeni nailiyyətlər

qazanır,  öyrənir,  öyrədir,  rəqabətə  girir  və

əhəmiyyətli  tərəf  olaraq  qrupun  üzvü  kimi

formalaşır.  Digər  tərəfdən  şagirdlər  öz  sinif

yoldaşları ilə qarşılıqlı münasibətlərdə dönüş

yaradır. Yəni qrupdaxili qarşılıqlı münasibət-

lərdə məzmun dəyişiklikləri baş verir. Təlim

əsas  fəaliyyət  növünə  çevrildikdən  sonra

şagirdlərarası qarşılıqlı münasibətlərin tərki-

binə təhsilin məzmun elementləri daxil olur.

2) şagirdlərin qarşılıqlı münasibətlərinin

həcmi və xarakteri təhsilin məzmun elementləri

ilə təmin olunur.

Dərs  prosesində  şagirdlərin  ünsiyyət

tələbatının  ödənilməsi  məsələsi  qrupdaxili

qarşılıqlı münasibətlərin məzmunu ilə reallaşır.

Burada  şagird-şagird  münasibətləri  aparıcı

olur. Təbii haldır ki, ümumi təhsilin məzmunu

fərdin,  cəmiyyətin,  dövlətin  maraq  və

tələbatlarını, milli və ümumbəşəri dəyərləri

əks etdirməklə, humanistlik, dünyəvilik, varis-

lik, inteqrativlik prinsipləri əsasında müəyyən

olunur  [Ağayev  Ə.  2006,  Ağayev  Ə.Ə.  2005,

Əlizadə H.Ə., Mahmudova R.M. 2013]. Təhsilin

məzmun elementləri fərd ilə cəmiyyət arasında

və eyni zamanda, fərdin tələbatları ilə dövlət

arasında  ictimai  rabitə  yaratmaqla  təhsil

alanların  intellekt  səviyyəsini  qaldırır.  Bu

mənada  ümumi  təhsilin  məzmunu  təhsil-

alanların yaş, fizioloji, psixoloji xüsusiyyətlərini

nəzərə  almaqla  onların  dünyagörüşünün  və

şəxsiyyətinin  formalaşmasını,  bazar  müna-

sibətlərinin  tələblərinə  uyğun  olaraq  zəruri

bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki,

mənəvi, estetik inkişafını, müstəqil əmək və

təhsil  həyatına  hazırlanmasını,  cəmiyyətin

faydalı  və  məhsuldar  üzvünə  çevrilməsini

təmin edir. Həmin məqsədin həyata keçirilməsi

üçün  təhsilin  məzmunu  qarşılıqlı  münasi-

bətlərin  mövzusuna  yönəldilməli  və  təlim

tapşırıqları subyektlər arasında əsas müzakirə

obyektinə çevrilməlidir. Qrup daxilində birgə

fəaliyyət  aparıcı  olsa  da,  müəyyən  mənada

şagird-şagird münasibətlərinin məzmunu şəxsi

sosial münasibətlərin məzmunundan qaynaq-

lanır.  Nəzərə  almaq  lazımdır  ki,  ünsiyyət

prosesində  hər  bir  şagird  subyekt  olaraq

mövqe seçir. Buna uyğun olaraq, onların  şüuru,

motivlər  sistemi,  emosional  aləmi  digər

şagirdlərin  fəaliyyətinə  təkan  verən  faktora

çevrilir. Şagird psixikasında nəyə nail olacağı

barədə düşünür, məntiqi təfəkkürünü fəaliyyətə

cəlb edir və qərar vermək üçün nəticə çıxarır.

Bu baxımdan şagirdin fəaliyyət istiqamətləri




Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin