Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61


Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Sahil Jafarov

Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası

67

http://journal.edu.az




Təlim prosesində istifadə olunan «qruplarla

iş» formasında mənimsədilməsi nəzərdə tu-

tulan mövzunun son məqsədini, məqsədə çat-

maq  üçün  yolları,  bu  yolların  səmərəliliyini

yoxlamaq üsullarını özündə birləşdirən, təhsil

prosesi  ilə  bağlı  olan  bütün  fəaliyyətlərin

səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli

imkan  yaradan  mühüm  şərtlər  mövcuddur.

Bunu  nəzərə  alaraq  müəllim,  ilk  növbədə,

dərsin  motivasiya  mərhələsini  mükəmməl

qurmağa çalışmalıdır. Motivasiya mərhələsində

şagirdləri dərsin mövzusu ilə yaxından tanış

etməlidir.  Həmin  mərhələdə  şagirdlərin

məntiqi,  tənqidi,  yaradıcı  təfəkkürü  və

tədqiqatçılıq  vərdişlərini  inkişaf  etdirən

tapşırıqların müəyyənləşməsi vacibdir. Təhsil

sahəsindəki müxtəlif fəaliyyətlər təhsilalanların

mənafeyinə,  maraq  və  tələbatlarının

ödənilməsinə,  istedad  və  qabiliyyətlərinin,

potensial  imkanlarının  inkişafına  xidmət

etməlidir.  Verilən  suallar  açıq  və  məntiqli

olmalıdır. Fasilitasiya zamanı konkret misal-

lardan, müqayisə və tutuşdurma üsulundan,

analogiyalardan istifadəyə şərait yaradılmalıdır.

Qrup daxilində akademik göstəriciləri ən zəif

olan şagirdi hərəkətə gətirmək üçün mənaca

yaxın  olan  öyrədici  və  yönəldici  suallardan

istifadə  olunmalıdır.  Qruplarda  iştirak  edən

şagirdlər arasında qarşılıqlı müzakirə mühiti

yaratmaq lazımdır. Bunun üçün şagirdin deyə

biləcəyi sözü və ya fikri onun nitqini kəsərək,

əvəzinə  müəllim  tərəfindən  ifadə  olunması

yolverilməzdir. Verilən suallar qarşısında aciz

qalan şagirdə qrupun digər üzvləri yardımçı

olmalıdır.  Verilən  suallarda  əsas  fikri  analiz

və sintez etməkdə qrupun bütün üzvləri fəallıq

göstərsə  sualların  mahiyyəti  şagirdlər

tərəfindən  qavranılar.  Verilən  suallara

hazırlanan  cavabları  şagirdlər  öz  sözləri  ilə

sərbəst  ifadə  etməlidir  ki,  onlarda  yazılı  və

şifahi  nitq  paralel  olaraq  inkişaf  etsin.  Bu

nəticənin əldə olunması üçün dərsdə sosial-

pedaqoji və psixoloji mühitin yaradılması xü-

susi əhəmiyyət daşıyır. Fasilitasiya prosesində

uşaqların cavablarını dəqiq dinləmək və təhlil

etmək vacibdir. Çünki hər bir şagirdin fəaliyyət

məhsulu digər şagirdlərin diqqət mərkəzində

olur və müəyyən qədər təhlil olunur. Deməli,

şagirdin idraki fəaliyyəti nəticəsində yaranmış

ideya  və  fikirlər  digər  şagirdlərin  növbəti

fəaliyyətinə  yeni  interaktiv  pedaqoji  mühit

yaradır. Yəni dərsdə təkcə dərslikdə olan ma-

teriallardan yox, həm də müxtəlif subyektlərin

düşüncə məhsullarından istifadə olunduqda

interaktivlik  önə  çıxır.  Qarşı  tərəflərin

söylədikləri fikir və ideyalar çoxaldıqca dərsin

akademik səviyyəsi çoxalır. Buna görə də əsas

önəm  və  diqqət  xüsusi  pedaqoji  ölçülər

çərçivəsində  şagirdin  fəaliyyətinə  yönəl-

dilməlidir. Şagird dərs zamanı mövcud prob-

lemin  həlli  yolunda  əldə  etdiyi  nailiyyətlər

haqqında  məlumatı  və  əks  əlaqəni  verməyi

bacarmalıdır ki, həm özü düşünsün, həm də

qarşı  tərəfləri  düşündürə  bilsin.  Bir  sözlə,

diskussiya mühiti təşkil olunmalıdır. Dərsdə

hər  bir  şagirdin  fikir  və  rəyi  yeni  biliyin  və

ideyaların aşkarlanmasına şərait yaratmalıdır.

Qarşılıqlı müzakirə diskussiya mühiti yaradır.

Diskussiya  həm  də  ideyaların  qarşı-qarşıya

durmasını,  interaktiv  və  deduktiv  mühitin

yaranmasını  şərtləndirir  [Шишов  С.  1999,

s.112]. Müzakirə diskussiyaya, diskussiya isə

qarşılıqlı münasibətlərin tənqidi tərzdə davam

etməsinə şərait yaradır. 

Qrup daxilində şagirdlər qarşılıqlı diskussiya

apararkən,  ilkin  olaraq  motivasiya  elementi

dərsin  sonuna  qədər  qorunmuş  olur.  Bu  o

deməkdir ki, şagirdlərin diqqəti dərsdə daim

mərkəzləşmiş  vəziyyətdə  qalır.  Dərsin  əsas

şərtlərindən biri kimi diqqətlilik sosial-pedaqoji

cəhətdən faydalılığı ilə seçilir. Birinci növbədə

diqqət motivasiyanın sosial-psixoloji göstəricisi

olaraq xarakterizə olunur. Məlum fakt ondan

ibarətdir  ki,  müasir  dərsin  ən  mühüm  və

mürəkkəb mərhələlərindən biri də motivasiya

mərhələsidir [Qəhrəmanov A. 2012, Zamanova

M.  2017,  Мардахаев  Л.В.  2006].  Motivasiya

təsadüfi olaraq dərsin birinci mərhələsi olaraq

müəyyənləşməyib.  Bu  element  hətta  dərsin

ilkin anından başlayaraq son mərhələyə qədər

sosial-pedaqoji və psixoloji funksiyaların yerinə

yetirilməsini şərtləndirir. Onu da qeyd etmək

vacibdir  ki,  dərsin  sonrakı  gedişi  məhz

motivasiyanın  nə  dərəcədə  qurulmasından




Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin