Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61


Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Sahil Jafarov

Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası

69

http://journal.edu.az




isə məxsus olduğu qrupdakı digər şagirdləri

fəaliyyətə cəlb etdikdə daxili rəqabət mühiti

yaranır,  şəxsi  fikir  və  mülahizələrin  səslən-

məsinə  şərait  formalaşır.  Həm  pedaqoji

nailiyyətlərin  əldə  olunması  təmin  olunur,

həm  də  şagirdin  sosiallaşmasının  məzmun

elementləri müəyyənləşir. 

6. Müəllim tərəfindən fasilitasiya rolunun

düzgün yerinə yetirilməsi şagirdlərin müvafiq

pedaqoji  yönümdə  aktivliyini  təmin  edir  və

onları bir şəxsiyyət kimi formalaşdırır. Müasir

dərsin əsas sosial-pedaqoji şərtlərindən biri

də  yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan

şəxsiyyətin yetişdirilməsidir. Hər iki məqsədin

həyata keçirilməsi üçün dərsdə verilən təlim

tapşırıqları  və  sualları  yönəldici  xarakterdə

tərtib olunmalıdır. Ənənəvi dərsdən fərqli ola-

raq müasir dərsdə müəllim tərtib etdiyi sual

və  tapşırıqların  məzmununda  yönəldici  və

istiqamətverici  prinsipi  gözləməlidir.  Təlim

prosesində qruplara ünvanlandırılan hər bir

tapşırıq istər şagirdin şəxsi düşünmə imkan-

larının, istərsə də qarşılıqlı diskussiya mühitinin

yaradılmasının mühüm şərtinə çevrilməlidir. 

7. Şagird nailiyyətlərinin qiymətləndirilməsi

işində müəllim həm obyektivlik, həm sistema-

tiklik  və  həm  də  aşkarlıq  prinsipinə  əməl

etməlidir. 

Bildiyimiz  kimi,  ənənəvi  təlimdən  fərqli

olaraq  müasir  təlim  formalarında  şagirdə

verilən qiymət şagirdin bilik səviyyəsini deyil,

onun nailiyyət səviyyəsinə verilir. Yəni verilən

qiymət  təhsili  idarə  edən  amil  səviyyəsində

qəbul olunan pedaqoji ölçü vahididir. Müasir

dərsdə qiymətləndirmənin formalizmdən azad

olunması  həyati  bacarıqların  formalaşdırıl-

masını  reallaşdırır  [Qəhrəmanov  A.  2012,  s.

12].  İndiki  cəmiyyətin  sosial  çağırışlarının

əsasında məhz praktik həyati bacarıqları olan

insan amilinin formalaşdırılması ideyaları du-

rur  ki,  bu  da  cəmiyyətə  modern  dəyərlər

əsasında  fayda  verə  biləcək  vətəndaşların

yetişdirilməsini təmin edən mexanizmdir. 


Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin