Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61


Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   11   12   13   14   15   16   17   18   19
Sahil Jafarov

Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası

71

http://journal.edu.az




fəallığı  inkar  olunmur.  Bu  prosesin  təhlilini

dəqiq apardıqda məlum olur ki, şagird şəxsiy-

yətinin fəallığında sosial «mən» konsepsiyasının

doğruluğu,  dəqiqliyi  üzə  çıxır.  Yəni  şəxsi

fəallığın  özü  ictimai  mühitin  təsiri  altında

aşkar olunur. Şagird öz xarakterində islahedici

tədbirlər  yerinə  yetirdikdə  davranışını  və

ünsiyyətini mövcud sosial-pedaqoji situasiyaya

uyğunlaşdıra  bilir.  Əgər  proses  belə  baş

verməsə  sosiallaşma  prosesində  uğurlu

cəhətlər izah olunmamış qala bilər.

Sinif kollektiv münasibətlər sisteminin ilkin

forması  olaraq  sosiallaşmanın  inkişaf  qanu-

nauyğunluqlarını müəyyənləşdirən əsas mər-

hələlərdən biri kimi qəbul olunmalıdır. Şagird

şəxsiyyətinin formalaşmasının bu mərhələsi

həm  onun  təlim  fəaliyyətinə,  həm  də  onun

qarşılaşdığı münasibətlərin məzmununa bila-

vasitə təsir edir. Sosiallaşmanın həmin mərhə-

ləsində şagirdin psixi inkişafının hərəkətverici

qüvvələri öz funksional təsirlərini üzə çıxarır.

Alman psixoloqu B.Şternenin təklif etdiyi me-

xaniki qarşılıqlı təsir və ya iki amil (mühit və

irsiyyət)  konvergiyası  nəzəriyyəsi  bilavasitə

ictimai  mühitin  təsiri  altında  sosiallaşma

faizinin şərtlənməsi problemini ortaya qoyur

[Шишов  С.  1999,  s.42].  Alim  təsdiq  edir  ki,

qarşılıqlı  münasibətlər  sistemində  insan

psixologiyasının bütün layları hərəkətə gəlir.

Münasibətlərin zaman ölçüləri uzandıqca yeni

psixi xassələr hasil olur. Bu prosesdə insanın

malik  olduğu  psixoloji  keyfiyyətlərlə  sosial-

laşmanın  kombinasiyası  yaranır.  Ünsiyyət

növləri növbələşdikcə yeni psixi keyfiyyətlər

aşkar olunur. Deməli, məktəbə daxil olandan

sonra  uşağın  münasibətlər  dairəsi  geniş-

ləndikcə onun psixologiyasının sosial məzmunu

yeni forma və standartlar ala bilir.

Sinif  kollektivinin  təsiri  həm  də  şagirdin

düşüncə sferasında buraxılan ictimai səhvlərin

aradan qalxması ilə nəticələnir. Şagird müasir

dərsin imkanları şəraitində qarşılaşdığı müna-

sibətlər  sisteminə  qoşulmağa  hər  dəfə  cəhd

etdikdə  öz  daxili  hərəkətverici  qüvvələrinin

xarakteristikasına müraciət edir, yenidən nəzər

yetirir, məntiqi təfəkkürünü hərəkətə gətirir,

təhlillər aparır və mükəmməl nəticə hasil edir.

Münasibətlərin  məzmunu,  bir  növ,  şagird

şəxsiyyətinin  tipini  müəyyənləşdirməklə

yenidən sosial dövriyyə yaradır. Sosial dövriyyə

təkrarlandıqca, sürətin intensivlik dərəcəsini

artırdıqca özünəməxsus təhlil süzgəci yaradır

və mənfi təsəvvürləri islah etməklə nəticələnir.

Digər  tərəfdən  nəzər  yetirdikdə  görünür  ki,

sosiallaşma prosesinin daxili ziddiyyətlərinin

xarakteristikasının təqdim olunması zəruridir.

Çünki bu tendensiyanın doğruluğu tələb edir

ki, müasir dərsdə sosiallaşmada maneələrin

həlli  perspektivləri  həyata  keçirilsin;  sosial-

laşma aktının ibtidai (sadə) formadan ali for-

maya (mürəkkəb məzmunlu psixi əməliyyat-

lara) keçid prosesini təmin etsin. 

Şagird şəxsiyyətinin fəallıq dərəcəsini onun

sosiallaşmasında dərk edilmiş və edilməmiş

mürəkkəb motivlər sistemi təşkil edir. Həmin

proses cəhdlər vasitəsi ilə, fəalliyyətə yenidən

təhrik  edən  daxili  tələbatların  məcmusu  ilə

şərtlənir.  Sosiallaşmanın  uğurluluğu  üçün

daxili  tələbatların  subyekt  tərəfdən  təmin

edilməsi prosesi özü də ziddiyyətli prosesdir.

Burada şagirdin özünütəsdiq cəhətləri aparıcı

faktor kimi hər an sosiallaşmanın məzmununda

köklü dəyişikliklər yarada bilir. Müasir təlim

forma və metodlarından istifadə zamanı sinif

kollektivində yaranan münasibətlər diferen-

siallaşdıqca  şəxsi  mövqelər  formalaşır.  Sinif

kollektivinin  hər  bir  üzvü  fərdi  formada

özünütəsdiq və özünüreallaşdırma idealında

olur.  Nəticədə,  bəzən  şagird  qarşı  tərəfin

mövqeyini  qəbul  etmir.  Bu  səbəblərdən

ziddiyyətlərin  meydana  gəlməsi  qaçılmaz

vəziyyətə  çatır.  Sinif  kollektivində  konfliktli

şəraitin  yaranması  şagird  şəxsiyyətinin

sosiallaşma  səviyyəsini  tənəzzül  həddinə

çatdırır.  Adətən,  həmin  vəziyyətin  bərpa

olunması  üçün  təlim  metodlarının  imkan-

larından geniş və məqsədli istifadə olunmalıdır.

Bu  prosesi  normal  səviyyəyə  qaldırmaqdan

ötrü qarşıdurma vəziyyətində olan iki şagirdə

eyni  təlim  tapşırığını  verib,  onlar  arasında

təlim tapşırığının müştərək həlli üçün müvafiq

şərait  yaratmaq  olar.  Digər  yanaşmada  eyni

qrupa iki şagirdi daxil etməklə onlar arasında

münasibətlərin  yaranmasını  təmin  etmək




Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin