Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Sahil Jafarov

METODİKA

66

AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2




də  həmin  məzmunda  müəyyənləşir.  Deməli,

dərsdə tətbiq olunan təlim forması fəaliyyətin

məzmununa, fəaliyyətin məzmunu isə qarşılıqlı

münasibətlərin daxili elementlərinə bilavasitə

təsir edir. Təlim prosesində sinif kollektivinin

üzvləri  arasındakı  şəxsi  ünsiyyət  «qruplarla

iş»  formasında  həcm  və  xarakter  etibarı  ilə

genişlənir,  yeni  məqsəd,  forma  və  məzmun

qazanır  [Плоткин  М.М.  2003,  s.  178].  Bir

sözlə,  müasir  təlim  metodlarının  tətbiqi

şəraitində  şagirdlərarası  qarşılıqlı  münasi-

bətlərin  sosial-pedaqoji  çəkisi  artır.  Bəs  bu

necə baş verir? Birinci halda (təlimin «fərdi

iş»  formasında)  müəllim-şagird  ünsiyyəti,

ikinci halda (təlimin «cütlərlə iş» formasında)

şagird-şagird  ünsiyyətinin  məhdud  dairəsi,

üçüncü  halda  (təlimin  «qruplarla  iş»

formasında)  şagird-şagird  ünsiyyətinin

qarşılıqlı  münasibətlər  sisteminin  nisbətən

genişlənmiş  forması,  dördüncü  halda  isə

(təlimin «kollektivlə iş» formasında) şagird-

şagird ünsiyyətinin sosial-pedaqoji istiqamətdə

kollektiv birgəfəaliyyət sisteminin formalaşması

baş  verir.  Bu  tendensiyanın  kollektiv  müna-

sibətlər  sisteminə  qədər  genişləndirilməsi

nəticədə şagirdin gələcəkdə cəmiyyətdə ümumi

münasibətlər  sisteminə  qoşulmasına  geniş

sosial-pedaqoji imkanlar yaradır 

Şagirdin ümumi fəaliyyətinin elementləri

ilə birləşən və həmin birgə fəaliyyətə xidmət

edən,  kollektiv  üçün  xarakterik  olan  qrup

ünsiyyəti  həm  təlim  tapşırıqlarının  yerinə

yetirilməsində,  həm  də  şəxsiyyət  modelinin

formalaşmasında  əhəmiyyətli  dərəcədə

keyfiyyət dəyişikliklərini əldə edə bilir. Qrup-

daxili  ünsiyyət  nümunəsində  şagirdlərin

fəaliyyət  və  qarşılıqlı  münasibətlərindəki

müxtəlifliyi,  qarşılıqlı  sosial  təsirlərində

rəngarəngliyi aydın şəkildə müşahidə etmək

olur. «Qruplarla iş» formasının tətbiqi şəraitində

şagirdin  istifadə  etdiyi  məlumat  mənbələri

müxtəliflik təşkil edir. Təbii haldır ki, qrupdaxili

birgə  fəaliyyət  şəraitində  informasiya

mübadiləsi mühiti yaranır. Şagird lazım olan

informasiyanı əldə etdikcə həm sinifdə, həm

məktəbdə və həm də məktəbdənkənar şəraitdə

həmin  informasiyaların  sosial  bazasında

münasibətlərini  quraraq  cəmiyyətin  aktiv

üzvü kimi əhəmiyyətli tərəfə çevrilir. Şagird

qazandığı məlumatların sosial-pedaqoji kom-

pleksini  qorumaqla  şəxsiyyət  strukturunun

vacib  elementlərini  formalaşdırır.  Şagirdin

istifadə  etdiyi  məlumat  mənbələrinə  ailə,

müəllim, şagird yoldaşı, dərslik, dərs vəsaiti,

əyani və didaktik vasitələr, internet resursları,

kütləvi  informasiya  vasitələri  və  gündəlik

qarşılaşdığı  insanlar  daxildir.  Məhz  şagird

məktəbdə  daxil  olduğu  birgə  fəaliyyət

şəraitində  müxtəlif  mənbələrdən  qazandığı

məlumatların  mübadiləsini  aparır.  Qrupları

formalaşdırmaq  üçün  sosial,  psixoloji  və

pedaqoji parametrlər dəqiq nəzərə alınmalı,

qrup üzvlərinin akademik göstəriciləri də əsas

sayılmaqla  qrup  formalaşdırılmalıdır  ki,

pedaqoji  fəaliyyətin  nəticəsi  mükəmməl

səviyyəyə qalxsın. Sosial, pedaqoji və psixoloji

cəhətdən yaradılan adekvat mühitdə şagirdin

həm digər şagirdlərlə ünsiyyəti, həm nailiyyət

göstəriciləri,  həm  də  təlimə  həvəsini

şərtləndirən qarşılıqlı sosial-pedaqoji əlaqələri

formalaşır. Həmin əlaqələr müxtəliflik təşkil

edir. Bura «face to face» metodunun ənənəvi

formaları «şagird-şagird», «müəllim-şagird»,

«müəllim-şagird-məktəb rəhbəri», «müəllim-

şagird-valideyn»,  «məktəb  rəhbəri-şagird-

valideyn»,  «ailə-şagird»,  «dost-şagird»,

«tanışlar-şagird», «yol yoldaşı-şagird» və ən

əsası, geniş planda «cəmiyyət-şagird» əlaqələri

daxildir. Buna görə də pedaqoji işin təşkilində

əsas şərt müvafiq sosial-psixoloji və pedaqoji

mühitin  yaradılması  sayılır.  Uşağın  daxili

qüvvələrini  və  imkanlarını  inkişaf  etdirmək

üçün  müvafiq  sosial-pedaqoji  şəraitin  yara-

dılması qarşılıqlı əməkdaşlıq şəraitində real-

laşır. Bir məsələni də qeyd etmək vacibdir ki,

sosial-psixoloji  və  pedaqoji  mühitin  nəzəri-

praktik  tərəfləri  sırasında  onun  növlərinin

təsnifi aparıcılıq təşkil etməlidir. Bu məsələdən

bəhs edən alimlərin fikrincə, sosial-psixoloji

və pedaqoji mühit həm şagirdi müstəqil düşün-

məyə və nəticə çıxarmağa təhrik edir, həm də

onu  mənəvi  aləmində  əməkdaşlıq,  birgə

fəaliyyət istəyini və qabiliyyətini formalaşdırır

[İbrahimov F.N., Hüseynzadə R.L. 2013, s. 10].

Sahil Cəfərov


Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin