Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı
1) 24 yaşlı qadın əhvali-ruhiyyənin dayanıqlı enməsi, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahsızlıq şikayətləri ilə əlaqədar ambulator qaydada psixiatra müraciət etmişdir. Dediyinə görə artiq 1 aya yaxındır ki, belə vəziyyətdədir. Əvvəllər hər hansı psixi pozuntu keçirməyib. Pasiyentə orta dərəcəli depressiv epizod diaqnozu qoyulmuş və sertralin 100 mq/sut. təyin edilmişdir. 4 həftədən sonra təkrar müayinə zamanı pasient dərman qəbuluna başlayandan az müddət sonra əhvali-ruhiyyəsinin yaxşılaşdığını qeyd edir. O, həmçinin bildirir ki, ruh yüksəkliyi duyur, ona sanki güc gəlib, sutkada 12-14 saat işləyə bilir və yorğunluq hiss etmir. Gecələr cəmi 3 saata yatsa da, günortalar yuxulu olmur. Verbal kontaktda nitqi sürətlənmişdir, tez-tez söhbətin mövzusunu dəyişir. Gələcək müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin.
A) Sertralinin dozasını azaltmaq
B) Sertralinin dozasını azaltmaq əhvali-ruhiyyə stabilizatoru təyin etmək
C) Sertralinin dozasını azaltmaq, yanaşı olaraq koqnitiv-biheyvioral terapiya təyin etmək
D) Sertralini kəsmək və əhvali-ruhiyyə stabilizatoru təyin etmək
E) Sertralinin dozasını azaltmaq və diazepam təyin etmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
2) 19 yaşlı gənc “ağır dərəcəli depressiv epizod psixotik epizodlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Sertralin (sutkada 150 mq) və risperidon (sutkada 4mq) qəbul etmişdir. Müalicənin gedişində 8 həftə ərzində psixi vəziyyəti normallaşmış, həm psixotik, həm də depressiv əlamətlərə görə vəziyyəti remissiya kimi qiymətləndirilmişdir. Pasiyentin anamnezində əvvəllər hər hansı psixi pozuntular qeyd olunmayıb. Yaxın 3 ay müddəti üçün daha münasib olan müalicə taktikasını göstərin.
A) Risperidonu tədricən kəsmək, sertralini qoruyucu dozalara qədər azaltmaq
B) Təyin olunmuş müalicə sxemini davam etdirmək
C) Risperidonu və sertralini qoruyucu dozalara qədər azaltmaq
D) Risperidonu tədricən kəsmək, sertralini həmin dozada davam etdirmək
E) Risperidonu və sertralini tədricən kəsmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
3) 28 yaşlı qadın orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədədir. Depressiyanın qiymətləndirilməsi üçün Hamilton cədvəli üzrə 18 bal qeydə alınmışdır. Anamnezindən məlumdur ki, əvvəllər hər hansı psixi pozuntu müşahidə edilməmişdir. Sutkada 50 mq dozasında fluvoksamin təyin edilmişdir. 8 həftə ərzində fluvoksaminin dozası tədricən artırılaraq 300 mq-a çatdırılmışdır. Psixi vəziyyətində nəzərə çarpan dinamika qeyd olunmamışdır. Hamilton cədvəli üzrə təkrari qiymətləndirmədə göstəricisi 17 bal olmuşdur. Fluvoksaminin qəbulu ilə əlaqədar ciddi kənar təsir müşahidə edilməyib. Gələcək medikamentoz müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin:
A) Fluvoksaminin dozasını əvvəlki səviyyədə saxlamaqla müalicə sxeminə trisiklik antidepressant əlavə etmək
B) Fluvoksamini trisiklik antidepressantla əvəz etmək etmək
C) Fluvoksamini serotoninin geriyə tutulmasının selektiv inhibitoru qrupuna aid olan digər antidepressantla əvəz etmək
D) Fluvoksaminin dozasını 400 mq-dək artırmaqda davam etmək
E) Fluvoksaminin dozasını əvvəlki səviyyədə saxlamaqla müalicə sxeminə əhvali-ruhiyyə stabilizatoru əlavə etmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
4) Orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədə olan 24 yaşlı qadın sutkada 100 mq dozada sertralinlə müalicə qəbul etmişdir. Suisidal cəhd etməsi ilə (bir dəfəyə 20 tablet sertralin qəbul etmişdir) əlaqədar psixiatriya stasionarına yerləşdirilmişdir. Stasionara qəbul edildikdən sonra xəstədə aşağıdakı simptomlar müşahidə edilmişdir: qarında ağrılar, meteorizm, ishal, bədən temperaturu 38,2º C, nəbz – 110 vurğu/dəq., arterial təzyiq 160/110 mm civ. süt., əzələ hipertonusu, mioklonik dartınmalar, bəbəklərin genişlənməsi və işığa reaksiyanın zəifləməsi, vətər reflekslərinin yüksəlməsi. Təsvir olunmuş vəziyyətin müalicə sxemini seçin.
A) Sertralinin dozasını azaltmaq, diazepam təyin etmək
B) Sertralini kəsmək, diazepam və monoaminoksidazanın (MAO) inhibitorunu təyin etmək
C) Sertralinin dozasını azaltmaq, diazepam və propranolol təyin etmək
D) Sertralini kəsmək, siproheptadin və diazepam təyin etmək
E) Sertralini kəsmək, amitriptillin, diazepam və siproheptadin təyin etmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
5) 38 yaşlı pasiyent əhval-ruhiyyəsinin aşağı olması, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahasızlıq şikayətləri ilə ambulator yardım üçün həkimə müraciət etmişdir. Pasiyentin dediyinə görə 3 ay belə vəziyyətdə olmuşdur. Ambulator müalicədə sertralin (sutkada 100 mq) təyin edilmişdir. 6 həftə müddətində aparılmış müalicədən sonra pasiyent qeyd edir ki, onun əhvali-ruhiyyəsi yaxşılaşmış, iş qabiliyyəti, yuxusu və iştahası bərpa olunmuş, yenidən həyata marağı yaranmışdır. Bunlarla yanaşı pasient qeyd edir ki, preparatı ilk dəfə qəbul etdiyi günlərdə dövri olaraq başağrısı və ürəkbulanma baş verib. Müalicə başlandıqdan 6 həftə sonra təkrari müayinə zamanı ürəkbulanma qeyd edilmir, başağrılarının tezliyi və intensivliyi azalıb. Gələcək müalicə taktikasına daha uyğun yanaşmanı göstərin.
A) Sertralinin dozasını azaltmaq
B) Sertralini başqa antidepressantla əvəz etmək
C) Müalicə sxeminə diazepamı əlavə etmək
D) Sertralini kəsmək
E) Sertralinin dozasını əvvəlki səviyyədə saxlamaq və əlavə təsirlərin monitorinqini aparmaq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
6) 65 yaşlı kişi son 6 həftə ərzində daimi olaraq ruh düşkünlüyü şikayəti ilə tibbi kömək üçün müraciət etmişdir. Bu hal 42 il birgə ömür sürdüyü həyat yoldaşının qəfil vəfatından sonra yaranmışdır. Pasiyentdə yuxu pozğunluğu, iştaha pozğunluğu, bədən çəkisinin 8 kq azalması qeyd olunur. Pasiyent qeyd edir ki, həyatda qaldığı üçün özünü günahkar hiss edir. Pasiyent həmçinin son bir neçə gündə bədənin daxilən çürüdüyünü hiss etdiyini qeyd edir. Pasiyentdə hallüsinasiyalar qeyd edilmir: mərhum həyat yoldaşının o biri dünyada qovuşmaq üçün onu sui-qəsdə çağırdığını deyir. Anamnezində əvvəllər keçirmiş olduğu psixi xəstəliklər barədə məlumat yoxdur. Ehtimalı yüksək olan diaqnozu göstərin.
A) Bipolyar pozuntu
B) Ağır dərəcəli depressiv epizod, psixotik simptomlarla
C) Şizofreniya
D) Şizoaffektiv pozuntu – depressiv tip
E) Stressə kəskin reaksiya
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
7) Gecə kəskin baş ağrıları, ürəkbulanma, qusma, yüksək arterial təzyiq (210/160 mm.c.st.) səbəbindən 32 yaşlı kişi təcili yardım şöbəsinə yerləşdirilmişdir. Anamnezə görə əvvəl heç bir somatik patologiyadan əziyyət çəkməyib. Depressiv pozuntu ilə əlaqədar müalicə alır. Pasiyent qeyd edir ki, simptomların meydana çıxmasından 3 saat əvvəl şam yeməyi zamanı 2 qədəh şərab içmişdir. Qəbul edilmiş qida ilə hansı preparatın qarşılıqlı təsiri pasiyentin klinik vəziyyətə düşməsinə yüksək ehtimalla səbəb olub?
A) Sertralin
B) Trazadon
C) Аmitriptillin
D) Sitalopram
E) Moklobemid
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
8) 32 yaşlı pasiyent ağır dərəcəli depressiv epizod diaqnozu ilə stasionar müalicə alır. Xəstəxanada 12 həftə müddətində dərman müalicəsinin müxtəlif sxemləri tətbiq edilmişdir. Müalicəyə baxmayaraq pasiyentin vəziyyətində yaxşılaşma qeyd olunmayıb. Pasiyentə elektrokonvulsiv terapiya təyin etmək planlaşdırılır. Elektrokonvulsiv terapiya təyin olunan zaman pasiyent sertalin(sutkada 200mq), və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Elektrokonvulsiv terapiyanın tətbiqi zamanı medikamentoz müalicə taktikası necə olmalıdır?
A) Sertralini kəsmək və lamotrijini əlləlki dozada saxlamaq
B) Pasiyentin aldığı medikamentoz müalicəni davam etdirmək
C) Sertralin və lamotrijinin dozasını başlanğıc dozaya qədər endirmək
D) Sertralin və lamotrijini kəsmək və elektrokonvulsiv terapiya qurtardıqdan sonra medikamentoz müalicəni davam etdirmək
E) Lamotrijini kəsmək və sertralini əvvəlki dozada saxlamaq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
9) Depressiv pozuntudan əziyyət çəkən 29 yaşlı pasiyent ambulator psixiatrik yardıma müraciət etmişdir. Anamnezə görə, əvvəllər psixi pozuntuya görə müalicə almayıb. Anamnezdən məlumdur ki,14 ay əvvəl pasiyent hepatit A keçirib. Psixiatrik köməyə müraciət edən zaman pasiyentdə qaraciyər fermentlərinin müayinə nəticələri aşağıdakı kimi olmuşdur: ALT – 180 v/l, AST –85v/l. Depressiyanın müalicəsi üçün ilk seçim preparatını göstərin.
A) Fluvoksamin
B) Klomipramin
C) Amitriptilin
D) Fluoksetin
E) Milnasipran
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
10) 34 yaşlı qadın depressiv pozuntu diaqnozu ilə əlaqədar müalicə alır. Depressiyanın tipik simptomları (əhval-ruhiyyənin aşağı enməsi) ilə yanaşı, pasiyentdə emosional reaktivlik, hipersomniya, iştahanın artması və bədən çəkisinin artması müşahidə edilir. Sertralinlə 4 həftəlik müalicə zamanı (sutkalıq doza tədricən 50 mq-dan 200 mq-a qaldırılıb) pasiyentin klinik vəziyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Gələcək müalicə taktikası üçün ən uyğun yanaşma hansıdır?
A) Sertralinin dozasının tədricən 300 mq-a çatdırılması
B) Sertralinin kəsilməsi və əhvali-ruhiyyə stabilizatorunun təyini
C) Sertralinin kəsilməsi və tsiklik antidepressların təyini
D) Sertralinin əvvəlki dozada saxlanılması və əlavə olaraq tsiklik antidepressantın təyin edilməsi
E) Sertralinin kəsilməsi və MAO inhibitorunun təyini
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
11) 34 yaşlı qadın orta ağırlıqlı depressiv epizod diaqnozu ilə ambulator müalicə olunaraq sutkada 20 mq dozada sitolopram qəbul edir. 4 həftə medikamentoz terapiyadan sonra pasiyentin vəziyyəti stabilləşmiş və simptomatik remissiyaya çatmışdır. Müalicə dövründə dərman preparatının hər hansı ciddi nəzərə çarpan əlavə təsiri qeyd olunmamışdır. Müalicə davam etdirilərkən aşağıda sadalanan əlavə təsirlərdən hansının daha çox yaranma ehtimalı var?
A) İnsomniya
B) Ürəkbulanma
C) Anorqazmiya
D) Qusma
E) Tremor
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
12) 39 yaşlı qadın “depressiv pozuntu, psixotik simptomlarla” diaqnozu ilə stasionar müalicə daxil olmuşdur. Antidepressantlar və neyroleptiklərlə müalicə olunur. Müalicə başladıqdan 3 həftə sonra pasiyent süd vəzilərində yaranan gərginlik və ağrılardan şikayət edir. Pasiyentin süd vəzilərindən az miqdarda süd ifrazı müşahidə olunur. Növbəti aybaşının 1 həftə gecikdiyi qeyd edilir. Qeyd edilən simptomları yüksək ehtimalla, yarada bilən preparatı göstərin.
A) Sertralin
B) Olanzapin
C) Risperidon
D) Kvetiapin
E) Paroksetin
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
13) 42 yaşlı kişi çoxlu miqdarda amitriptillin tabletləri qəbul edərək intihar etməyə cəhd göstərmişdir. Həyat üçün təhlükəli olan hansı fəsadın yaranma ehtimalı var?
A) Koronar arteriyaların massiv trombozu
B) Ürək tamponadası
C) Ürək keçiriciliyinin pozulması və aritmiya
D) Ağ ciyər arteriyasının trombemboliyası
E) Miokardit
Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
14) 24 yaşlı kişi pasiyent antidepressantla (sertralin 75 mq) qoruyucu müalicə qəbul edir. Pasiyent vaxtaşırı pivə qəbul edir. Hansı əlavə təsirin yaranması ehtimalı daha yüksəkdir?
A) Serotonin sindromu
B) Şəkərli diabet
C) Alkoqol abstinensiyası
D) Erektil disfunksiya
E) Alkoqolun təsirinin güclənməsi
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
15) Depressiv pozuntusu olan uşaqlar və yeniyetmələr üçün ilkin olaraq (ilk 4 həftə ərzində) hansı müalicə seçilməlidir?
A) Trisiklik antidepressant
B) Psixoterapiya
C) Serotonin və noradrenalinin geriyə tutulmasının selektiv inhibitoru
D) Serotoninin geriyə tutulmasının selektiv inhibitoru
E) MAO inhibitoru
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
16) Hansı yaşdan yuxarı depressiv pozuntusu olan uşaqlara antidepressantlar təyin etmək olar?
A) 3 yaşdan
B) 11 yaşdan
C) 7 yaşdan
D) 5 yaşdan
E) 15 yaşdan
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
17) İşıq terapiyasının istifadəsi zamanı hansı preparatların təyini əks göstərişdir?
1. Tioridazin
2. Litium
3. Sertralin
4. Melatonin
5. Fluoksetin
A) 1, 2, 3, 4
B) 1, 2, 4
C) 2, 3, 5
D) 3, 4, 5
E) 1, 2, 3, 4, 5
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
18) Hamiləlik zamanı hansı antidepressantın istifadəsi döldə ürək patologiyası yarada bilər?
A) Sitalopram
B) Fluvoksamin
C) Sertralin
D) Paroksetin
E) Fluoksitin
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
19) Hamiləlik zamanı serotoninin geriyə tutulmasının selektiv inhibitorları istifadə edildikdə döldə patologiyanın inkişafı riski neçə faizə bərabərdir?
A) 0,5%
B) 15%-20%
C) 8%-12%
D) 5%-7%
E) 1-3%
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
20) Hamiləliyin 3-cü trimestrində serotoninin geriyə tutulmasının selektiv inhibitorların istifadəsi yenidoğulmuşların neçə faizində keçici adaptasiya sindromu yarada bilər?
A) 10-30%
B) 50%-70%
C) 1-5%
D) 30%-50%
E) 5%-10%
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
21) Atipik depressiyanın medikamentoz müalicəsində ilk seçim preparatını göstərin.
A) MAO inhibitorları
B) Trsiklik antidepressantlar
C) Seratoninin geriyə tutulmasının spesifik inhibitorları və əhval-ruhiyyənin stabilizatorları
D) Seratoninin geriyə tutulmasının spesifik inhibitorları
E) Əhval-ruhiyyənin stabilizatorları
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
22) İkinci depressiv epizod keçirdikdən sonra antidepressantlar hansı müddətdən az olmayaraq qəbul etməlidir?
A) 2 il
B) 1 ay
C) 1 il
D) 3 ay
E) 6 ay
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
23) MAO inhibitoru kəsildikdən hansı müddət sonra serotoninin geriyə tutulmasının selektiv inhibitorunu təyin etmək olar?
A) 1 həftə
B) 3 həftə
C) 3-5 gün
D) 2 həftə
E) 4 həftə
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
24) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı qəbizlik və ağızda quruluq əlamətlərinə daha çox rast gəlinir?
A) Paraksitin
B) Sitalopram
C) Amitriptillin
D) Fluvoksamin
E) Sertralin
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
25) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı taxikardiyaya daha çox rast gəlinir?
A) Fluvoksamin
B) Sitalopram
C) İmipraminin
D) Fluoksetin
E) Sertralin
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
26) Aşağıda göstərilən hansı antidepressantın qəbulu zamanı priapizmə daha çox rast gəlinir?
A) Trazadon
B) Paroksetin
C) Fluoksetin
D) Sertralin
E) Fluvoksamin
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
27) Aşağıda göstərilənlərdən hansı preparatın qəbulu zamanı psoriazın yaranma ehtimalı daha yüksəkdır?
A) Fluvoksamin
B) Lamotricinin
C) Paroksetin
D) Karbamozapin
E) Litium
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
28) Aşağıda göstərilənlərdən hansı preparatın qəbulu zamanı hipotiroidizmin yaranma ehtimalı daha yüksəkdir?
A) Karbamozapin
B) Fluvoksamin
C) Litium
D) Lamotricinin
E) Paroksetin
Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
29) Bu preparatlardan hansı ağır dəri yanaşı effektləri (Stiven-Jonson sindromunu və ya toksik nekrotik eritemanı) yarada bilər?
A) Amitriptilin
B) Lamotricin
C) Trifluperazin
D) Diazepam
E) Donepezil
Ədəbiyyat: Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
30) Aşağıda göstərilən preparatların hansı serotonin modulyatoruna adidir?
A) Buprapion
B) Milnasipran
C) Klomiramin
D) Tianeptin
E) Maprotilin
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
31) Depressiv pozuntunun müalicəsində sertralinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 20 mq
B) 10 mq
C) 5 mq
D) 50 mq
E) 100 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
32) Depressiv pozuntunun müalicəsində sertralinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 200-400 mq
B) 10-20 mq
C) 20-40 mq
D) 50-200 mq
E) 5-25 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
33) Depressiv pozuntunun müalicəsində fluvoksaminin sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 200 mq
B) 10 mq
C) 20 mq
D) 5 mq
E) 50 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
34) Depressiv pozuntunun müalicəsində fluvoksaminin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 5-10 mq
B) 300-500 mq
C) 50-300 mq
D) 10-20 mq
E) 20-40 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
35) Depressiv pozuntunun müalicəsində fluoksetinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 4 mq
B) 10 mq
C) 1 mq
D) 2 mq
E) 5 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
36) Depressiv pozuntunun müalicəsində fluoksetinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 10-80 mq
B) 200-400 mq
C) 2-8 mq
D) 100-200 mq
E) 5-10 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
37) Depressiv pozuntunun müalicəsində sitalopramın sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 5 mq
B) 2 mq
C) 4 mq
D) 10 mq
E) 20 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
38) Depressiv pozuntunun müalicəsində sitalopramın sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 100-200 mq
B) 60-100 mq
C) 10-20 mq
D) 20-60 mq
E) 5-10 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
39) Depressiv pozuntunun müalicəsində essitalopramın sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 4 mq
B) 20 mq
C) 2 mq
D) 10 mq
E) 5 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
40) Depressiv pozuntunun müalicəsində essitalopramın sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 100-150 mq
B) 10-20 mq
C) 20-40 mq
D) 5-10 mq
E) 40-80 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
41) Depressiv pozuntunun müalicəsində paroksetinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?
A) 40 mq
B) 10 mq
C) 50 mq
D) 5 mq
E) 20 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
42) Depressiv pozuntunun müalicəsində paroksetinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?
A) 150-200 mq
B) 5-10 mq
C) 100-150 mq
D) 50-100 mq
E) 10-60 mq
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Dostları ilə paylaş: |