Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı


) Kiçik sahəli, bağlı məkan (lift, tünel) qorxusu nəyə aiddir?



Yüklə 301 Kb.
səhifə4/5
tarix03.02.2017
ölçüsü301 Kb.
#7604
1   2   3   4   5

144) Kiçik sahəli, bağlı məkan (lift, tünel) qorxusu nəyə aiddir?

A) generalizə olunmuş təşviş pozuntusu

B) təlaş (panik) pozuntusu

C) spesifik (izolə olunma) fobiyalar

D) obsessiv-kompulsiv pozuntu

E) aqorafobiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
145) Obsessiv-kompulsiv pozuntu diaqnozunun qoyulması üçün simptomların müşahidəsinin minimal dövrünü qeyd edin.

A) 6 ay


B) 1ay

C) 2 ay


D) 3 ay

E) 2 həftə

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
146) Psixoloji müdafiənin qeyri-yetkin mexanizmlərinə aşağıdakılardan hansı aiddir?

1. Rasionalizasiya

2. Yerdəyişmə

3. Yumor

4. Əks-reaksiyanın formalaşması

5. Altruzim

A) 1, 2, 4

B) 2, 3, 4, 5

C) 1, 2, 3, 4, 5

D) 1, 2, 3, 4

E) 3, 4, 5

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
147) 38 yaşlı qadın daimi ruh düşkünlüyü, həyata olan marağının itməsi, tez yorulma, yuxusuzluq, iştaha pozğunluğu şikayətləri ilə ambulator psixiatrik kömək üçün müraciət etmişdir. Pasiyentin sözlərinə görə son 2 ildir, bu vəziyyətdədir. Anamnezə görə əvvəl medikamentoz müalicə almayıb. Pasiyent bildirir ki, bir ildən artıq psixoterapevtik müalicə almasına baxmayaraq, vəziyyətində köklü dəyişiklik olmayıb. Son keçdiyi psixoterapiyanı təsvir edərkən bildirir ki, psixoterapevtik sessiyalar həftədə 3 dəfə keçirilirdi. Psixoterapiya vaxtı əsasən onun uşaq vaxtı keçirdiyi hisslər, valideynləri ilə münasibətləri, və keçmişdə həyatda onun üçün əhəmiyyət daşıyan insanlarla ünsiyyəti müzakirə edilirdi. Pasiyent yüksək ehtimalla hansı psixoterapevtik müalicə alıb?

A) Psixodinamik psixoterapiya

B) Koqnitiv-bixevioral terapiya

C) Ailə psixoterapiyası

D) İnterpersonal psixoterapiya

E) Rasional psixoterapiya

Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
148) Psixoterapevtik müalicə alan və həftədə 1dəfə psixoterapevtik sessiyaya gələn 32 yaşlı qadın psixoterapevtin ona 10 günlük məzuniyyətə gedəcəyini və getdiyi yeri demədikdə çox əsəbləşdi. Qəzəblənərək bildirdi ki, terapevt də elə pasiyentinin atası kimidir, onu “yalnız öz istəkləri maraqlandırıb, o heç vaxt öz ailəsini düşünməyib”. Aşağıdakılardan hansı pasiyentin reaksiyasını daha dəqiq əks etdirir?

A) Proyeksiya

B) Əks-transfer

C) İndentifikasiya

D) Repressiya

E) Transfer

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
149) Psixoterapevtik müalicə alan 42 yaşlı pasiyent terapevtə qarşı təkəbbürlü davranır. Sessiyalarda müzakirələr zamanı pasiyent daimi olaraq özünə bəraət qazandırmağa, bütün məsələlərdə haqlı olduğunu sübut etməyə çalışır. Pasiyentin bu cür davranışı terapevtin öz böyük qardaşı ilə münasibətini xatırladır və bu səbəbdən terapevt psixoterapevtik sessiyalar zamanı özünü gərgin hiss edir və qıcıqlanır. Aşağıdakılardan hansı terapevtin reaksiyasını daha dəqiq əks etdirir?

A) Repressiya

B) Transfer

C) Proyeksiya

D) Əks-transfer

E) İndentifikasiya

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
150) 31 yaşlı kişi ailə münasibətlərindəki problemləri həll etmək üçün psixoterapevtik müalicə alır. Pasiyentin həyat yoldaşına xəyanət etməsi səbəbindən ailəsində problemlər yaranmışdır. Törətdiyi əmələ görə pasiyent dərin peşmançılıq hissi keçirir, özünü daim günahlandırır. Pasiyent həmçinin əmindir ki, terapevt ona qarşı kəskin mənfi münasibət göstərir. Pasiyentin terapevtin ona qarşı münasibəti barədə fikirləri həqiqətə uyğun deyil. Aşağıdakılardan hansı pasiyentin terapevt barədə fikirlərini daha dəqiq əks etdirir?

A) Əks-transfer

B) Repressiya

C) İndentifikasiya

D) Proyeksiya

E) Transfer

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
151) 29 yaşlı qadın boşanmadan sonra yaranmış depressiv pozuntu ilə bağlı psixoterapevtik müalicə alır. Pozulmuş ailə münasibətlərini təsvir edərkən pasiyent keçmiş ərinin ona qarşı qəddar və zalım olduğunu qeyd edir. Bununla yanaşı, pasiyent söyləyir ki, “mən gərək bütün bunlara dözüb ailəmi qoruyub saxlamağı bacaraydım”. Pasiyent ailəsinin dağılmasında yalnız özünü günahlandırır. Pasiyentin keçirdiyi hisslər və boşanmaya aid fikirləri hansı psixoloji müdafiə mexanizmi ilə şərtləndirilmişdir?

A) Transfer

B) Yerdəyişmə

C) Retrofleksiya

D) Repressiya

E) Əks-transfer

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
152) 27 yaşlı qadın həyat yoldaşı ilə yaşadığı problemləri həll etmək üçün psixoterapevtik müalicə alır. Pasiyent qeyd edir ki, ərinə qəzəbləndiyi zaman əksər hallarda 5 yaşı oğlu ilə kobud davranır, ona səbəbsiz acıqlanır və tez-tez cəzalandırır. Pasiyentin oğluna qarşı davranışını hansı psixoloji müdafiə mexanizmi ilə şərtləndirilmişdir?

A) Repressiya

B) Yerdəyişmə

C) Proyeksiya

D) Əks reaksiyanın formalaşması

E) Transfer

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
153) İnterpersonal psixoterapiyada tətbiq olunan psixoterapevtik texnikaları göstərin.

1. Aydınlaşdırma

2. Sərbəst assosialiyaların stimullarşıdılası

3. Qeyri-direktiv aşkarlama

4. Erkən uşaqlıq dövrünün münasibətlərinin öyrənilməsi

5. Bilavasitə aşkarlama

A) 3, 4, 5

B) 1, 2, 3, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 3, 4

E) 1, 3, 5

Ədəbiyyat: G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya (dərs vəsaiti), Bakı 2010 il.
154) İnterpersonal psixoterapiyada tətbiq olunan psixoterapevtik texnikaları göstərin.

1. Rol oyunu

2. Transferin və əks-transferin interpretasiyası

3. Aydınlaşdırma

4. Ünsiyyət təhlili

5. Psixoterapevtik prosesin sərbəst gedişi

A) 1, 3, 4

B) 3, 4, 5

C) 1, 2, 3, 4

D) 1, 2, 3

E) 1, 2, 3, 4, 5

Ədəbiyyat: G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya (dərs vəsaiti), Bakı 2010 il.
155) Aşağıda göstərilən təşviş pozuntuların hansının müalicəsində interpersonal psixoterapiya daha effektivdir?

A) aqorafobiya

B) obsessiv-kompulsiv pozuntu

C) sosial fobiya

D) spesifik (izolə edilmiş) fobiyalar

E) generalizə olunmuş təşviş pozuntusu

Ədəbiyyat: G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski. İnterpersonal Psixoterapiya (dərs vəsaiti), Bakı 2010
156) Həyat yoldaşının vəfatından sonra yaranan depressiv pozuntu ilə əlaqədar interpersonal psixoterapiya kursu keçən pasiyentə psixoterapevt deyir: “Siz kədərlə deyirdiniz ki, mərhum həyat yoldaşınıza açıq şəkildə öz hisslərinizi bildirməmisiniz. Gəlin, təsəvvür edək ki, o bu otaqdadır... Siz ona nə deyərdiniz?” Psixoterapevt hansı psixoterapevtik texnikadan istifadə edir?

A) Rol oyunu

B) Aydınlaşdırma

C) Sərbəst assosiasiyaların stimullaşdırılması

D) Bilavasitə aşkarlama

E) Qeyri-direktiv aşkarlama

Ədəbiyyat: G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya, Bakı 2010 il.
157) Post-travmatik stress pozuntusunun müalicəsi üçün ilkin seçim preparatları hansılardır?

A) antikonvulsantlar

B) nootroplar

C) neyroleptiklər

D) trankvilizatorlar

E) antidepressantlar

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Psixi pozuntularin ilkin tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi üzrə tədris-metodiki vəsait. Bakı 2011
158) XBT-10-nun nevrotik pozuntular fəslinə hansı aiddir?

A) şəxsiyyətin anankastik pozuntusu

B) post-travmatik stress pozuntusu

C) bipolyar affektiv pozuntu

D) siklotimiya

E) rekurrent depressiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
159) Bu pozuntulardan hansı yaşanmış fəlakətdən sonra müşahidə edilən şəxsiyyətin xroniki dəyişməsindən öncə baş verir?

A) rekurrent depressiya

B) bipolyar affektiv pozuntu

C) şəxsiyyətin anankastik pozuntusu

D) siklotemiya

E) post-travmatik stress pozuntusu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
160) 28 yaşlı kişi neft sahəsində çalışır. 7 ay bundan öncə neft platformasında yanğın baş verib, işçi personalı dərhal evakuasiya edilib. 2 həftə bundan öncə yuxusuzluq, qorxulu yuxular və oyaq olan zaman daim göz önünə evakuasiya səhnələrinin gəlməsi şikayətləri ilə müraciət etmişdir. Platformada işə qayıda bilməməsi səbəbindən ofisədə daha az məvacibli işə keçməyə məcbur olmuşdur. Ehtimalı yüksək olan diaqnozu göstərin.

A) obsessiv-kompulsiv pozuntu

B) post-travmatik stress pozuntusu

C) generalizə olunmuş təşviş pozuntusu

D) adaptasiya pozuntusu

E) stressə kəskin reaksiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
161) Hansı diaqnoz zamanı pasiyent qeyri-könüllü olaraq hospitallaşdırıla bilər?

A) təlaş (panik) pozuntusu

B) nevrotik anoreksiya

C) generalizə olunmuş təşviş pozuntusu

D) qeyri-müəyyən müddətli yuxusuzluq

E) obsessiv-kompulsiv pozuntu

Ədəbiyyat: Psixiatriya yardımı haqqinda Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
162) Pasiyent tərəfindən ərizə verildikdən sonra hansı müddət ərzində ona epikrizi təqdim etmək lazımdır?

A) 2 gün ərzində

B) pasiyentə epikriz verilə bilməz

C) müddət təşkilatın idarə heyəti tərəfindən təyin edilir

D) 1 həftə ərzində

E) 5 gün ərzində

Ədəbiyyat: Psixiatriya yardımı haqqinda Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
163) İlkin səhiyyə sisteminin həkimi tərəfindən təyin edilən psixi pozuntunun ilkin diaqnozunun hansı məhdudiyyətləri var?

1. məcburi xəstəxanada yerləşdirilmək üçün əsasa malik deyil.

2. müalicənin təyini üçün əsasa malik deyil.

3. psixiatrik qeydiyat üçün əsasa malik deyil

4. ixtisaslaşdırılmış yardım sisteminə yönləndirmək üçün əsasa malik deyil.

5. sosial-hüquqi məsələlərin həlli üçün əsasa malik deyil.

6. psixoterapiya üçün əsasa malik deyil

A) 2, 5, 6

B) 2, 4, 6

C) 1, 3, 5

D) 3, 4, 6

E) 1, 2, 6

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011.
164) Pasiyent maniakal epizod zamanı nigahdan kənar cinsi əlaqədə olmuşdur. Bu informasiyanı epikrezdə yazmaq lazımdırmı?

A) bu informasiyanı epikrezdə əks edib etməmək tibbi müəssisənin idarə heyətindən asılıdır

B) bu informasiyanı epikrezdə əks edib etməmək həkimin özündən asılıdır.

C) bu informasiya epikrezdə əks olunmalıdır

D) bu informasiya epikrezdə əks olunmamalıdır

E) bu informasiyanı epikrezdə əks edib etməmək pasiyentin özündən asılıdır.

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011.
165) Psixi pozuntu ilə əlaqədar müəyyən peşə fəaliyyəti növlərinə qoyulan qadağa neçə müddət davam edə bilər?

A) ömürlük

B) 5 ildən çox olmayaraq

C) 10 ildən çox olmayaraq

D) 1 ildən çox olmayaraq

E) 2 ildən çox olmayaraq

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011.
166) Psixi pozuntuları olan xəstənin qeyri-könüllü hospitallaşdırılması üçün nə əsas ola bilər?

1. Psixotik simptomlar (sayıqlama və hallüsinasiyalar)2. özü və ətrafdakılar üçün birbaşa təhlükə kəsb etmək

3. əsas həyat tələbatlarını ödəmək iqtidarında olmamaq

4. müalicədən imtina

5. sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi

A) 1, 4, 5

B) 1, 2, 4

C) 2, 3, 5

D) 1, 3, 5

E) 2, 4, 5

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011.
167) Hansı müddətdən sonra xəstə qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması qərarının verilməsi üçün həkim-psixiatrik komissiyasına təqdim olunmalıdır?

A) müalicənin başlanmasından 2 ay sonra

B) müddət müalicəni aparan həkim tərəfindən təyin edilir

C) müalicənin başlanmasından 3 ay sonra

D) müddət xəstəxananın idarə heyəti tərəfindən təyin edilir.

E) müalicənin başlanmasından 1 ay sonra

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
168) Hansı hallarda həkim-psixiatr yardım göstərməkdən imtina edə bilər?

1. əgər somatik pozuntulara malikdirsə

2. psixiatrik yardım göstərməyə bir əsas yoxdursa

3. əgər yardımın göstərilməsi digər mütəxəssislərin məsləhətini tələb edirsə

4. əgər pasiyent tərəfindən seçilmiş müalicə üsulu ona uyğun deyilsə

5. əgər yardımın göstərilməsində lazımi təhlükəsizliyə riayət etmək imkanı yoxdursa

6. əgər pasiyent öncədən digər psixiatrik xəstəxanada müalicə alıbsa

A) 3, 4, 6

B) 1, 3, 6

C) 2, 4, 5

D) 2, 3, 6

E) 1, 3, 4

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
169) Qumar oyununa patoloji meyillilik hansı pozuntuya aiddir?

A) şəxsiyyətin spesifik pozuntusu

B) adaptasiya pozuntusu

C) obsessiv-kompulsiv pozuntu

D) vərdiş və meyil pozuntusu

E) stresslə əlaqədar pozuntu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
170) Qızıyla yaşayan 44 yaşlı xəstə. Qızı bir ildir ki, şizofreniyadan əziyyət çəkir. Qadın qızının xəstə olması faktını qəbul etməkdən qəti sürətdə imtina edir. Ana qızının onları kiminsə izlədiyi, evlərində səsyazan aparaturanın qoşulması fikirləri ilə təmamilə razıdır. Qadın qızının xəstəliyinədək heç zaman psixi pozuntular nümayiş etdirməmişdir. Ehtimalı yüksək olan diaqnozu göstərin.

A) post-travmatik stress pozuntusu

B) paranoid şizofreniya

C) induksiya olunmuş sayıqlama pozuntusu

D) adaptasiya pozuntusu

E) şəxsiyyətin asılılıq pozuntusu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
171) Hansı sənəddə Azərbaycanda psixiatrik xidmətlərin inkişafının məqsəd və prinsipləri müəyyən edilmişdir.

A) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

B) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa

C) Psixi sağlamlıq sahəsində Milli Strategiya Deklarasiyası

D) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

E) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
172) Hansı sənəddə Azərbaycanda psixiatrik xidmətlərin inkişafının prioritet sahələri və vəzifələri müəyyən edilmişdir?

A) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

B) Psixi sağlamlıq sahəsində Milli Strategiya

C) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

D) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

E) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
173) Hansı sənəddə Azərbaycanda psixi sağlamlıq sisteminin resurs bazasının (kadrlar, texniki təchizat və maliyyələşdirmə) inkişaf etdirilməsi məsələsi nəzərdən keçirilir?

A) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

B) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

C) Psixi sağlamlıq sahəsində Milli Strategiya

D) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

E) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
174) Hansı sənəddə Azərbaycanda psixi sağlamlıq sistemi və insan hüquqlarının qorunması sahəsində tənzimlənmənin yaxşılaşdırılması və sektorlararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilir?

A) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

B) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

C) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

D) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

E) Psixi sağlamlıq sahəsində Milli Strategiya

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
175) Hansı sənəddə Azərbaycanda əhali arasında psixi sağlamlıqla bağlı problemlərin əmələ gəlməsinin qarşısını almağa yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi məsələləri nəzərdən keçirilir?

A) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

B) Psixi sağlamlıq sahəsində Milli Strategiya

C) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

D) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

E) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamliq Sahəsində Milli Strategiya, Bakı 2011
176) Hansı sənəddə Azərbaycanda psixiatriya xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası məsələləri nəzərdən keçirilir?

A) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

B) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

C) Psixi sağlamlıq sahəsində Milli Strategiya

D) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

E) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
177) Hansı sənəddə Azərbaycanda psixi sağlamlıq sistemində xidmətlərin təkmilləşdirilməsi və psixi pozuntuları olan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin edilməsi məsələləri nəzərdən keçirilir?

A) BMT-nın Baş Assambleyasının 46/119 Qətnaməsi

B) Psixiatrik Yardım haqqında Azərbaycan Respublikasının Qanunu

C) Psixi sağlamlıq sahəsində Milli Strategiya

D) Ümumdünya Psixiatrik Assosiasiyasının Madrid Deklarasiyası

E) Psixi sağlamlığın Müdafiəsinə dair Avropa Deklarasiyası

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Sahəsində Milli Strategiya, Bakı 2011
178) Hansı preparat xolinestereza ingibitoru sinfinə aiddir?

A) aqamelatin

B) etifoksin

C) preqabalin

D) donepezil

E) amilsulperid

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
179) Hansı preparat neyroleptiklər sinfinə aiddir?

A) preqabalin

B) etifoksin

C) amilsulperid

D) aqamelatin

E) donepezil

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
180) Hansı preparat antikonvulsantlar sinfinə aiddir?

A) aqamelatin

B) donepezil

C) amisulperid

D) etifoksin

E) preqabalin

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
181) Hansı preparat anksiolitiklərin (trankvilizator) sinfinə aiddir?

A) preqabalin

B) etifoksin

C) aqamelatin

D) amisulperid

E) donepezil

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
182) Preparatlardan hansını depressiya zamanı iki həftədən artıq təyin etmək tövsiyə edilmir?

A) alprozalam

B) lamotridcin

C) aqamelatin

D) sertralin

E) etifoksin

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
183) Pozuntulardan ən çox hansı bir-biri ilə əlaqədədir?

1. sosial fobiya

2. aqorafobiya

3. spesifik fobiyalar

4. təlaş (panik) pozuntusu

A) 1, 2


B) 2, 4

C) 1, 3


D) 3, 4

E) 2, 3


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
184) Qaçqın və məcburi köçkünlərdə daha çox rast gəlinən pozuntu hansıdır?

A) aqorafobiya

B) post-travmatik stress pozuntusu

C) təlaş (panik) pozuntusu

D) sosial fobiya

E) generalizə olunmuş təşviş pozuntusu

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
185) Zorakılığa məruz qalmış insanlara daha çox rast gəlinən pozuntu hansıdır?

A) reaktiv psixoz

B) sosial fobiya

C) təlaş (panik) pozuntusu

D) biopolyar affektiv pozuntu

E) post-travmatik stress pozuntusu

Ədəbiyyat: İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
186) Əgər pasiyentin işlədiyi müəssisənin sahibkarı birbaşa bu işçinin psixiatrik qeydiyyatında olub-olmamasının ona bildirilməsi üçün həkimə müraciət edirsə, bu halda həkim necə hərəkət etməlidir?

A) bu tip informasiyanı səsləndirmək hüququna malik olmadığını bildirməli

B) atacağı addımlara dair özü qərar verməli

C) xəstə haqqında bütün informasiyanı təqdim etməli

D) sorğunu psixiatrik dispanserə yönləndirməli

E) diaqnozu bildirmədən pasiyentin uçotda olmasını təsdiqləməli

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011.
187) Həkim-psixiatr hansı halda pasiyenti onun razılığı olmadan qeyri-könüllü yardım etmək qərarını verə bilər?

A) əgər şəxs öz vəziyyətinə tənqidi yanaşmırsa

B) əgər qohumlar təkid edirlərsə

C) əgər şəxs davranışı ümumi ictimai normalara uyğun deyilsə

D) əgər şəxs özü və ətrafdakılar üçün təhlükə kəsb edirsə

E) əgər şəxs psixi pozuntu simptomları nümayiş etdirirsə

Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011


Yüklə 301 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin