1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə16/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

15.    Rəsmin yaranma prosesi.

Təsviri sənət incəsənətin bir növüdür. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı. Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: - rəsm; - qrafika; - boyakarlıq; - heykəltaraşlıq; - dekorativ tətbiqi sənət; - bəzən memarlıq. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq- kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır. Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. Rəsmin mövcudluğu insan qədər qədimdir. Qədim Qobustan qayaüstü rəsmləri buna misal ola bilər. Qobustan qədim dövrün əzəmətli abidəsidir. Onun qayaüstü təsvirlərində insan mədəniyyətinin bütün inkişaf dövrləri – qədim Qobustanlılarm bədii və dini təxəyyülünün yaranması mərhələlərlə öz əksini tapıb. Insanın yazda, yaxud payızda Qobustanda olmasından asılı olmayaraq gün ilə işıqlanarkən, ya da ala – toranlıqda onlar insana sehli təsir bağışlayırlar. Qədim əcdadlarımız tərəfındən ovsunçuluğun, ov səhnələrinin, insan və heyvan fıqurlarınm həkk olunması, uzaq keçmişin həyat şəraiti haqqmda təsəvvürün xəyalımızda canlanması bizdə sehrli aura yaradır. Əsrlərin yaddaşına həkk edilmiş bu qaya rəsmləri çox təsirli olduğundan tarixçilərin, rəssamların həssas diqqətlərini özlərinə cəlb etmişlər. Rəsm insanı bütün ömrü boyu müşayiət edir; şəkilli uşaq kitabları, xalçalar, keramika, qab – qacaq, meydan və bağçalardakı abidələr, bir sözlə insanı əhatə edənlərin əsasını rəsm təşkil edir. Rəsmin çoxsaylı müxtəlif növləri meydana çıxır; gözucu rəsm qeydləri, ilkin eskiz, işlənilmiş eskız və s. Təsviri sənət bəşəriyyət tarixinin səlnaməsidir. Ətraf mühitin əməklə mənimsənilməsi prosesində rəsm mürəkkəbləşır. Erkən dövrün (e.ə. XII-IX əsrlər) sənətkarlarmın rəsmlərində dəmirdən istifadə gerçəkliyin hərtərəfli dərk edilməsinə meylin daha artıq olmasına sübutdur. Orta əsrlərdə Qərb ölkələrindən fərqli olaraq Şərqdə “dini aspektdən yanaşma” rəssamların insan rəsmlərini çəkilməsinə qadağa qoyulmuşdu. Bu səbəbdən orta əsrlərdə mədəniyyətin, elmin yüksəlişi ilə, klassik poeziya və incəsənətə qarşı artan maraqla əlaqədar yazılı kitab sənətinin yaranması və inkişafı nəzərə çarpır. Kubar məzmunlu kitablar adətən miniatür və ornamentlərlə illüstrasiya olunurdular. Bu dövrdə kalliqrafiya sənəti də az əhəmiyyətə malik deyildi. Bu dövrdə müxtəlif bədii ixtisaslı mütəxəssislərin – kalliqrafları, miniatürçü rəssamları, ornamentçiləri və bədii cildləmə ustalarını birləşdirən sex təşkilatları mövcud idi. Əlyazmanın tərtib olunma sənəti əsasən dörd bədii yaradıcılıq sahəsini – kalliqrafıyanı, miniatür sənətini, ornamental – dekorativ sənəti və cildləmə işini əhatə edirdi. Rəssamların geniş dairəsinə ünvanlanmış məşhur şair və rəssam Sadıq bəy Əfşan “Qanun əs – sovar” traktatında təsviri sənətin orta əsr Şərq rəssamlığının nəzəri və təcrübi şərhi şerlə verilmişdir. Təsviri sənət artıq bu dövrdə geniş xalq kütləsi arasmda yayılmışdı və onlar xüsusi kağızda və qara lələklə çəkilmiş qara miniatür rəsmləri (“siyah gələm”) almağa qadir idilər. Traktatda Orta əsr Şərq rəssamın yaradıcılıq üslubunu formalaşdırmağa, təbiətin müxtəlifliyini öyrənməyə, onun təkrarolunmaz hadisələrinin düzgün təcəssüm olunmasma maraq göstərilir. Sadıq bəy insan xarakterini, onun özünəməxsusluğunu, emosiyasını aydın çatdıran portretlərə məftunluğunu bildirir. Traktatda sənət əsərinin təkmilləşmə və tamamlanma kimi yaradıcı – metodik məsələlərinin düzgün həlli yüksək qiymətləndirilir, təsviri sənəti öyrənərkən düzgün metodik rəhbərlik əsas sayılır, istedad olarkən təbiətin sənətdə ən yaxşı müəllim rolu oynadığı göstərilir. Qeyd olunur ki, öz varislərinin ən’ənələrini öyrənərkən metoda, əxz etmə ve şəxsi üsluba malik olmaq vacibdir. Xalq ustadlarınm təsvir motivləri tükənməzdir, onların ornamental motivləri zəngin və rəngarəngdir. Şəki xan sarayınm divar naxışları özündə dekorativ sənətin və miniatür boyakarlığm ən yaxşı nəailiyyətlərini cəmləşdirib. Orta əsr tədqiqatçıları N.Rzayev, K.Kərimov, R.Əfəndiyev dekorativ – tətbiqi sənətin ayrı – ayrı növlərinin təhlil edərkən, xalq ustadlarının varislik ənənələrinə sadiqliyini və yüksək sənətkarlıq səviyyələrini xüsusi qeyd edirlər


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin