1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


    Müəllim tədris prossesinin təşkilatçısı və rəhbəri kimi



Yüklə 165,89 Kb.
səhifə17/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   13   14   15   16   17   18   19   20   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

16.    Müəllim tədris prossesinin təşkilatçısı və rəhbəri kimi

Müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Bu barədə dahi Ü.Hacıbəyov belə yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili – tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar.

Dərs təlim prosesində mühüm yer tutur. Bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir, şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsası (zehni, ideya-mənəvi, estetik, əmək, fiziki və b.) dərslərdə qoyulur. Buna görə də dərs təlimin və tərbiyənin əsas təşkili forması sayılır. Pedaqoji ədəbiyyatda belə bir haqlı müqayisəə düzgün təşkil etmək lazımdır. Dərsin tipləri dərsdə yerinə yetirilən əsas didaktik məqsədə görə müəyyən olunur. Hazırda dərsin dörd tipi fərqləndirilir:


  • Yeni bilik verən dərs

  • Tətbiqetmə (və ya çalışma) dərsi

  • Möhkəmlətmə dərsi

  • Yoxlama dərsi

Pedaqoji ədəbiyyatda bəzən mürəkkəb (kombinəedilmiş və ya birləşmiş) dərs tipi də irəli sürülür. Bu dərs tipində bir neçə məqsəd olsa da, əsas məqsəd yeni bilik verməkdir. Buna görə də onu birinci tipə aid etmək daha düzgün olardı. Hər bir dərs tipinin özünəməxsus quruluşu vardır. Məsələn, yeni bilik verən dərs tipinin təxmini quruluşu belədir:

1.. Ev tapşırığının yoxlanması, qiymətləndirmə

2. Yeni mövzu ilə bağlı müstəqil iş

3. Mövzunun həyati əhəmiyyətinin izahı (motivləşdirmə)

4. Yeni mövzunun mənimsədilməsi

5. Yeni materialın möhkəmləndirilməsi

6. Dərsə yekun vurulması və ev tapşırığının izahı

Dərsin quruluşu, mərhələlərin miqdarı və ardıcıllığı təxminidir. Fənn, mövzu və sinifdən, dərsin məqsədindən, şagirdlərin səviyyəsindən asılı olaraq dərslər müxtəlif variantlarda qurula bilər. Canlı və yaradıcı proses olan dərsi heç bir universal, standart quruluşla məhdudlaşdırmaq olmaz. Hər bir dərs müəllimin pedaqoji-metodik simasını ifadə edir; müəllimə, əsasən, keçdiyi dərslərə görə qiymət verilir. Odur ki, müəllim hər bir dərsə böyük məsuliyyətlə yanaşmalı, onu yüksək səviyyədə qurmağı bacarmalıdır. Bunun üçün dərsə verilən müasir tələbləri yaxşı bilmək və onları düzgün tətbiq etmək lazımdır. Hər bir dərs müəllimin pedaqoji-metodik simasını ifadə edir; müəllimə, əsasən, keçdiyi dərslərə görə qiymət verilir. Odur ki, müəllim hər bir dərsə böyük məsuliyyətlə yanaşmalı, onu yüksək səviyyədə qurmağı bacarmalıdır. Bunun üçün dərsə verilən müasir tələbləri yaxşı bilmək və onları düzgün tətbiq etmək lazımdır. Təsviri sənət dərsləri quruluşca başqa dərslərdən fərqlənmir. Bura¬dan da əsas mərhələlər olaraq sinfin təşkili yeni materialın izahı, şagirdlərin müstəqil işi. Verilmiş biliklərin möhkəmləndirilməsi və yekunlaşdırma göstərilir.Hər bir dərs aşağıdakı tərkib hissələrinə bölünür:

✓ Sinifin təşkili

✓ Yeni materialın izahı

✓  Şagirdlərin müstəqil işi

✓ Yekunlaşdırma və dərsin başa çatdırılması

• Sinifin təşkili.: Sinifin təşkili zamanı intizam yaradılır, dərs jurnalı üzrə qeydlər aparılır. Keçən dərs eve verilən tapşırıqlar yoxlanılır, səhvlər üzərində işlənilir və sinifə izahat verilir.  Ev tapşırıqlarına verilən qiymətlər jurnala qeyd olunur

• Yeni materialın izahı.: Yeni dərsin mövzusu sinifə bildirilir. Daha sonra müəllim onun əsas məqsəd və vəzifələrini izah edir . İzah edərkən əyani vəsaitlərdən istifadə edir . Buraya sxem, cədvəl, çertyoj, daxildir. Lövhədə təsvirin qurulma metodu göstərilir. Şagirdlər düzgün  anladıqlarını yoxlamaq üçün müəlliməyə sual verə bilərlər.

• Şagirdlərin müstəqil işi.: Uşaqlar rəsm üzərində işə başlayırlar. Bu zaman müəllim sinifdə gəzərək uşaqların işlərinə nəzarət edir . Səhvləri olduqda düzəldir, öz izahını verir. Bu zaman hər bir uşağa fərdi yanaşmaq lazımdır. Onların istedadları, qabiliyyətləri arasında fərqi nəzərə almaq lazımdır. Zəif şagirdlərə daha çox diqqət etmək lazımdır. Onlarla fərdi iş aparmaq vacibdir. Beləliklə dərs materialının bütün sinif tərəfindən mənimsənilməsinə nail olmaq mümkündür.

• Yekunlaşdırma və dərsin başa çatdırılması.: Dərsin sonunda müəllim ən yaxşı rəsmləri seçir və sinifə göstərir. Müəllim rəsmlərin müsbət və mənfi cəhətlərini izah etməlidir. Dərsin yaxşı təşkili üçün əvvəlcədən hər bir dərsin plan-konspektini hazırlamaq lazımdır. Buraya məşğələ növü, dərsin mövzusu, məqsədi, istifadə olunan vəsait, ədəbiyyat siyahısı qeyd olunmalıdır. Daha sonra dərsin əsas təlim ve tərbiyə məqsədləri göstərilir. Dərsdə materialların ardıcıllığı göstərilir. Burda müəllimin özünün metodları da ola bilər. Həmçinin müəllimlərə gündəlik tutmaq da məsləhət görülür. Bu gündəliyə hər bir dərsə aid fikirlər yazılır.




Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin