60. Miniatüra sənəti
Sual26nın cvbda uyğundur
Miniatür kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən boyakarlıq əsəridir. Keçmişdə əsasən dini və ədəbi əlyazmaların, kitablarının illüstrasi-yalarla bəzəd ilməsində ondan geniş istifadə olunmuşdur. Belə təsvirlər çox maraqlı kompozisiya həlli ilə diqqəti cəlb edir. Miniatür rəsmlərdə portret, məişət, mənzərə, əsatir və s. mövzuların təsvirinə geniş yer verilmişdir. Orta əsrlərdə Təbriz miniatür məktəbinin görkəmli nümayəndələrindən Soltan Məhəmmədin, Mirzə Əlinin, Müzəffər Əlinin, Kəmaləddin Behzadın, Sadiq bəy Əfşarın dahi şairlərdən Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Xosrov Dəhləvi, Məhəmməd Fizuli və baş-qalarının əsərlərinə çəkdikləri illüstrasiyalar, xüsusi albomlarda toplanmış miniatürlər hazırda dünyanın ən məhşur muzeylərində və kitab fondlarında nadir sənət inciləri kimi qorunub saxlanılır. Hazırda dünyanın ən böyük muzey və kitabxanalarında ən dəyərli sənət inciləri kimi saxlanan Firdovsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si, Sədi və Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və Şərq poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları tərəfindən zəngin illüstrasiyalarla bəzədilmiş təmtəraqlı əlyazmaları həmçinin xüsusi albomlarda-"Mürəkkə"lərdə toplanmış müstəqil miniatürlər sübut edir ki, Azərbaycan miniatur sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb inkişaf yolu keçmişdir.
Dostları ilə paylaş: |