1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə100/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   96   97   98   99   100   101   102   103   ...   109
Torpaq coğrafiyaaı tam suallar

53. Qumlar və qumlu torpaqlar

Dünyanın bir sıra yerlərində qum massivləri böyük sahələri əhatə edir. Bu yerlər torpaqəmələgəlmə prosesinə zəif məruz qalmışdır. Qum dedikdə bitkilər tərəfindən bərkidilməmiş və ya zəif bərkidilmiş açıq (səpələnən) qumlu törəmələr başa düşülür. Qumlu torpaqlar sabit bitki örtüyünə və zonal torpaqlara məxsus genetik profilə malikdir.

Quru bozqırların, yarımsəhra və səhraların qum vilayətlərində qrunt suyunun dərində yerləşdiyi və qumların bitkilər tərəfindən məskunlaşması mərhələsindən asılı olaraq dəvəotu, qum yovşanı, saksaul, səhra akasiyası, astraqal və s. bitkilər bitir.

Qum massivləri ərazisində hərəkət edən barxan qumlarının yayıldığı sahələr də vardır. Onların sahəsi bir neçə kvadrat metrdən bir neçə yüz kvadrat kilometr arasında dəyişir. Onların yaranması iqlimin quraqlığı, güclü küləklər və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Onlar çoxdan formalaşmışdır və Nebitdağ, Qızılqum və Xəzər sahili ovalıqdakı barxan qumlarını aid etmək olar.

Barxanlar küləyin istiqamətinə perpendikulyar yerləşmiş qum yığınlarıdır. Barxanlar bir qayda olaraq yayda quru şərq küləklərinin təsiri altında əmələ gəlir. Barxanların hərəkəti istiqaməti və sürəti küləyin davamiyyətindən, qumun nəmliyindən və qranulometrik tərkibindən asılıdır. Barxan qumları yüksək sukeçiriciliyi ilə səciyyələnir.

Qumlar – dağ süxurlarının aşınması nəticəsində yaranmış və aşınma məhsullarının su və külək vasitəsilə çökdürülmüş geoloji törəmədir. Mənşəyinə görə qumlar elüvial, delüvial, dəniz, göl, allüvial, flyüvioqlasial və eol qumlara ayrılırlar.

Qumlar tamamilə ölçüləri 0,01 mm-dən böyük hissəciklərdən ibarətdir. Ən yaxşı çeşidlənmiş torpaqlar eol və müasir elüvial qumlar, ən pis çeşidlənmiş qumlar isə - flüvioqlasial və dəniz qumları hesab olunur.

Qumların mineraloji tərkibi onların əmələ gəldiyi dağ süxurlarının mineraloji tərkibindən, onların parçalanma, aparılma və çökdürülmə şəraitindən asılıdır. Qumların tərkibində kvars, çöl şpatı, buynuzdaşı, slyuda, gips, əhəngli minerallar və başqaları üstünlük təşkil edir. Əksər hallarda birinci yerdə kvars durur. Törəmə minerallar qumun tərkibində azdır. Qumun tərkibindəki ilkin minerallar aşınmanın təsiri altında qumların rəngini dəyişir.

Səhra və yarımsəhra qumlarının tərkibində kalsium karbonatlarının miqdarı adətən çox olur. Qumların tərkibində humus, azot, fosfor və kaliumun miqdarı azdır. Qumların fiziki və su-fiziki xassələri onların qranulometrik tərkibindən, həmçinin hərəkətliliyindən asılıdır.

Qumların təbii bitkiləşməsi üzərində ilkin bitkilər rolunda qum darısı və başqa psammofitlər yaranır. Bu bitkilər qumları bərkidir və başqa bitkilərin inkişafı üçün əlverişli şərait yaradır. Qumlar üzərində bitki örtüyünün yaranması onların hərəkətini tədricən dayandırır və fəal torpaqəmələgəlmə prosesi başlayır. Zonal bitkilərin qumlar üzərində məskunlaşması nəticəsində onlar qumlu torpaqlara çevrilir. Qrunt suyunun səthə yaxın yerləşdiyi yerlərdə qleyli və qleyvari torpaqlar formalaşır.

Qum massivləri köçəri heyvandarlıqdan, üzümlüklərin və bağların salınmasından, meşə massivlərinin yaradılmasından, bostan və başqa kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən ötrü istifadə edilə bilər.

Avtomorf səhra torpaqları (boz-qonur, takır və takırabənzər) arasında yayılmış qumlu torpaqlar təbii bitkiliyin inkişafı baxımından yaxşı torpaqlar kimi səciyyələnir. Ona görə də burada iri qum və qumlu massivlər qiymətli otlaq sahələri kimi qiymətləndirilir. Qumları bərkitməkdən ötrü aşağıdakı qumbərkidici bitkilərdən istifadə olunur: otlar – qum darısı, sibir daraqotu və s.; kol bitkilərindən – kol söyüdü, çuqun, çərkəz, qum akasiyası və s.; ağac bitkilərindən meşə- bozqır zonasında – adi şam, tozağacı, qovaq, palıd; bozqır zonasında – adi və Krım şamı, palıd, ərik, ağ tut, səhra zonasında – qovaq, ərik, ağ tut.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin