1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə77/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   73   74   75   76   77   78   79   80   ...   109
Torpaq coğrafiyaaı tam suallar

41. Qonur meşə torpaqları

Enliyarpaq meşələrin qonur meşə torpaqları subboreal qurşağın mülayim isti və okeanyanı vilayətlərində (Qərbi və Mərkəzi Avropada, Uzaq Şərqdə) yayılmışdır. Qonur meşə torpaqların və bu zona daxilində yayılmış (Amur prerilərinin) çəmən-qaratorpağabənzər torpaqların ümumi sahəsi təqribən 20 mln.ha-dır. Dağ qonur meşə torpaqları Qafqaz, Krım, Karpat və Sixote-Alin dağlarında yayılmışdır.



İqlim. Qonur meşə torpaqlarının yayıldığı qərb rayonlarının iqlimi xeyli miqdarda yağıntıların düşməsi və mülayim qışı ilə səciyyələnir. Burada yağıntıların orta illik miqdarı 600 – 1000 mm, buxarlanma isə 350-550 mm təşkil edir ki, bu da torpaqların yuyulma rejimini təmin edir. Fəal temperaturların cəmi 2000-30000 C-dir. Uzaq Şərq rayonunda qonur meşə torpaqları musson iqlimi və isti mövsümün sonunda maksimum yağıntıların düşməsi, az qarlı sərt qışı ilə səciyyələnir. Torpaq 2-3 m dərinliyə kimi donur və dondan tədricən açılır. Yağıntıların ümumi miqdarı 450-600 mm, buxarlanma 430-550 mm-dir. Fəal temperaturların cəmi 1900-26000 C-dir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin