42. Boz meşə torpaqları
Boz meşə torpaqları meşə-bozqır zonasının əsasən şimalında yayılmışdır. Bu torpaqlar boz meşə qleyli torpaqlarla birgə 50 mln. ha sahəni əhatə edir. Bu zona daxilində boz meşə torpaqları ilə yanaşı çimli-podzol, podzollamış və yuyulmuş qaratorpaq, həmçinin interzonal və azonal torpaqlar – boz meşə qleyli, çəmənli qaratorpağa, çimli-karbonatlı, bataqlıq, allüvial, şorakət, solodlara və şoranlara rast gəlinir.
İqlim. Zonanın iqlimi təbii ağac və ot bitkilərinin, həmçinin bir sıra kənd təsərrüfatı bitkilərinin böyüməsi və inkişafı üçün əlverişlidir. Zona iqliminin səciyyəvi cəhəti – əraziyə düşən yağıntılar və buxarlanmanın təqribən bərabər olmasıdır. Nəmliklə təminatına görə qərb əyalətlərləri rütubətli, mərkəzi və şərq əyalətləri isə yarımrütubətli hesab olunur. Şərqə doğru kontinentallığın tədricən artması istiliklə ümumi təmin olunmanın azalmasına, qışın soyuqlaşmasına, vegetasiya müddətinin isə qısalmasına səbəb olur.
Dostları ilə paylaş: |