Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq
tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Son vaxtlar respublikada tez-tez elə hallar olur ki, ayrı-ayrı dövlət təşkilatları və ictimai
təşkilatlar, assosiasiyalar, birgə müəssisələr, kooperativlər qiymətli dərman bitkilərinin təbii
ehtiyatlarının və məhsuldarlığının qorunması tələblərini pozaraq onları yığır, beləliklə
dərman bitkilərinin və xammalının təbiətdəki ehtiyatlarına böyük ziyan vururlar.
Bu xammalın respublikanın hüdudlarından kənara satılmasında pozuntulara yol verilir
ki, bu da çoxlu itkiyə səbəb olur.
Deyilənlərlə əlaqədar olaraq qərara alıram:
1. Müəyyən edilsin ki:
– dərman bitkilərinin, zootoksinlərin, təbiət müalicə amillərinin yığılması üçün
lisenziyanı Azərbaycan Respublikasının Dövlət Təbiəti Mühafizə Komitəsi yalnız
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və respublikanın onların tədarükünə dair
plan tapşırıqları olan təşkilatlarına verir;
[1]
– dərman bitkiləri, zootoksinlər, təbiət müalicə amilləri və onlardan hazırlanan
məhsullar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi hədlər əsasında
respublikanın hüdudlarından kənara aparılır və satılır.
2. Zəhərli ilanların tutulması, saxlanması, zootoksinlərin əldə edilməsi və emalı,
səmərəli ilançılıq sahəsində elmi-tədqiqat işləri kompleksinin yerinə yetirilməsi ilə əlaqədar
bütün istehsalat məsələlərinin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti dərman bitkilərinin yığılmasının və
kənara aparılmasının, zəhərli ilanların tutulmasının və saxlanmasının qoyulmuş qaydasının
icrasını təmin edən tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı təhəri, 27 fevral 1991-ci il,
№ 166
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı
(“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə 1-ci bəndinin ikinci abzası çıxarılsın.