1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə37/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   33   34   35   36   37   38   39   40   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpaqların təsnifatı

Torpaqların təsnifatı torpaqların əsas xassələrinə, mənşəyinə və münbitliyinin xüsusiyyətlərinə görə - qruplarda birləşdirilməsidir.

Torpaqların təsnifatının qurulmasına dair işlərə aşağıdakılar daxildir: təsnifat prinsiplərinin təyin edilməsi; tabe edilmiş taksonomik vahidlər (tip, yarımtip və s.) sisteminin işlənməsi; torpaqların təsnifat sxeminin və ya sistematik siyahısının tərtib edilməsi; adlar sisteminin və ya torpaq nomenklaturasının işlənməsi, həmçinin hər təsnifat vahidinin torpaqlarının təbiətdə tapılması (torpaqların diaqnostikası) və torpaq xəritəsində ayırmaqdan ötrü əlamətlərin müəyyən edilməsi.

Torpaqların ilk ekoloji-genetik təsnifatı V.V.Dokuçayev tərəfindən 1879-cu ildə irəli sürülmüşdür. Bu təsnifatda V.V.Dokuçayev torpaqları ərazi daxilində yerləşməsinə görə üç qrupa bölürdü: normal, keçid və anormal. Normal torpaqlar "mənşəyinə görə" siniflərə bölünürdü: quru-bitki, quru-bataqlı və tipik bataqlı. Quru-bitki torpaqları torpaqəmələgətirən amillərin qarşılıqlı təsirindən torpaqların əsas zonal sırasını yaradır. Bu təsnifatda ilk dəfə olaraq siniflər daxilində torpaqların genetik tipi ayrılmışdır.

Ekoloji-genetik təsnifatlar real təbii qanunauyğunluqları torpaqların xassələrini, torpaqəmələgəlmə rejimlərini və onların ətraf mühitlə əlaqələrini əks etdirirlər. Ona görə də onlar kənd təsərrüfatının tələblərinə daha dolğun cavab verir və torpaq ehtiyatlarının keyfiyyətcə qiymətləndirilməsində geniş istifadə edilir.

Morfogenetik təsnifatlar torpaqların əsas xassələrinə əsaslanır. Lakin o həmçinin torpaqəmələgəlmə şəraitinin analizini də nəzərdə tutur.

P.S.Kossoviç (1903, 1910) torpaqların öz dövrü üçün daha geniş genetik təsnifatını vermişdir. O, bütün torpaqları iki sinfə bölmüşdür: genetik baxımdan sərbəst (elüvial) və genetik baxımdan asılı (ilüvial). Birinci sinif daxilində torpaq tipləri torpaq əmələgəlmənin tipinə görə qruplaşdırılır: səhra; səhra-bozqır (və ya yarımsəhra); bozqır və ya qaratorpaq; podzollu; tundra; lateritli. İkinci sinif daxilində bu torpaq qrupları ayrılır: quru bozqırların qrunt suyu ilə nəmlənən torpaqları; qaratorpaq zonanın qrunt suyu ilə nəmlənən torpaqları; podzollu zonanın bataqlı torpaqları; rütubətli tropik və subtropik zonanın bataqlıq torpaqları.

Evolyusion - genetik təsnifat torpaqəmələgəlmə prosesinin inkişafını zaman daxilində, başlanğıcda qələvi torpaqəmələgəlmə mərhələsindən turş torpaqəmələgəlmə mərhələsinə kimi inkişafını və ya torpaqəmələgəlmənin hidromorf mərhələsindən avtomorf mərhələsinə kimi inkişafını nəzərdən keçirir.

Tarixi- genetik təsnifat. Belə bir təsnifatın qurulması ideyası ilk dəfə V.R.Vilyams (1914, 1936) tərəfindən irəli sürülmüşdür. O, hesab edir ki, torpaq tipləri bir fasiləsiz inkişaf zəncirində bir-birinə bağlıdırlar.

Uzaq xaricdə torpaqların təsnifatı ilə bağlı torpaqşünaslıq elmində iki əsas istiqamət mövcuddur: Qərbi Avropa və Amerika təsnifatları.

Qərbi Avropa təsnifatları öz tarixi köklərinə görə aqrogeoloji təsnifatlara gedib çıxır. Aqrogeoloji təsnifatlar torpaqəmələgətirən süxurların xassələrinə istinadən aşağıdakı istiqamətlərə bölünürdü: 1) geoloji-petroqrafik əsasında torpaqəmələgətirən süxurların mineraloji tərkibi dururdu; 2) kimyəvi - torpaqların kimyəvi tərkibinə görə bölünməsi ; 3) fiziki - qranulometrik tərkibinə görə; 4) qarışıq.





  1. Yüklə 132,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin