KardioargiNİn unikal kardioprotektor Tərkibi



Yüklə 17,19 Kb.
tarix09.02.2017
ölçüsü17,19 Kb.
#7879
KARDİOARGİNİN
Unikal kardioprotektor
Tərkibi: 1 ml-də 170 mq arginin asparaginat, 140 mq diarginin suksinat, 40 mq maqnezium asparaginat, 45 mq kalium asparaginat.
Farmakoloji xüsusiyyətləri: Antihipertenziv və adaptogen xüsusiyyətlərə malik olan kardio- və endotelprotektiv metabolik vasitədir. Preparat miokardın işemiyasını azaldır, koronar qan dövranını yaxşılaşdırır, tac və periferik damarların endotelinin funksional vəziyyətini normallaşdırır, antihipoksik, membranstabilləşdirici, antioksidant və antiradikal xüsusiyyətlərə malikdir. Arterial hipertenziya zamanı arterial təzyiqin normallaşmasını təmin edir və damarların ümumi periferik müqavimətini azaldır. Preparatın antihipertenziv təsiri azot oksidin donoru kimi argininin endotelasılı vazodilatasiyanı gücləndirməsi hesabına reallaşır, bundan əlavə bu aminturşunun arterial təzyiqi normallaşdırması və orqanizmin maye mühitlərinin osmolyarlığını və qan həcmini stabil saxlaması xassəsi onun sintezə peptidergik hormon olan arginin vazopressini qoşması ilə bağlıdır. Preparatın metabolik kardioqoruyucu təsiri arginin, asparaginat və suksinatın ürək əzələsinin enerji təminatı proseslərini aktivləşdirməsi, hüceyrələrdə energetik potensialı bərpa etməsi, qələvi-turşu balansını və aralıq mübadiləni, həmçinin miokardda proteinlərin mübadiləsini normallaşdırması, aminturşu, aminoşəkərlər və nukleotidlərin sintezini stimullaşdırması ilə əlaqədardır. Asparaginat K+ və Mg2+ kimi ionların hüceyrədaxili daşıyıcısıdır. Kalium və maqnezium asparaginatın hesabına orqanizmdə elektrolit disbalansın qarşısı alınır, koronar qan dövranı yaxşılaşır. Mg2+ ionları Na+-K+-ATFaza-nı aktivləşdirir, bunun da nəticəsi olaraq hüceyrədaxili Na+ ionlarının konsentrasiyası azalır və hüceyrəyə K+ ionlarının daxil olması artır. Hüceyrə daxilində Na+ ionları konsentrasiyasının azalması zamanı damarların saya əzələlərində Na+ ionlarının Ca2+ ionlarına mübadiləsi tormozlanır, bu da öz növbəsində əzələlərin relaksasiyasına gətirib çıxarır. K+ ionları ATF, qlikogen, zülal, asetilxolinin sintezini stimullaşdırır. Hüceyrə metabolizminin substrat induksiyası hesabına preparat adaptogen-aktoprotektor təsir göstərir. Arginin, asparaginat və suksinat Krebs dövranının fermentativ proseslərini aktivləşdirir, fiziki yüklənmə zamanı hüceyrələrdə yağ turşuları və qlükozanın utilizasiyasını stimullaşdırır, hüceyrənin enerji təminatının aerob proseslərinə müsbət təsir edir, süd turşulu asidozu azaldır.
İstifadəsinə göstəriş: xroniki ürək çatışmazlığının kompleks terapiyası, ürəyin işemik xəstəlikləri (damarların disfunksiyası və ya spazmı ilə əlaqədar olan stabil stenokardiya, miokardın ağrısız işemiyası), arterial hipertenziya, miokard infarktından sonrakı erkən periodda reabilitasiya.
İstifadə qaydası: Kardioarginin damardaxili damcı və ya şırnaq formasında təyin edilir. 5 ml preparat 100-200 ml-lik 5%-li qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edilərək gündə 1-2 dəfə dəqiqədə 20-30 damcı sürətilə damardaxili yeridilir.

Şırnaq şəklində (5 ml/dəq. sürətindən çox olmamaqla) gündə 1-2 dəfə 5 ml damardaxili yeridilir. Müalicə müddəti: 5-10 gün. Sutkalıq yüksək doza 10 ml.


Əks göstəriş: preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, hiperkaliemiya, I və II dərəcəli atrioventrikulyar blokada.
Buraxılış forması: 5 ml-lik ampullarda inyeksiya üçün həlledici №10.
Yüklə 17,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin