1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə81/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   77   78   79   80   81   82   83   84   ...   109
Torpaq coğrafiyaaı tam suallar

43. Qara torpaqları

Qaratorpaqlar Rusiya, Ukrayna və Qazaxıstan ərazisundə geniş yayılmışdır. Onlar Avrasiyanın şimalında çəmən-qaratorpaqlar və şorakətlərlə birgə 191 mln. ha sahəni əhatə edir. Azərbaycan ərazisində bu torpaqlar Kiçik və Böyük Qafqazın orta dağlıq ərazilərində Şamaxı, İsmayıllı, Gədəbəy rayonları ərazisində lokal sahələrlə təmsil olunmuşdur. Qaratorpaqlar meşə-bozqır və bozqır zonalarında qərbdən şərqə min kilometrlərlə məsafədə yayılmışdır. Onun enlik və meridian istiqamətində böyük ərazilərdə yayılması təbii şəraitin müxtəlifliyini müəyyən edir.



İqlimi. Qara torpaqların yayıldığı ərazilərin iqlimi isti yayı və mülayim soyuq qışı ilə səciyyələnir. Şərq vilayətlərində qış soyuq və sərtdir. İqlimin, xüsusən də bozqır zonasında müxtəlifliyi vegetasiya dövrünün istiliklə təmin olunmasında, qış temperaturlarında və nəmlənmə şəraitində özünü göstərir. Qərbdən Şərqə hərəkət etdikcə istiliyin azalması, kontinentallığın artması və yağıntıların azalması baş verir. Mülayim və az kontinental iqlim şəraiti zonanın şimal hissəsindədir (meşə-bozqır). İyulun orta temperaturu qərbdə 23-25⁰ C, şərqdə 19-21⁰ C, yanvarın orta temperaturu isə qərbdə - 4⁰C və şərqdə - 25⁰- - 27⁰C təşkil edir. 10⁰ C-dən yuxarı temperaturların cəmi meşə-bozqır zonasının qərb rayonlarında 150-180 gün, şərq rayonlarında 90-120 gün, bozqır zonasında isə uyğun olaraq 140-180 və 97-140 gündən ibarətdir.

Relyef. Ərazinin Avropa hissəsində əsasən çay dərələri və yarğanlar vasitəsilə müxtəlif dərəcədə parçalanmış düzənlik və ya zəif dalğavari relyef hakimdir. Asiya hissəsində zəif parçalanmış düzən sahələr Qərbi Sibirin cənubunda bir qədər yüksələrək Qazaxıstan xırda təpəliyinə keçir. Şərqdə qaratorpaqlar Altayın, Minusinsk çökəkliyinin və Şərqi Sayanın dağətəyi və düzən ərazilərində yayılmışdır. Qaratorpaqlar ayrı-ayrı sahələr şəklində Zabaykalyenin iri tektonik depressiyalarında yayılmışdır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin