1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Relyef və torpaqəmələgətirən süxurlar



Yüklə 132,98 Kb.
səhifə80/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   76   77   78   79   80   81   82   83   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Relyef və torpaqəmələgətirən süxurlar. Zonanın Avropa hissəsində relyef təpəli olub, eroziya prosesləri nəticəsində güclü və dərin parçalanmışdır. Burada lös və lösabənzər gillicələr, Orta Rusiya əyalətində isə örtük gillicələri və morenlər ana süxuru kimi çıxış edir. Qərbi Sibir əyaləti düzən relyef şəraiti ilə səciyyələnir. Yalnız çayqırağı sahələr parçalanmış relyefə və təbii drenliyə malikdirlər. Bu ərazilərdə torpaqəmələgətirən süxurlar lösabənzər gillicə və gillərdən ibarətdir. Zonanın şərq hissəsi (Altayətəyi sahələr, Qərbi və Şərqi Sayan əyalətləri) daha çox parçalanmışdır. Burada da torpaqəmələgətirən süxurlar əsasən dördüncü dövrün lösabənzər gillicələrindən və gillərindən ibarətdir.

Bitki örtüyü. Meşə-bozqır zonasının təbii bitki örtüyü ot örtüyü olan meşələr, meşəsiz çəmən-bozqırlarla təmsil olunmuşdur. Zonanın qərbində (Ukrayna) çəmən-bozqırlar başdan-başa şumlanmışdır. Burada ağac tərkibi fıstıq, fıstıq-vələs və palıd-vələs qarışığından ibarətdir.Orta Rus əyalətində cökə, ağcaqayın, göyrüş qarışıq palıd meşələri hakimdir. Şərqə doğru meşələrdə tozağacları, əksər hallarda iynəyarpaq ağaclarla qarışıqlar üstünlük təşkil edir.

Təsnifatı. Boz meşə torpaqları ilk dəfə V.V.Dokuçayevin “Rus qaratorpaqları” (1883) və “Nijneqorod quberniyasında torpaqların qiymətləndirilməsinə dair materiallar” (1886) işlərində təsvir edilmişdir. Hazırda boz meşə torpaqları humuslaşmanın intensivliyindən və podzollaşma əlamətinin inkişafından asılıolaraq aşağıdakı yarımtiplərə ayrılır: açıq-boz, boz və tünd-boz torpaqlar. Yarımtiplər fatsial xüsusiyyətlər nəzərə alınmaqla ayrılır: isti Qərbi və Cənubi Avropa fatsiyaları – açıq-boz meşə isti donan; mülayim şərqi avropa fatsiyaları – açıq-boz meşə mülayim isti donan; Qərbi Sibir fatsiyaları – açıq boz meşə mülayim uzun müddət donan; Orta Sibir fatsiyaları –açıq –boz meşə mülayim soyuq uzun müddət donan; Uzaq Şərq fatsiyaları – boz meşə soyuq uzun müddət donan. Yarımtiplər daxilində aşağıdakı cinslər ayrılır: adi, ikinci humus qatı olan qalıq-karbonatlı, kontaktlı – çəmənvari, müxtəlif rəngli.

Boz meşə torpaqları növlərə aşağıdakı əlamətlərinə görə bölünür: qaynama dərinliyinə görə - yüksəkdə qaynayan (100 sm-dən yuxarı) və dərində qaynayan (100 sm-dən aşağı); humus qatının (A1+ A1A2) qalınlığına görə - qalın ( 40 sm-dən çox), orta qalın (20-40 sm) və yuxa (20 sm-dən az).




Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin