1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Almaniya 1919-1923-cü illərdə. Almaniya "nasist" partiyasının təşkili



Yüklə 198,71 Kb.
səhifə21/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
Müasir cavablar [1 - 60]..

24. Almaniya 1919-1923-cü illərdə. Almaniya "nasist" partiyasının təşkili
Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqilabi əhval-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərǝfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü.Ümumiyyətlə, Almaniya faşistləri özlərini faşist yox, «nasist» adlandırırdılar. 1921-ci ildən bu partiyaya Adlolf Hitler başçılıq etməyə başladı.Onun həqiqi adı Adolf Şkilgruberdir. O, Avstriyanın Braunau şəhərində anadan olmuş və 1932-ci ilə qədər Avtsriya vətəndaşlığını saxlamışdır.
Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başlayarkən könüllü müharibəyə getmiş, yaralanmış və rütbə almışdır. O, belə hesab edirdi ki, müharibədə Almaniyanın məğlubiyyətinin əsas səbəbi yəhudilərin pozuculuq siyasəti və xəyanəti olmuşdur.
Monarxiyanı bərpa etmək məqsədilə 1920-ci ilin martın 13-do Bavariya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi. Qiyam o qədər güclü idi ki, hökumət Ştutqarta qaçmalı oldu. Lakin Berlin fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu.
1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapollo şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Almaniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq yolunda atdığı ilk addım idi.
Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya. hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə 1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Almaniya hökumətinin bu ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman başçılıq etməyə başladı.
1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya, Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı güclənhdi. Bu vəziyyətdən istifadə edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də Münhendǝ pivəxanalardan birində Hitlerin başçılıq etdiyi faşistlər qiyam etmək haqqinda qərar qəbul etdilər. Lakin məğlub oldular. Bu qiyam tarixə «pivəxana qiyamı» kimi daxil oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə «Mənim mübarizəm» kitabını diktə edib yazdırdı. Faşistlər ona görə hakimiyyətə gələ bilmədilər ki, o dövrdə Almaniya burjuaziyasının faşistlərə ehtiyacı yox idi.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin