1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


II Dünya müharibəsində əsaslı dönüşün başlanması



Yüklə 198,71 Kb.
səhifə40/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
Müasir cavablar [1 - 60]..

44. II Dünya müharibəsində əsaslı dönüşün başlanması.
İkinci dünya müharibəsində dönüşün ilk əsaslı addımları Sakit okeanın mərkəzində 1942-ci ilin iyununda Miduey adası yaxınlığındakı döyüşdə yaponların ABŞ donanması tərəfindən məğlub edilməsi ilə atıldı. Bu döyüşdən sonra yaponlar bir daha Sakit okeanda hücum əməliyyatlarına başlaya bilmədilər.
1942-ci ilin iyununda almanlar Xarkovu tutduqdan sonra Volqaya doğru irəliləməyə başladılar.Almanlar Stalinqradı tutmaqla Moskvanı Bakının neftindən və Şimali Qafqazın taxılından məhrum etmək yolu ilə SSRİ-ni məğlub etməyi fikirləşirdilər. 1942-ci ilin iyulun 17-də Stalingrad və iyulun 25-də Qafqaz uğrunda şiddətli müdafiə döyüşləri başlandı. Faşistlər «Edelveys» planını həyata keçirmək istəyirdilər. 1942-ci il sentyabrın 9-da SSRİ-nin Ali Baş komandanlığı Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. Düşmənin 1942 və 1943-cü ildə dəfələrlə Bakının səmasına soxulmaq cəhdi baş tutmadı.
Cənubi Qafqaz cəbhəsində 66 min azərbaycanlı vuruşurdu. Mozdoku tutduqdan sonra güclü müqavimətə rast gələn düşmən hücum taktikasını dəyişdi. Bakıya deyil, Nalçik-Orconikidze istiqamətində yeridi. 1942-ci ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlığında faşistləri darmadağın etdi və onlar şimala doğru qovuldular.
Almanlar Stalingrad istiqamətində bir milyondan çox əsgər və zabit toplamışdı. Sentyabrda artıq Stalinqradın özündə döyüşlər gedirdi. Sovet komandanlığının Stalinqradı müdafiə etmək planı "Uran" adlanırdı. 1942-ci ilin noyabrın 19-20-də Stalinqrad, Don və Cənub-Qərb cəbhəsinin qoşunları hücuma keçərək noyabrın 22-də Stalinqradın şimalındakı Kalaç rayonunda almanların 330 min əsgər və zabitini əsir aldılar. Bu hücum zamanı e.ə. 216-cı ildə olmuş Kanna döyüşündə tətbiq edilmiş Hannibalın “aypara” taktikasından istifadə edilmişdi. Hitler mühasirədə olanlara kömək etmək üçün Şimali Qafqazdan Manşteynin rəhbərliyi altında böyük bir zərbə qrupunu göndərdi. Lakin Stalinqradın cənubundakı Tormosovo Kotelnikov rayonunda sovet qoşun hissələri tərəfindən onlar darmadağın edildilər. Almanların mühasirəni yarmaq cəhdi baş tutmadı. 1943-cü il yanvarın 15-dən fevralın 2-dək keçirilən hərbi əməliyyatlarda mühasirəyə düşmüş qoşun hissələri məhv edildi. Strateji üstünlük sovet ordusu tərəfinə keçdi. İkinci dünya müharibəsində Antihitler koalisiyasının xeyrinə qəti olaraq əsaslı dönüş başlanmış oldu.
Nasist ordusu mənən və ruhən sarsıldı. Yaponiya SSRİ əleyhinə hücuma keçmək planından birdəfəlik əl çəkdi. İşğal altında olan yerlərdə müqavimət hərəkatı gücləndi..Stalinqraddan sonra ən parlaq qələbə Leninqradın mühasirəsinin yarılması oldu. Blokada illərində şəhərin 850 minə yaxın dinc sakini həlak oldu.
1943-cü ilin yayında alman komandanlığı strateji təşəbbüsü yenidən əlinə almaq üçün cəhd etdi. Almaniya tərəfindən Kursk ətrafında «Kursk qövsü» adlandırılan çıxıntı şəkilli mövqedə yerləşən sovet qoşunlarını mühasirəyə alıb məhv etmək üçün hücum planı ("Sitadel"-«Qala») tərtib olundu. Sovet komandanlığı bundan xəbər tutaraq almanların hücum edəcəyi istiqamətlərdə böyük qüvvələr topladı. 1943-cü il iyulun 5-də sübh çağı alman qoşunları hücuma keçdilər. Kursk-Oryol döyüşü başlandı. Almanlar böyük itkilər hesabına çox az irəliləyə bildilər. Proxorovka kəndi yanında İkinci dünya müharibəsinin ən böyük tank döyüşü oldu. Döyüşdə hər iki tərəfdən 1200-ə yaxın tank iştirak edirdi. Almanlar taqətdən salındı və iyulun 12-də sovet qoşunları əks-hücuma keçdi. Avqustun 5-də Oryol və Belqorod, 23-də isə Xarkov azad olundu. Kursk döyüşü ilə sovet alman müharibəsinin gedişində əsaslı dönüş başa çatdı, strateji təşəbbüs qəti olaraq sovet komandanlığının əlinə keçdi. Sentyabrın sonunda sovet qoşunları Dneprə çıxaraq çayı keçdilər. Noyabrın 6-da Kiyev azad edildi.
Əsaslı dönüşün yaranmasının mühüm səbəblərindən biri ABŞ, SSRİ və İngiltərədə hərb sənayesinin "ox" dövlətlərinə nisbətən daha sürətli inkişafı idi. Təsərrüfat üzərində ciddi dövlət nəzarəti yaradılmışdı. 1942-ci ildə İngiltərədə hökumətə bu sahədə fövqəladə səlahiyyətlər verən qanunlar qəbul olundu. Buna bənzər tədbirlər ABŞ-da da həyata keçirildi. Burada Hərbi istehsal idarəsi təsis edildi. SSRİ-də 1941-ci ilin iyunun 30-da təşkil edilmiş Dövlət Müdafiə Komitəsinin, onun sədri İ.V.Stalinin əlində bütün hakimiyyət cəmləşdirildi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı irəli sürüldü. Arxa Cəbhə Baş İdarəsi yaradıldı. Müttəfiq ölkələrdə həyata keçirilən bu tədbirlər nəticəsində 1943-cü ildə onlar faşist blokundan 3 dəfə çox hərbi təyyarə, 10 dəfə çox tank istehsal edirdilər. Müttəfiqlərin istehsal etdiyi hərbi texnika keyfiyyətinə görə də üstün idi.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin