232. “O, şiddətli adamdır” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) Leksik, orfoqrafik
B) Orfoepik, qrammatik
C) Qrammatik, leksik
D) Yalnız leksik
E) Yalnız orfoqrafik
233.
Elmi məqalənin strukturu ilə bağlı hansı doğrudur?
A) Başlıq, müəlliflər, giriş, material, nəticələr
B) Başlıq, müəlliflər, material
C) Başlıq, müəlliflər, material, ədəbiyyat
D)
Başlıq, müəlliflər, iş yerləri, koordinatları, giriş, material və metod, təcrübə və nəticələr,
ədəbiyyat
E) Müəlliflər, giriş, material
234. Akademik yazıda internet materiallarından sitat göstərilməsinin ümumi sxemi .
A) Nəşr verilənləri, texniki xarakteristikası, nəşrin mənbəyi
B) Müəllifin adı, inisialı nəşrin sərlövhəsi, yanında elektron resurs göstərilir, nəşr verilənləri,
texniki xarakteristikası, nəşrin mənbəyi, internet resursunun çap analoqu varsa, çap
versiyasına üstünlük verilir
C) İnternet mənbələrinin sitat kimi göstərilməsində adi üsuldan istifadə edilir, xüsusi
məlumatlarla genişləndirilir
D) Müəllifin adı, inisialı nəşrin sərlövhəsi
E) İnternet resursunun çap analoqu varsa, çap versiyasına üstünlük verilir
235
. Nitqin hansı tələbidir ki, söylənilən fikir mümkün qədər az sözlə ifadə olunur:
A
) Təmizliyi
B
) İfadəliliyi
C
) Səlisliyi
D
) Aydınlığı
E
) Yığcamlığı
236. Ərizə bunlardan hansına aiddir?
A) Dioloji
, yazılı
B) Yazılı, dioloji
C) Şifahi, monoloji
D) Monoloji, yazılı
E) Yazılı, şifahi
237. Bunlardan biri natiqliyin sahələri siyahısında yoxdur:
A) Akademik natiqlik
B) Məhkəmə natiqliyi
C) Siyasi natiqlik
D) Publisistik natiqlik
E) İşgüzar natiqlik
238. Sözün ədəbi dildəki tələffüzü necə adlanır?
A) Qrammatika
B) Leksika
C) Orfoepiya
D) Orfoqrafiya
E) Fonetika
Dostları ilə paylaş: |