627. Uşaqlarda politravma zamanı xəstəxanaya qədər optimal müalicə tədbirlərinə hansılar aiddir?
A) Oksigenlə təminat, qanaxmanın müvəqqəti dayandırılması, zədə nahiyəsinin yerli ağrısızlaşdırılması, transport immobilizasiyası
B) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüs, transport immobilizasiyası+ağrıkəsicilərin yeridilməsi
C) Qeyd olunanların hamısı
D) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüsün verilməsi, transport immobilizasiyası+narkotiklərin yeridilməsi
E) Plazmaəvəzediciləri, süni tənəffüs, transport immobilizasiyası
628. Qəbul şöbəsinə qatarın altında qalmış 10 yaşında uşaq gətirilib. Onda baldirin aşağı 1/3-də qopması var. Xəstəxanaya qədər uşağa bud nahiyəsinə qandayandırıcı sıxıcı qoyulub, narkotik vurulub. Stasionarda optimal müalicə-diaqnostika tədbirlərinə hansılar daxildir?
A) Uşağın soyundurulmadan baxılması, rentgen müayinə aparılması və təcili əməliyyat otağına verilməsi
B) Qəbul şöbəsində baldirin yuxarı 1/3-nə sirkulyar novakain blokadası olunur.
C) Qəbul şöbəsində uşağın soyundurularaq təcili əməliyyat otağına verilməsi və təcili əməliyyatın başlanması
D) B bəndinə göstərilənlər olunur və cərrahi əməliyyat həyati-vacib funksiyaların tam bərpa olunmasına qədər 5-6 saat təxirə salınır.
E) Qəbul şöbəsində uşağa soyundurularaq reanimasiya (palataya) şöbəsinə verilir, sonra periferik venaların kateterizasiyası olunur.
Dostları ilə paylaş: |