637. Qeyd olunanlardan hansı xayaların inkişaf anomaliyasına aid deyil?
A) Hipospadiya
B) Kriptorxizm
C) Anorxizm
D) Monorxizm
E) Poliorxizm
638. Qeyd olunanlardan hansı cinsiyyət üzvünün inkişaf qüsurlarıdır?
A) Hipospadiya, epispadiya
B) Hipospadiya, hidrosele
C) Spermatosele, varikosele
D) Epispadiya, spermatosele
E) Epispadiya, varikosele
639. Qasıq-xayalıq yırtığı ilə hidroselini differensasiya etmək üçün istifadə olunan ən sadə müayinə üsulu hansıdır?
A) Diafonoskopiya
B) Rentgen müayinə
C) Laborator müayinə
D) Ultrasəs müayinə
E) Sidiyin ümumi müayinəsi
640. Peritonun yataq çıxıntısının obliterasiya prosesinin pozulmasına aşağıda qeyd olunanlardan biri aid deyil?
A) Xayanın ektopiyası
B) Qasıq-xayalıq yırtığı
C) Əlaqəli xaya hidropsu
D) Toxum ciyəsinin sisti
E) Qasıq yırtığı
641. Qeyd olunan patologiyalardan hansına qarında kəskin tutmaşəkilli ağrı xarakterikdir?
A) Kəskin bağırsaq keçməzliyi - invaginasiya
B) Kəskin appendisit
C) Portal hipertenziya
D) Hirşprunq xəstəliyi
E) Birincili peritonit
Dostları ilə paylaş: |