646. Qarında kəskin ağrı qeyd olunan patologiyalardan hansında olmur?
A) Bronxial astma
B) Krupoz pnevmoniya
C) Kəskin xolesistit
D) Böyük piyliyin burulması
E) Kəskin appendisit
647. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ola bilər?
A) Sağ aşağı pay pnevmoniyası
B) Bronxial astma
C) Kəskin bronxit
D) Paraproktit
E) Mastit
648. Qarında kəmərvari ağrı və qusma qeyd olunan patologiyalardan hansına xarakterikdir?
A) Kəskin pankreatit
B) Kəskin appendisit
C) Peritonit
D) Enterokolit
E) Mekkel divertikulu
649. Uşaq qarnında xüsusən də sağ qalça çuxurunda ağrının olmasından şikayət edir. Həkim xəstənin palpator müayinəsini qarnın hansı hissəsindən başlamalıdır?
A) Sol qalça çuxuru
B) Sağ qalça çuxuru
C) Sağ qabırğaltı nahiyyə
D) Sol qabırğaltı nahiyyə
E) Epiqastral nahiyyə
650. Xəstə də qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası zamanı Kloyber kasacıqları və horizontal səviyyələr qeyd olunur. Bu hansı patologiya üçün xarakterikdir?
A) Bağırsaq keçməzliyi
B) Mədə xorası
C) Onikibarmaq bağırsaq xorası
D) Kəskin pankreatit
E) Kəskin xolesistit
651. Uşağın valideynləri uşaqda qarın boşluğunda kəskin ağrının olması şikayətləri ilə klinikaya müraciət ediblər. Qarın boşlunun ayaqüstə rentgenoqrafiyası zamanı sağ diafraqmaltı sahə də hava qeyd edilmişdir. Diaqnozunuz nədir?
A) Mədə xorasının perforasiyası
B) Kəskin pankreatit
C) Kəskin appendisit
D) Kəskin xolesistit
E) Kəskin qastrit
652. Xəstə klinikaya qarnın köpməsi, qusma, nəcis və qazların xaric olmaması şikayətləri ilə gətirilmişdir. Xəstə də bağırsaq keçməzliyini təsdiqləmək üçün hansı müayinədən istifadə olunmalıdır?
A) Qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
B) Qarın boşluğunun ultrasəs müayinəsi
C) Radioizotop müayinə
D) Qanın laborator müayinəsi
E) Qanın biokimyəvi analizi
653. Uşaq klinikaya qarında kəskin ağrı, qusma və ümumi narahatçılıq şikayətləri ilə gətirilmişdir. İlkin müayinə taktikası necə olmalıdır?
A) Qanın ümumi analizi, ultrasəs müayinə, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
B) Qanın ümumi analizi, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
C) Qanın ümumi analizi, həzm traktının endoskopik müayinəsi
D) Ultrasəs müayinə, həzm traktının kontrast rentgenoloji müayinəsi
E) Qanın ümumi analizi, həzm traktının kontrast rentgenoloji müayinəsi
654. Qeyd olunan patologiyalardan hansında qarın boşluğunda asimmetriya müşahidə oluna bilər?
A) Qarın boşluğunun törəməsi
B) Assit
C) Kəskin pankreatit
D) Kəskin xolesistit
E) Mədənin xorası
655. Xəstə də qarnın ön divarının lırt olması ilə yanaşı sidik çıxarıcı sistemin patologiyası qeyd edilir. Bu hansı patologiyaya xarakterdir?
A) Prune-Belle sindromu (albuxara qarın)
B) Peritonit
C) Xolesistopankreatit
D) Piolonefrit
E) Kəskin qlomerulonefrit
656. Xəstəyə baxış zamanı qarnın epiqastral nahiyyəsinin köpməsi, mezo və hipoqastral nahiyyələrinin batması müşahidə edilir (qayıqvari qarın). Bu qeyd olunan patologiyalardan hansına xarakterdir?
A) Yuxarı tip bağırsaq keçməzliyi
B) Aşağı tip bağırsaq keçməzliyi
C) Meqakolon
D) Kəskin appendisit
E) Birincili peritonit
657. Mədə və onikibarmaq bağırsağın iltihabi xəstəliklərində diaqnozu təsdiqləmək üçün hansı müayinə metodundan istifadə olunmalıdır?
A) Fibroqastroduodenoskopiya
B) Ultrasəs müayinəsi
C) Qanın ümumi analizi
D) Qanın biokimyəvi analizi
E) Qarın boşluğunun ayaqüstə ümumi görünüş rentgenoqrafiyası
658. Xəstəyə baxış zamanı qarın boşluğunun tam böyüməsi və anamnezində anadangəlmə qəbizliyin olması, qeyd olunan patologiyalardan hansına xarakterdir?
A) Hirşprunq xəstəliyi
B) Dolixosiqma
C) Xroniki pankreatit
D) Spastik kolit
E) Enterokolit
Dostları ilə paylaş: |