1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Qarında kəskin ağrı qeyd olunan patologiyalardan hansında olmur?



Yüklə 1,3 Mb.
səhifə30/157
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#1198
1   ...   26   27   28   29   30   31   32   33   ...   157
124. Qarında kəskin ağrı qeyd olunan patologiyalardan hansında olmur?

A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Kəskin xolesistit

D) Böyük piyliyin burulması

E) Kəskin appendisit



125. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ola bilər?

A) Sağ aşağı pay pnevmoniyası

B) Bronxial astma

C) Kəskin bronxit

D) Paraproktit

E) Mastit



126. Qarında kəmərvari ağrı və qusma qeyd olunan patologiyalardan hansına xarakterikdir?

A) Kəskin pankreatit

B) Kəskin appendisit

C) Peritonit

D) Enterokolit

E) Mekkel divertikulu



127. Uşaq qarnında xüsusən də sağ qalça çuxurunda ağrının olmasından şikayət edir. Həkim xəstənin palpator müayinəsini qarnın hansı hissəsindən başlamalıdır?

A) Sol qalça çuxuru

B) Sağ qalça çuxuru

C) Sağ qabırğaltı nahiyyə

D) Sol qabırğaltı nahiyyə

E) Epiqastral nahiyyə



128. Xəstə də qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası zamanı Kloyber kasacıqları və horizontal səviyyələr qeyd olunur. Bu hansı patologiya üçün xarakterikdir?

A) Bağırsaq keçməzliyi

B) Mədə xorası

C) Onikibarmaq bağırsaq xorası

D) Kəskin pankreatit

E) Kəskin xolesistit



129. Uşağın valideynləri uşaqda qarın boşluğunda kəskin ağrının olması şikayətləri ilə klinikaya müraciət ediblər. Qarın boşlunun ayaqüstə rentgenoqrafiyası zamanı sağ diafraqmaltı sahə də hava qeyd edilmişdir. Diaqnozunuz nədir?

A) Mədə xorasının perforasiyası

B) Kəskin pankreatit

C) Kəskin appendisit

D) Kəskin xolesistit

E) Kəskin qastrit



130. Xəstə klinikaya qarnın köpməsi, qusma, nəcis və qazların xaric olmaması şikayətləri ilə gətirilmişdir. Xəstə də bağırsaq keçməzliyini təsdiqləmək üçün hansı müayinədən istifadə olunmalıdır?

A) Qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

B) Qarın boşluğunun ultrasəs müayinəsi

C) Radioizotop müayinə

D) Qanın laborator müayinəsi

E) Qanın biokimyəvi analizi



131. Uşaq klinikaya qarında kəskin ağrı, qusma və ümumi narahatçılıq şikayətləri ilə gətirilmişdir. İlkin müayinə taktikası necə olmalıdır?

A) Qanın ümumi analizi, ultrasəs müayinə, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

B) Qanın ümumi analizi, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

C) Qanın ümumi analizi, həzm traktının endoskopik müayinəsi

D) Ultrasəs müayinə, həzm traktının kontrast rentgenoloji müayinəsi

E) Qanın ümumi analizi, həzm traktının kontrast rentgenoloji müayinəsi



132. Qeyd olunan patologiyalardan hansında qarın boşluğunda asimmetriya müşahidə oluna bilər?

A) Qarın boşluğunun törəməsi

B) Assit

C) Kəskin pankreatit

D) Kəskin xolesistit

E) Mədənin xorası



133. Xəstəyə baxış zamanı qarnın epiqastral nahiyyəsinin köpməsi, mezo və hipoqastral nahiyyələrinin batması müşahidə edilir (qayıqvari qarın). Bu qeyd olunan patologiyalardan hansına xarakterdir?

A) Yuxarı tip bağırsaq keçməzliyi

B) Aşağı tip bağırsaq keçməzliyi

C) Meqakolon

D) Kəskin appendisit

E) Birincili peritonit



134. Mədə və onikibarmaq bağırsağın iltihabi xəstəliklərində diaqnozu təsdiqləmək üçün hansı müayinə metodundan istifadə olunmalıdır?

A) Fibroqastroduodenoskopiya

B) Ultrasəs müayinəsi

C) Qanın ümumi analizi

D) Qanın biokimyəvi analizi

E) Qarın boşluğunun ayaqüstə ümumi görünüş rentgenoqrafiyası



135. Xəstəyə baxış zamanı qarın boşluğunun tam böyüməsi və anamnezində anadangəlmə qəbizliyin olması, qeyd olunan patologiyalardan hansına xarakterdir?

A) Hirşprunq xəstəliyi

B) Dolixosiqma

C) Xroniki pankreatit

D) Spastik kolit

E) Enterokolit




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin