12. Həzm traktının hansı patologiyalarında planlı endoskopiya aparılır?
A) Yemək borusu, mədə və onikibarmaq bağırsağın, öd yollarının anadangəlmə inkişaf qüsurlarında
B) Həzm traktının yuxarı hissəsinə düşmüş yad cismin xaric edilməsi
C) Kəskin appendisitdə
D) Peritonitdə
E) Nekrotik enterokolitdə
13. Yenidoğulmuşlarda və erkən yaşlı uşaqlarda bu patologiyaların hansında planlı endoskopiyadan istifadə olunur?
A) Qusma və mədə-yemək borusu reflyuksu olduqda
B) Yemək borusunun perforasiyasında
C) Yemək borusunun atreziyasında
D) Erroziv qastritdə
E) Boğulmuş diafraqma dəbəliyində
14. Həzm traktının yuxarı şöbəsinin fibroqastroskopik müayinəsinə əks göstəriş hansıdır?
A) Beyin qan dövranının pozulması
B) Hipotrofiya
C) Yuxarı dodağın tam defekti
D) Sərt damağın açıq qalması
E) Koloboma
Dostları ilə paylaş: |