676. Göstərilən hansı halda qusma başın hərəkəti ilə əlaqədardır?
A) Baş-beynin ödemində
B) Kəckin appendisitdə
C) Paralitik bağırsaq keçməzliyində
D) Kəckin qastritdə
E) Bağırsaq invaginasiyasında
677. Həzm traktının hansı hissəsi yuxarı və aşağı şöbənin qanaxmalarının sərhəddini təşkil edir?
A) 12 barmaq bağırsağın acı bağırsağa keçən hissəsi
B) Kardial struktur
C) Pilorus
D) İleosekal sfinkter
E) Köndələn çənbər-bağırsaq
678. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarına hansı əlamət xarakterikdir?
A) Qanlı qusma və melena
B) Nəcisdə al qanın olması
C) Ödlü qusma
D) Burun qanaxması
E) Selikli-qanlı nəcis ifrazı
679. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarının diaqnostikasında hansı müayinə üsulundan istifadə edilir ?
A) Qastroduodenoskopiya
B) Bronxoskopiya
C) Qarın boşluğunun obzor rentgenoqrafiyası
D) Qarın boşluğunun USM-si
E) Angioqrafiya
680. Aşağıdakı xəstəliklərin hansı qida borusunun qanaxmalarını törədir?
A) Portal hipertenziya fonunda qida borusu venalarının varikoz genəlməsi.
B) Qida borusunun divertikulu.
C) Traxea- qida borusu fistulası
D) Qida borusunun xərçəngi
E) Mədə xorası
681. Aşağıdakı xəstəliklərdən hansı nazik bağırsaq qanaxmasına səbəb olur?
A) Mekkel divertikulu.
B) Kəskin enteritlər.
C) Nazik bağırsaq vərəmi
D) Enterosistomalar.
E) Portal hipertenziya
682. Aşağıdakı müayinə üsullarından hansından istifadə etməklə nazik bağırsaq divertikulunu müəyyənləşdirmək mümkündür?
A) Radioizotop müayinə
B) Obzor rentgenoqrafiya
C) Qastroduodenoskopiya
D) Kolonoskopiya
E) USM
683. Portal hipertenziya ilk növbədə həzm traktının hansı şöbəsinin qanaxması ilə fəsadlaşır?
A) Qida borusunun
B) Mədənin
C) 12 barmaq bağırsağın
D) Yoğun bağırsağın
E) Düz bağırsağın
684. Portal hipertenziyanın hansı forması mövcud deyildir?
A) Əlaqəli portal hipertenziya
B) Qaraciyərüstü portal hipertenziya
C) Qaraciyərdaxili portal hipertenziya
D) Qaraciyəraltı portal hipertenziya
E) Qarışıq formalı portal hipertenziya
685. Bu müayinə üsullarından hansı qida borusu qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Ezofaqoskopiya
B) Qida borusunun və mədənin kontrast rentgenoqrafiyası
C) Laparoskopiya.
D) Mədənin zondlanması
E) Kolonoskopiya
686. Hansı müayinə üsulu yoğun bağırsaq qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Kolonoskopiya
B) Rektal müayinə
C) İrriqoqrafiya
D) KT müayinə
E) Laparoskopiya.
687. Portal hipertenziya zamanı qida borusu qanaxmalarını müvəqqəti dayandırmaq üçün hansı üsuldan istifadə olunur?
A) Qida borusuna blekmoz zondunun yeridilməsi.
B) Nozoqastral zondlanma
C) Krioterapiya
D) Qastrostomiya
E) Qida borusunun rezeksiyası
688. Aşağıdakı patologiyalardan hansına barmaqla rektal müayinə aparmaqla diaqnoz qoymaq mümkündür?
A) Düz bağırsağın polipinə
B) Peytz-Egers sindromuna
C) Qeyri spesifik xoralı kolitə
D) Kron xəstəliyinə
E) Proktitə
689. Sadalanan əlamətlərdən hansı qanaxmanın mədə-bağırsaq traktının aşağı hissəsindən deməyə əsas verir?
A) Melena və düz bağırsaqdan al qanın axması
B) Qanlı qusma
C) Qanitirmənin ümumi əlamətləri
D) Qanın ümumi analizi
E) Burun qanaxması
Dostları ilə paylaş: |