187. İrinli yarada ikincili tikişlər nəyi təmin etmir?
A) Kosmetik nəticələrin yaxşılaşmasını
B) Yara ifrazatı ilə itirilmənin azalmasını
C) Sağalma müddətinin azalmasını
D) Hospital infeksiyalaşma təhlükəsinin azalmasını
E) İltihab mərhələlərinin müddətinin qısalmasını
188. İrinli yarada ikincili tikişlərin qoyulması üçün vacib şərt hansıdır?
A) Perifokal iltihabın keçməsi
B) Xəstənin vəziyyətinin yaxşılaşması
C) Laborator göstəricilərin normallaşması
D) Reparativ mərhələnin başlanması
E) Hərarətin olmaması
189. On üç yaşlı uşağın boyun nahiyəsində 1 sm diametrli iltihabi infiltratın zirvəsində irinli nekroz sahəsi var. Vəziyyəti orta ağırdır. Diaqnoz hansıdır?
A) Furunkul
B) Fleqmona
C) Karbunkul
D) Furunkulyoz
E) Psevdofurunkulyoz
Dostları ilə paylaş: |