305. Qeyd olunanlardan hansı xayaların inkişaf anomaliyasına aid deyil?
A) Hipospadiya
B) Kriptorxizm
C) Anorxizm
D) Monorxizm
E) Poliorxizm
306. Qeyd olunanlardan hansı cinsiyyət üzvünün inkişaf qüsurlarıdır?
A) Hipospadiya, epispadiya
B) Hipospadiya, hidrosele
C) Spermatosele, varikosele
D) Epispadiya, spermatosele
E) Epispadiya, varikosele
307. Qasıq-xayalıq yırtığı ilə hidroselini differensasiya etmək üçün istifadə olunan ən sadə müayinə üsulu hansıdır?
A) Diafonoskopiya
B) Rentgen müayinə
C) Laborator müayinə
D) Ultrasəs müayinə
E) Sidiyin ümumi müayinəsi
308. Peritonun yataq çıxıntısının obliterasiya prosesinin pozulmasına aşağıda qeyd olunanlardan biri aid deyil?
A) Xayanın ektopiyası
B) Qasıq-xayalıq yırtığı
C) Əlaqəli xaya hidropsu
D) Toxum ciyəsinin sisti
E) Qasıq yırtığı
309. Uşağın bir yaşı var. Valideynlərin şikayəti uşağın sidik ifrazının çətinləşməsindən, ağrılı olmasından və cinsiyyət üzvünün dərisinin hiperemiyalaşmasındandır. Diaqnoz nədir?
A) Fimoz
B) Parafimoz
C) Sistit
D) Pielonefrit
E) Qlomerulonefrit
Dostları ilə paylaş: |