Təchizatçılar və tərəfdaşlar qarşısında
Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
Şirkət öz təchizatçıları və tərəfdaşları ilə əlaqələri sırf qarşılıqlı fayda əsasında qurur.
Müqavilə öhdəliklərinə əməl etmək
Şirkət təchizatçlar və tərəfdaşlar qarşısında götürdüyü öhdəliklərя, o cümlədən məlumatların konfidensiallığı prinsipləri əsasında qarşılıqlı ödəniş şərtlərinə və müddətə sözsüz əməl edir.
-
Əməkdaşlar qarşısında
Ayrıseçkilik hallarının yolverilməzliyi
Şirkət, əməkdaşların milli, irqi, dini, cinsi, yaş, siyasi mənsubiyyətиндян asılı olmayaraq, onlara qərəzsiz münasibət bəsləməyə təminat verir. Şirkət iş yerində insanın təqib olunmasını yolverilməz hesab edir. Seksual zəmində təqibetmə halları baş verərsə, şirkət tərəfindən ciddi inzibati tədbirlərин tətbiq edilмяси нязярдя тутулур.
Əməkdaşlara ədalətli münasibət
Bizim bütün əməkdaşlar düzgün idarəetmə üslubu çərçivəsində ədalətli münasibət hüququna malikdirlər. Hər bir əməkdaşын, inandırıcı sübutlar təqdim etməklə, tabeliyində olduğu rəhbərin qərarlarınдaн ən yüksək səviyyədə şikayət etmək hüququ vardır.
Novator ruhu və təşəbbüskarlıq
Şirkət əməkdaşlarının novator ideyalar irəli sürmələrini, təşəbbüskarlıq göstərərək yeni səmərələşdirici təkliflərlə çıxış etmələrini müsbət qarşılayır. Şirkət əməkdaşlarын, təşkilatın işi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı səmərələşdirici təkliflərini istənilən an müzakirə etməyə hazırdır.
Professional inkişaf
Əməkdaşlarımız professional bilik və bacarıqlarını inikşaf etdirmək hüququna malikdirlər. Şirkət bu məqsədlə юз əməkdaşlarınын müxtəlif treninqlərdə, ixtisasartırma və xarici dil kurslarında iştirakını dəstəkləyir və buna şərait yaradır.
Əməkdaşların sağlamlığı və özəl həyatı
Bütün əməkdaşlarımız əməyin təhlükəsizliyi və sağlamlığın qorunmas ilə bağlı hökumətin qanunlarına və şirkətin standartlarına əməl etməlidir. Şirkət əməkdaşların özəl həyatına müdaxilə edilməsinя müsbət qarşılamır.
-
Dostları ilə paylaş: |