Rəqiblər qarşısında
Ədalətli rəqabət
Şirkət öz rəqibləri ilə münasibətini ədalətli rəqabət prinsipləri əsasında qurur. Biz rəqiblər haqqında əsassız fikirlərin deyilməsini və ya qiymət, bazar seqmentinin bölüşdürülməsi ilə bağlı sövdələşmələrin aparılmasını yolverilməz hesab edirik.
-
Cəmiyyət qarşыsında
Şirkət dövlətin qanunlarına, qərar və göstərişlərinə ciddi əməl edir.
Biz uyğun ödənişli iş yerləri yaratmaqla cəmiyyətin inkişafına öz töhvəmizi veririk.
Biz əhalinin aztəminatl təbəqələrinə daima qayğı göstəririk. İmkan daxilində mədəniyyət, elm, incəsənət və səhiyyənin inkişafına təkan verən layihələri dəstəkləyirik.
-
Dİgər müddəalar
Hədiyyələr və əyləncələr
Şirkət milli adət-ənənələrimizi nəzərə alaraq, düşünülmüş həddə, kiçik məbləğdə hədiyyələrin verilməsini, müştərilər və təchizatçılar üçün əyləncəli tədbirlərin təşkilini məqsədə müvafiq hesab edir. Bir şərtlə ki, hədiyyə və əyləncələr təqdim olunan tərəfə şəxsi və korporativ xeyir güdmək məqsədi ilə edilən təzyiq və təsir kimi dəyərləndirilмясин. Həmçinin, əməkdaşlarımız rəhbərliyə məlumat verməklə, digər tərəflərdən hədiyyə qəbul edə və təşkil olunan əyləncəli tədbirlərdə iştirak edə bilərlər.
Maraqların münaqişəsi
Biz əməkdaşların şəxsi maraqları ilə, şirkətin məqsədləri arasında ziddiyyət təşkil edə bilən maraqların münaqişəsi hallarını yolverilməz hesab edirik. Bu hallar aşağıdakılardan ibarətdir:
-
Əməkdaşların müştərilər, distribyutorlar, rəqiblər və təşkilatlarla işgüzar münasibətlərdə şəxsi maddi maraq güdməsi;
-
Əməkdaşların,eyni zamanda rəqib şirkətdə əməkdaşlıq etməsi
Maliyyə hesabatları
Şirkət özünün bütün işgüzar yazışmalarının, məsələn sənədlərin, məktublarn, elektron məktublaşmanın dəqiqliyini, o cümlədən mövcud təlimata uyğun olaraq mühasibat uçotunun aparılmasını təmin edir.
Siyasi fəaliyyət
Şirkət hüquqi şəxs qismində hər hansı bir siyasi fəaliyyətlə məşğul olmur və siyasi məqsədlər və ya siyasi partiyaların maliyyələşdirilməsi məqsədilə öz vəsaitlərindən istifadəni yolverilməz hesab edir.
Lakin, işdən sonra əməkdaşlarımızın istənilən siyasi partiya üzvü кими фяалиййят эюстярмяйя konstitusion hüquqları vardır.
Ətraf mühitə münasibət
Şirkət ətraf mühitin qorunması ilə bağlı hökumətin qərar və fərmanlarına hörmətlə yanaşır və əməkdaşlarından onlara əməl etməyi tələb edir.
-
Dostları ilə paylaş: |