Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası



Yüklə 333,35 Kb.
səhifə1/4
tarix11.10.2023
ölçüsü333,35 Kb.
#153978
  1   2   3   4
elektrik olcmeleri Q


Azərbaycan Hava Yolları
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası
L
abaratoriya işi:1


Fakültə: Fizika-Texnologiya
İxtisas: Radiotexnika və telekomnikasiya mühəndisliyi
Qrup: 2542a
Fənn: Elektrik ölçmələri və vasitələri
Mövzu: Sabit cərəyan dovrəsində cərəyanın və gərginliyin ölçulməsi
Tələbə: Seyidli Məhəmməd
Müəllimə: Vəzirova Turanə
Laboratoriya işi №1
Maqnit-elektrik sistemli ampermetrin tədqiqi



    1. İşin məqsədi

      1. Ampermetrin tədqiqi sxeminin öyrənilməsi;

      2. Tədqiq edilən ampermetrin dəqiqlik sinfinin təyin edilməsi;

      3. Ölçmə vasitələrinin yoxlanılması metodlarının öyrənilməsi.

    2. Nəzəri məlumatlar

Fiziki kəmiyyətlərin müxtəlif parametrlərinin qiymətləndirilməsi üçün nəzarət-ölçü cihazları tətbiq edilir. Ölçmə vasitələrinin keyfiyyəti onun iş qabiliyyətini, dəqiqliyini, etibarlılığını və effektiv tətbiqini təyin edən göstəricilərin məcmusu kimi xarakterizə olunur.
Ölçmə dəqiqliyini təmin edilməsi üçün periodik olaraq ölçmə avadanlığının yoxlanılması həyata keçirilir.
Ölçmə vasitələrinin yoxlanılması – ölçmə vasitəsinin həqiqi xarakteristikalarının texniki şərtlərə və ya dövlət standartlarına uyğunluğunun təyin edilməsindən ibarətdir. Yoxlama işlərinin yerinə yetirilməsi zamanı etalon ölçmə vasitələri (yoxlanılan ölçmə vasitələri ilə müqayisədə daha yüksək dəqiqliyə malik vasitələr) tətbiq edilir. Yoxlama metodu dedikdə yoxlanılan ölçü vasitəsinin həqiqi metroloji göstəricilərinin təyin edilməsi üçün istifadə edilən etalon ölçmə vasitələrinin, avadanlıqlarının və üsullarının məcmusu kimi başa düşülür.
Praktikada ölçmə cihazlarının yoxlanılması üçün əsasən iki metod tətbiq tapmışdır:

  • yoxlanılan və etalon cihazların göstəricisinin müqayisə edilməsi;

  • yoxlanılan cihazın göstəricisinin kəmiyyət ölçüsü ilə müqayisə edilməsi;

Birinci metodla yoxlama zamanı etalon cihazlar kimi daha yaxşı metroloji xarakteristikalara malik cihazlar istifadə edilir.
Sabit cərəyanla işləyən cihazların yoxlanılmasında etalon kimi maqnit-elektik sistemli cihazlar, dəyişən cərəyanla işləyən cihazlar üçün isə elektrodinamik cihazlar seçilir. Son zamanlar rəqəmsal cihazların tətbiqinə daha çox rast gəlinir.
Etalon cihazın yuxarı ölçmə həddi yoxlanılan cihazın ölçmə həddinə bərabər olmalı və ya 25% faizdən artıq olmamalıdır. Etalon cihazın yol verilən xətası yoxlanılan cihazın xətasından 3...5 dəfə az olmalıdır.
Xətaların təyin edilməsi zamanı mütləq və nisbi xəta anlayışı fərqləndirilir:

  • Ölçmə cihazının mütləq xətası:

Х = ХÖ – ХH,
burada ХÖ (ölçmə cihazının göstəricisi) və ХH (etalon cihazın göstəricisi) müvafiq olaraq cihazın göstərişi və ölçülən kəmiyyətin həqiqi qiymətidir.

  • Ölçmə vasitəsinin nisbi xətası bir qayda olaraq faizlə ifadə olunur:


Burada – mütləq xətadır.
Bir çox ölçmə vasitələrinin qiymətləndirilməsi üçün faizlə ifadə olunan gətirilmiş xəta geniş istifadə edilir:

Burada – normallaşdırıcı qiymətdir.
Bir çox hallarda normallaşdırıcı qiymət kimi ölçmə cihazının yuxarı həddi qəbul edilir. Adətən ölçmə cihazlarının dəqiqlik sinifi gətirilmiş xəta ilə təyin edilir. Məsələn: dəqiqlik sinfi 0,5 olan cihazın əsas gətirilmiş xətası 0,5% ola bilər.
Ölçmə cihazları aşağıdakı dəqiqlik siniflərinə malik ola bilərlər:
0,05; 0,1; 0,2; 0,5; 1,0; 1,5; 2,5; 4,0.
Çoxhədli cihazları bir, iki əsas hədd üzrə, digərlərində isə bəzi nöqtələrdə yoxlayırlar. Yoxlama nəticəsində gətirilmiş xəta və ona görə isə dəqiqlik sinfi təyin edilir.
Maqnit-elektrik sistemli ampermetrlər sabit cərəyan dövrələrində cərəyan şiddətinin ölçülməsi üçün istifadə edilir. Cihazın maqnit dövrəsi sabit maqnitdən, qütb ucluqlarından və hərəkətsiz silindirdən ibarətdir. Qütb ucluqları ilə silindirin arasında olan hava boşluğunda yaranan radial sahəni, hava boşluğunun sahəsinin kiçik olduğuna görə sabit hesab etmək olar. Çərçivə oxlara bərkidilmişdir və hava boşluğunda fırlana bilir. Maqnit sahəsi ilə dolaq cərəyanının qarşılıqlı təsiri nəticəsində cərəyana proporsional olan fırlanma momenti meydana gəlir:

burada – cihaz sabiti olub, dolaqların sayından, çərçivənin sahəsindən və induksiyadan asılıdır.
Əks fırlanma momenti:

Burada, – yayın xüsusi əks fırlanma momentidir.
Cihaz şkalasının ifadəsi:

Burada – cihazın həssaslığıdır.
Maqnit-elektrik cihazlar yalnız sabit cərəyanla işləyirlər. Onlar yüksək həssaslığa, dəqiqliyə, şkalanın müntəzəmliliyinə malikdirlər və ampermetr və voltmetr kimi hazırlanırlar.


    1. Yüklə 333,35 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin