Təhlükəsiz iş şəraiti və əməkdaşların sağlamlığının mühafizəsi – biz əməkdaşlarımız üçün təhlükəsiz, təmiz və rahat iş şəraiti yaradır və onların sağlam olmasını hər şeydən üstün tuturuq.
Professional bilik və bacarıqlar – biz hər bir əməkdaşımızın daima fərdi professional bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi üçün böyuk səylər göstərir və bu istiqamətdə treninqləri, təkmilləşdirmə kurslarının təşkilini və digər təhsil proqramlarını dəstəkləyirik.
İş şəraitində qeyri etik davranışlar– biz iş şəraitində qeyri etik davranışların istənilən formasını, o cümlədən təzyiq, təhqir, şit zarafatların yolverilməz olduğunu bəyan edirik.
2. Яməkdaşların öhdəlikləri Biz ümid edirik ki, əməkdaşlarımız etik kodeksdə əks olunmuş qaydalara və qərarlara hörmətlə yanaşaсaq, eyni zamanda aşağıdakı prinsipləri öz fəaliyyətlərində rəhbər tutacaqlar:
Təşkilatin maraqlarından çıxış edərək, təşkilatın siyasətini və prinsiplərini üstün tutmaq;
Tərəfdaşlarla münasibətdə və kollektivdə düzgünlük, cavabdehlik, halallıq, hörmət, səmimilik, ədalət prinsiplərini üstün tutmaq.
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Təşkilatın daxili nizam-intizam qaydalarına riayət etmək.
Təşkilatın reputasiyasina xələl gətirən əməllərdən çəkinmək (həmçinin bax: maraqların münaqişəsi ilə bağlı müddəalara)