İqtisadi İslahatlar Mərkəziнин Етика кодекси
Əziz həmkarlar,
İqtisadi İslahatlar Mərkəzi Azərbaycanda iqtisadi siyasətin “Beyin Mərkəzi” olaraq 40-illik tarixi inkişaf yolu keçmişdir. Respublikada iqtisadi islahatların və dövlət konsepsiyasının düzgün formalaşdırılması işində İİM əməkdaşlarının gərgin əməyi və rolu danılmazdır. Təsadüfi deyildir ki, vaxtı ilə İİM-də fəaliyyət göstərmiş mütəxəssislərin əksəriyyəti bu gün ölkənin ali və iqtisadi idarəetmə strukturlarında – Prezident Apparatı, Nazirlər Kabineti, Milli Məclis, Milli Bank və digər dövlət orqanlarında məsul vəzifələrdə çalışırlar. Eyni zamanda İİM-in ekspertləri mütəmadi olaraq müxtəlif rəsmi görüşlərdə ölkəmizin iqtisadi inkişafı naminə dəyərli tövsiyyələrini və təkliflərini verir, Azərbaycanın mövqeyini xarici ölkələrdə layiqincə müdafiə edirlər. Belə bir münasibət, ilk növbədə hər bir İİM əməkdaşının Azərbaycana olan dərin sevgisindən və ölkəmizin gələcəyinə olan inamından doğur.
Peşəkarlığımız və keyfiyyətlə həyata keçirdiyimiz layihələr nəticəsində artıq biz təşkilatımızın müvafiq dövlət strukturları, yerli və beynəlxalq təşkilatlar qarşısında inamını və müsbət imicini qazanmışıq. Lakin, bu nailiyyətlər heç də asan qazanılmamışdır. 2003-cü ildə mövcud tələbatlara uyğun olaraq İİM-in təşkilatı strukturunda əsaslı dəyişikliklər edilmişdir. Artıq İİM inzibati komanda sisteminə uyğun idarəetmə funksiyalarını yerinə yetirən strukturdan çevik və dinamik struktura malik müasir bir elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Bu gün İİM-in fəaliyyəti korporativ əhval-ruhiyyəli cavan və özünə inamlı menecerlər tərəfindən idarə olunur. Bu gün bütün İİM əməkdaşları mərkəzin keyfiyyət, peşəkarlıq, halallıq, novatorluq və komanda ruhu kimi dəyərlərini bölüşür və bu dəyərlərə sadiqdir.
Azərbaycanın parlaq gələcəyinə inam, cavan və güclü elmi potensiala malik peşəkar işçi heyəti, o cümlədən kollektivdəki sağlam iş mühiti, əməkdaşlarmızın daima özünü təkmilləşdirmək həvəsi, öz işinə məsuliyyət və yeni düşüncə tərzi bizi digər təşkilatlardan üstün və güclü edir. Lakin, biz artq əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməməli, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasınn elmi əsaslarnın hazırlanması və sosial – iqtisadi tədqiqatlar sahəsində ən peşəkar təşkilata çevrilməliyik.
Buna nail olmaq yollarından biri, yüksək korporativ mədəniyyətə, ədalət, düzgünlük, halallıq və peşəkarlıq prinsiplərinə söykənən sağlam və güclü kollektivə sahib olmaqdır.
Nəzərinizə catdırılmış bu kitabca peşəkar “Etika Kodeksi” adlanır. Burada təsbit olunmuş prinsiplər hər birimizin mühüm hesab etdiyimiz və bölüşdüyümüz mənəvi və əxlaqi dəyərlərdir. Etika Kodeksi, həmçinin özündə yüksək etik standartları əks etdirir və əməkdaşlara və rəhbər işçilərə gündəlik münasibətlərində və mühüm qərarların verilməsində bələdçi rolunda çıxış edir.
Burada, xüsusən İİM rəhbərliyinin tərəfdaşlara, müştərilərə və rəqiblərə münasibətdə mövqeyi bəyan olunur, əməkdaşlara münasibətdə nəyin səhv, nəyin düzgün olması aydın şəkildə izah edilir.
Ümid edirəm ki, əməkdaşlarımız vəzifəsindən və mövqeyindən asılı olmayaraq etika kodeksində verilmiş davranış qaydalarına əməl edəcək və iş prosesində öz həmkarlarına, təşkilatın tərəfdaşları və müştərilərinə münasibətdə ədalətli və qərəzsiz mövqe tutaraq, təşkilatın maraqlarını hər şeydən üstün tutacaqlar.
Dostları ilə paylaş: |