Azərbaycan Banklar Assosiasiyasının
Rəyasət Heyəti iclasının
__ yanvar 2016-cı il tarixli,
__ saylı Protokoluna əsasən
TƏSDİQ EDİRƏM
_________________
Zakir Nuriyev
Azərbaycan Banklar Assosiyasiyasının Prezidenti
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ekspert və İşçi qrupların
Əsasnaməsi
Hazırkı Əsasnamə ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert və İşçi Qruplarının fəaliyyətinin tənzimlənməsi, qrupların üzvlərinin təyin edilməsi, sədrlərinin və sədr müavinlərinin seçilməsi qaydasını, qərar qəbul etmə prosedurlarını və digər əlaqədar münasibətləri müəyyən edir. Əsasnamədə qeyd olunan müddəalarla ABA-nın Nizamnaməsi arasında ziddiyyət olduqda Nizamnamədə müəyyən edilən müddəalar əsas götürülür.
-
Ümumi müddəalar
-
Assosiasiyada yaradılan daimi Ekspert Qrupları və cari məsələlərlə əlaqədar formalaşdırılan müvəqqəti İşçi Qrupları ABA üzvlərinin (banklar) müvafiq bölmələrində çalışan ekspertlərindən ibarət olmaqla, bank sektorunun qarşısında duran hədəflərin və bankların qarşılaşdığı ümumi problemlərin birgə müzakirəsi və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, banklar qarşısında duran əngəllərin aradan qaldırılması məqsədi ilə yaradılmış peşəkarlar birliyindən ibarədir.
-
Qruplar təcrübələrin mübadilə edildiyi, normativ-qanunverici təkliflərin və digər təşəbbüslərin müzakirə edildiyi və bankların ayrı-ayrı məsələlər üzrə ümumi mövqeyinin müəyyən olunduğu platformalardır.
-
Hər hansı Qrupun yaradılması və fəaliyyətinin ümumi koordinasiyasının hansı üzv banka həvalə edilməsi barədə qərar ABA-nın Rəyasət Heyəti (bundan sonra Rəyasət Heyəti) tərəfindən verilir.
-
Qrupa üzvlük
-
Ekspert Qruplarına üzvlük Rəyasət Heyəti tərəfindən qrupun fəaliyyətini koordinasiya etməyə təhkim edilmiş üzvün (bankın) təklifi əsasında formalaşdırılır və Rəyasət Heyəti tərəfindən təsdiq edilir. İstənilən üzv-təşkilat öz ekspertini qrup üzvlüyünə təklif edə, qrupun iclaslarında iştirak və təkliflərlə çıxış edə bilər.
-
Ekspert Qrupunun rəhbərinin seçilməsi və təsdiq edilməsi
-
Rəyasət Heyəti Ekspert Qrupunun üzvlərindən birini qrupun rəhbəri təyin edir. Ekspert qrupunun rəhbərinin namizədliyi ABA prezidenti və ya Heyət üzvü tərəfindən Rəyasət Heyətinə təqdim edir.
-
Zəruri olduqda, Qrupun rəhbəri müavinlərinin seçilməsi təşəbbüsü ilə üzvlərə müraciət edə bilər. Müavinliyə namizədlərin irəli sürülməsi həm Qrupun rəhbəri, həm də üzvlərin özləri tərəfindən həyata keçirilə bilər.
-
Ekspert Qrupunun rəhbəri və onun müavinləri iki il müddətini təsdiq edilir. Qrup rəhbərinin səlahiyyət müddəti növbəti iki il müddətinə bir dəfə uzadıla bilər.
-
ABA-nın İcraçı direktoru Prezident və Rəyasət Heyətini, eləcə də Qrupun üzvlərini Qrupun rəhbərinin və onun müavinlərinin səlahiyyət müddətinin başa çatması barədə məlumatlandırmalıdır.
-
İcraçı direktor uyğun namizədin müəyyən edilməsi üçün üzv-təşkilatlarla müzakirələr aparmalıdır. Belə müzakirələr nəticə vermədikdə, Prezident və Rəyasət Heyəti müvafiq qrupa sədr seçilməsi üçün Rəyasət Heyətinin bir neçə üzvündən ibarət müvəqqəti Komissiya yarada bilər. Qrup üzvünün sədrliyə öz namizədliyini irəli sürməsinə də imkan verilir. Seçilmiş namizədlər (Komissiya tərəfindən müəyyən edilən və ya belə Komissiya tərəfindən müəyyən edilməyən) sonradan, Rəyasət Heyəti tərəfindən təsdiq edilmək üçün təqdim olunmalıdırlar.
-
Ekspert Qrupunun üzvləri, onların hüquq və vəzifələri
-
Qrupun üzvləri aşağıdakı hüquqlara malikdir:
-
Qrupun rəhbəri və müavini vəzifəsinə seçilmək;
-
Qrupunda fəaliyyətində və iclaslarında iştirak etmək
-
İclaslarda müzakirə olunan məsələlərə əlaqədar dair münasibət bildirmək və əlaqədar təkliflər vermək;
-
Qrup çərçivəsində müzakirə olunması üçün müvafiq təşəbbüslər və təkliflərlə çıxış etmək;
-
Qrupun fəaliyyəti barədə məlumat almaq;
-
Assosiasiyanın verdiyi səlahiyyət çərçivəsində onu beynəlxalq, dövlət, ictimai və digər qurumlarda təmsil etmək.
-
Qrup üzvlərinin aşağıdakı vəzifələri vardır:
-
ABA-nın Nizamnaməsi və bu Əsasnamənin tələblərinə əməl etmək;
-
Assosiasiyanın idarəetmə orqanlarının qərarlarının həyata keçirilməsində iştirak etmək;
-
Qrupun digər üzvləri ilə qarşılıqlı anlaşma və yardım əsasında əməkdaşlıq etmək;
-
Assosiasiyanın və onun digər üzvlərinin imicinə zərər vura biləcək hərəkətlərə yol verməmək.
-
Qərar qəbul etmə və səsvermə prosedurları
-
Ekspert Qrupunun üzvləri iclaslarda müzakirə edilən bütün məsələlər üzrə bərabər səsvermə hüququna malikdirlər. Müzakirə edilən hər hansı məsələ üzrə səsvermə hüququndan istifadə edilməsi və ya bu hüquqdan istifadə etməmə üzvün mülahizəsindən asılıdır. İclasda bir üzv-təşkilatın bir neçə nümayəndəsinin səsi bir səs hüququ kimi nəzərə alınır.
-
Qərar qəbul etmə proseduru
-
Qrupun rəhbəri və iclasda iştirak edən üzvlər mübahisəli məsələlər üzrə konsensusa gəlinməsinə çalışmalıdır.
-
İclasda müzakirəyə qoyulan və barəsində qərar qəbul edilməsi tələb olunan istənilən məsələ üzrə açıq səsvermə keçirilməlidir.
-
Əgər səsvermə nəticəsində, səsverməyə qoyulan təklif cüzi fərqlə qəbul edilməzsə, məsələnin əleyhinə səs verən üzvlərdən, təklifə onların qərarını dəyişə biləcək düzəlişlərin mümkün olub-olmadığı barədə məlumat alınmalıdır. Əgər belə düzəlişlər edildiyi halda, əleyhinə səs verənlərin qərarını dəyişə biləcəyinin mümkün olduğu aşkar olunarsa, yeni səsvermə keçirilə bilər.
-
ABA üzvlərinin üçdə-biri tərəfindən tələb olunarsa, Rəyasət Heyəti müvafiq Ekspert Qrupunun hər hansı məsələ üzrə mövqeyinə yenidən baxılması üçün müzakirələr aça bilər.
-
Ekspert Qrupu yalnız öz mandatı çərçivəsində fəaliyyət göstərdikdə ABA-nın adından çıxış edə bilər. İcra Aparatı Qrupların öz mandatından düzgün istifadə etməsinə nəzarət edir və hər hansı məsələnin Qrupun mandatına uyğun olmadığını Qrupun rəhbəri ilə birlikdə müəyyən edir. Bu, hər hansı məsələnin Qrupun mandatının çərçivələrini aşdığı və ya başqa Qrupun səlahiyyətinə aid olduğu hallarda baş verir. Belə olan halda, Rəyasət Heyəti müvafiq qərar verməlidir.
-
Ekspert Qrupu, barəsində konsensus əldə edilə bilməyən hər hansı məsələnin Rəyasət Heyəti iclasının gündəliyinə daxil edilməsi ilə bağlı İcra Aparatına müraciət edə bilər. Bu zaman Qrup belə məsələlər üzrə yalnız konsensusa gəlinməsi barədə təkliflə çıxış etməklə yanaşı, hər hansı əlavə həll yolları və alternativ təkliflər də irəli sürməlidir.
-
Hər hansı məsələ bir neçə Qrupun mandatına aid olduğu və məsələyə bir neçə Qrup tərəfindən baxıldığı zaman, Rəyasət Heyəti belə məsələni bütün əlaqədar Qruplar eyni mövqe tutduğu zaman qəbul edir.
-
Səsvermə proseduru
-
Qrupların müzakirəsinə təqdim edilən hər hansı təklif ümumi maraqlara xidmət edən, status-kvonun dəyişdirilməsi, dəyişiklik, hərəkət və ya yeni mövqenin formalaşdırılmasına yönəldilmiş, əsaslandırılmış təklif olmalıdır.
-
Təklif, qəbul edilməsi üçün aşağıdaqeyd edilən şərtlərə cavab verməlidir:
-
Qrupun iclasının səlahiyyətli olması üçün üzvlərin 2/3 hissəsinin iştirakı vacibdir. Bu zaman bir üzv-təşkilatı təmsil edən iki və ya daha çox qrup üzvü bir üzv kimi nəzərə alınır;
-
Təklif, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul olunur (yəni iştirakçıların 50%-dən çoxunun leyhinə səs verdiyi);
-
O halda ki, iclasda iştirak edən və əleyhinə səs verən üzvlər 33%-dən çox olmasın.
-
İclasların çağırılması və iştirak
-
Ekspert Qruplarının iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.
-
Hər hansı aktual məsələ üzrə növbədənkənar iclas çağırıla bilər. Bu barədə qərar (i) Qrupun rəhbəri, (ii) ABA-nın İcraçı direktoru, (iii) Qrupun üzvlərinin üçdə bir hissəsinin irəli sürdüyü təşəbbüs əsasında qəbul olunur.
-
Qrupun hər hansı iclasında iştirak edə bilməyən üzv, ardıcıl üç dəfədən çox olmamaq şərtilə, onu əvəz etməsi üçün nümayəndə göndərə bilər. Bu barədə ABA-ya öncədən məlumat verilməlidir.
-
Qrupun iclasının keçirilməsi barədə məlumat, gündəliklə birlikdə, Qrup üzvlərinə iclasdan azı 5 (beş) iş günü əvvəl ABA İcra Aparatı çatdırılır.
-
Ekspert Qrupunun qərarları sədrlik edənin (Qrupun rəhbəri və ya o olmadıqda, müavinlərdən biri) və ABA-nın iclasda iştirak edən nümayəndəsi (iclasın katibi) tərəfindən imzalanan protokolla rəsmiləşdirilir.
-
Ekspert Qrupu üzvlərinin ABA-nı təmsil etməsi
-
Ekspert Qrupunun üzvü və ya üzvləri yalnız təmsil olunduqları qrupun mandatı çərçivəsində, ABA prezidentinin təqdimatı əsasında, eləcə də üzvün əməkdaşı olduğu bankın sədri ilə razılaşdırmaqla Assosiasiyanı müxtəlif dövlət və hökumət orqanları, ictimai birliklər, beynəlxalq qurumlar qarşısında, həmçinin Kütləvi İnformasiya Vasitələrində (KİV) təmsil edir.
-
Ekspert Qrupunun üzvü və ya üzvləri öz mandatlarına uyğun olaraq müxtəlif xarici və beynəlxalq konfranslarda, seminarlarda, eləcə də digər ölkələrin banklar assosiasiyaları və federasiyalarının təşkil etdiyi digər tədbirlərdə, onların ekspert qruplarının işində iştirak edə, eləcə də ABA-nı təmsil edə bilərlər.
-
Ekspert Qruplarının mandatı və iş metodu
-
Ekspert Qruplarının mandatı
-
Ekspert Qruplarının mandatı aid olduğu sahəni (məsələn, hüquqi məsələlər, ödəniş sistemləri və sair) bütünlükdə və ya bu sahənin xüsusi bir istiqamətini əhatə edə bilər.
-
Müxtəlif Qruplar eyni bir sahə ilə əlaqədar fəaliyyətə cəlb oluna və belə fəaliyyətdə iştirak edə bilər. Bu zaman, Prezident Rəyasət Heyəti ilə razılaşdıqmaqla həmin sahə üzrə əsas qrupu təyin edir. Bu halda digər qruplardan da məsələ ilə əlaqədar məsləhətlər alına bilər.
-
Bir qayda olaraq Qrupun adı onun ümumi mandatının sərhədlərini müəyyən edir.
-
Rəyasət Heyəti hər hansı Qrupun mandatını genişləndirə, eləcə də müvafiq qaydada müəyyən məsələ ilə məhdudlaşdıra bilər.
-
Qrupların mandatı ilə əlaqədar hər hansı fikir ayrılıqları Rəyasət Heyəti tərəfindən aradan qaldırlmalıdır.
-
Ekspert Qruplarının iş metodu
-
Hər bir Ekspert Qrupu növbəti mərhələ üçün (əsasən rüblük və illik) öz iş planını tərtib etməlidir. Belə iş planına fəaliyyət prosesindən əlavə və dəyişikliklər edilə bilər. İş planında növbəti dövrdə müzakirə ediləcək əlaqədar qanunvericilik və normativ aktları, bank sistemi üçün aktual olan məsələlər öz əksini tapmalı və Qrupun fəaliyyət istiqamətini müəyyən etməlidir.
-
Ekspert Qrupunun iclasında müzakirə ediləcək məsələlərin prioritetliyi ABA İcra Aparatı ilə Qrupun rəhbəri arasında müzakirələr aparılmaqla öncədən müəyyən edilməlidir. Keçiriləcək iclas zamanı hər hansı qərarın qəbul edilməsi gözlənildiyi halda, iclasda iştirak edə bilməyəcək üzvlərin öz əvəzlərinə nümayəndə təyin edə bilmələrinə imkan yaratmaq məqsədilə, bu barədə Qrupun üzvlərinə yazılı məlumat verilməlidir.
-
Əlaqədar sənədlər keçirilməsi planlaşdırılan iclasdan ən azı bir həftə öncə ABA İcra Aparatı tərəfindən Qrup üzvlərinə e-poçt vasitəsilə çatdırılmalıdır. Hər hansı məsələ və ya sənədlə əlaqədar rəy və təkliflərin verilməsi tələb oluduğu zaman bu barədə İcra Aparatı tərəfindən üzvlərə məlumat verilir və müvafiq müddətlər müəyyən edilir (belə müddət məsələnin təcililiyindən asısı olaraq dəyişir, əsasən bu müddət üç iş günü olur). Belə halda, müvafiq müddət bitdikdən sonra “münasibət bildirməmə (səssizlik) razılıq əlamətidir” prinsipi əsas tutulur.
-
Hər bir Ekspert Qrupu Rəyasət Heyətinin sədri ilə razılaşdırmaqla, müzakirə edilən və bank sektorunda aktual olan məsələlərə dair mövqe sənədi hazırlamalıdır. Bu sənəd ABA-nın əlaqədar məsələyə dair rəsmi mövqeyi hesab olunur və maraqlı tərəflərə təqdim edilir.
-
Ekspert Qrupunun rəhbəri hər hansı üzvün Qrupun fəaliyyətinə gözlənilən töhfəni verməməsi (müzakirə edilən məsələlərə münasibət bildirməməsi, təkliflərlə çıxış etməməsi) və üç ardıcıl iclasda iştirak etməməsi barədə ABA İcra Aparatını məlumatlandırmalıdır. Belə olan halda, həmin üzvün təmsil etdiyi təşkilata (banka) Qrupa başqa nümayəndənin təyin edilməsi ilə əlaqədar müraciət edilməlidir.
-
Rəyasət Heyətinin iclaslarının rübdə bir dəfə keçirildiyini nəzərə alaraq, Ekspert Qrupunun rəhbəri və ya İcraçı direktor rübdə bir dəfədən az olmayaraq, Qrupun gördüyü işlər və gələcək fəaliyyət planları barədə Rəyasət Heyətinə məlumat verməli, eləcə də altı aydan bir yazılı formada hesabat təqdim etməlidir.
-
Hər bir Qrupun fəaliyyəti illik əsasda qiymətləndirilməlidir. Belə qiymətləndirmə Qrupun rəhbəri, İcra Aparatı və ya Rəyasət Heyətinin sədri tərəfindən yerinə yetirilə bilər.
-
İşçi Qruplar
-
İşçi Qruplar Rəyasət Heyəti və ya Ekspert Qruplarının məşvərətçi orqanlarıdır. Bu Qruplar cari, texniki məsələlərlə əlaqədar olaraq Ekspert Qruplarının tərkibindən və ya ABA üzvlərinin (banklar) müvafiq bölmələrində çalışan digər ekspertlərindən müvəqqəti əsasda təşkil olunur. Konkret məsələlərin operativ qaydada müzakirəsini və müvafiq əlaqədar sənədən hazırlanması üçün əsasən İşçi Qrupların üzvlərinin sayı beş nəfərdən artıq olmur. Belə qruplara aidiyyəti Ekspert Qrupunun üzvləri ilə bərabər digər kənar ekspertlərin də cəlb edilməsi mümkündür.
-
İşçi Qrupların mövqeyi ABA-nın mövqeyi hesab edilmir. Bu qrupların vəzifəsi Rəyasət Heyəti və Ekspert Qruplarının həvalə etdiyi məsələ və təklif üzərində işləməklə onlara məruzə təqdim etməkdir.
-
Müəyyən bir məsələ üzrə İşçi Qrupu bir və ya bir neçə Ekspert Qrupu tərəfindən yaradıla bilər.
-
Qüvvəyə minmə tarixi
9.1.1 Ekspert və İşçi qrupların əsasnaməsi Rəyasət Heyəti tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.
Dostları ilə paylaş: |