TMK-nın müasir mərhələdə inkişafının əsas istiqamətlərindən biri-istehsalın beynəlxalq inteqrasiyasının formalaşdırılmasına və genişləndirilməsinə kömək edən müxtəlif təşkilati strukturlu işgüzar əlaqələrin kombinələşdirilməsindən ibarətdir. TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər. TMK dünyanın inkişaf etmiş ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı rol oynamağa imkan verir. TMK-ın payına elmi-texniki biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM, aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında strateji alyansların geniş yayılmasına gətirib çıxarır. TMK-cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da böyük olmayan ”Filips” TMK-nı misal gətirək, Dünyanın 40 ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60 ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır. Beləliklə, TMK dünya iqtisadiyyatına beynəlmilləşdirirlər. İstehsal prosesi isə qlobal xarakter qazanır.