10. Transmilli korporasiyalar beynəlxalq iqtisadi münasibətlərdə


Maddi istehsal sferasında beynəlxalq ixtisaslaşma və kooperativləşmə



Yüklə 16,73 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü16,73 Kb.
#40872
1   2   3   4   5
tmk.tmk

Maddi istehsal sferasında beynəlxalq ixtisaslaşma və kooperativləşmə. Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür, eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur. İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir - ərazi və istehsal. İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir. Məsələn, Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər. Sahədaxili ixtisaslaşma da öz növbəsində predmet, texnoloji və detal ixtisaslaşmalarına bölünür. Sahədaxili ixtisaslaşmada da öz nöbəsində predmet, texnologiya və detal ixtisaslaşmalarına bölünür. Predmet ixtisaslaşması hazır məhsul istehsalı ilə bağlıdır. Məsələn; İngiltərə, Fransa və Almanya traktor istehsalçıları kimi təkərli maşın buraxılışı üzrə,İtalya və ABŞ isə,əsasən,tırtıllı traktor istehsalı üzrə ixtisaslanırlar. Hazır məhsul üzrə beynəlxalq ixtisaslaşmanın yüksək müxtəlifliyi komplekt avadanlıqların istehsalı üzrə ixtisaslaşmadır. Texnoloji əməliyyatlar üzrə ixtisaslaşma hər hansı məhsulun hazırlanmasında ayrı-ayrı əməliyyatların icrasında ölkələrin səylərinin cəmləşməsidir. Məsələn, alyumin istehsalında Rusiya və Macarıstanın əməkdaşlığını göstərək. Macarıstan Rusiyaya qlinoz göndərir. Alyumin istehsalı üçün tələb olunan elektroenerji məsrəfləri Rusiyada mövcuddur. Əridilmiş alyumin Macarıstana qayıdır. Deməli,texnoloji proseslər üzrə ixtisaslaşma baş verir.


Yüklə 16,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin