- Bəs o qızın adı, sənəti nə idi?
- Musiqiçi idi, nədə ifa edirdi, bilmirdik. Amma dəfninə gəlmişdi. Anam deyir ki, görən kimi başa düşdük həmin qızdır. Yaxşı qarşıladıq.
- Bildiyim qədər konservatoriya bir müddət onun adını daşıyıb
- O rəhmətə gedəndən sonra Üzeyir bəy belə qərara gəldi ki, konservatoriyanı Asəf Zeynallı adına eləsinlər. Konservatoriya 1948-ci ilə qədər - Üzeyir bəyin vəfatına qədər əmimin adını daşıdı. Sonra gəlib atamdan icazə istədilər ki, konservatoriya Üzeyir bəyin, onun nəzdindəki musiqi kolleci isə Asəf Zeynallının adına olsun. Atam dedi ki, söz ola bilməz, elə də olmalıdır.
- Sizə ondan nələr qalıb?
- Ağ-qara şəkilləri, notları, tamamlanmamış simfoniyası, fraqmenti.
- Ailənizdə adını daşıyan varmı?
- Bəli, əmimoğlu Asəf onun adını daşıyır. Amma təəssüf ki, heç biri musiqi sənətini davam etdirmədilər.
- Dərbənddəki evdə olmusunuz?
- O evdə indi başqaları yaşayır. Mən Dərbənddə olanda gedib o evə də baxdım. Onun 60 illiyində Dərbənddə konsert verdik. Təəssüf ki, orada ata tərəfdən qohumlarımız qalmayıb.
Bu yerdə müsahibəmiz yekunlaşır. Elmira xanıma təşəkkür edib, sağollaşıram.
Dostları ilə paylaş: |