11. Psixodiaqnostik metodlar


Aktivliyin iradi tənzimi. İradə  haqqında  anlayış



Yüklə 22,78 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü22,78 Kb.
#50240
1   2   3   4   5
11-15

Aktivliyin iradi tənzimi. İradə  haqqında  anlayış.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.

İradə həm də təxəyyüllə bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir.

İradi işin quruluşu. İradi iş iki əsas mərhələdən ibarətdir:  1. Zehni və ya intellektual mərhələ;  2.İcra və yaxud əsas iradi mərhələ.

Risk-o halda işə qoşulur ki, fəaliyyətin nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, mahiyyətinə görə çox önəmli iradi keyfiyyət hesab olunur.

Strukturuna görə iradi işləri iki qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər.

Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal masanın arxasına keçib hazırlaşmağa başlayırsınızsa, bu cür işi sadə iradi iş adlandırmaq olar.

Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir. Bu zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək gərəkli olur.

Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:

1. İlkin iradi keyfiyyətlər –iradi güc, təkidlilik.

2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.



3.Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.

İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbirlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsiliyi də aid etmək olar.
Yüklə 22,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin