Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu nədir?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Kataral səpgi, 4-cü gündə yuxarıdan aşğı istiqamətdə yayılan (səpgilərin mərhələlərlə
yaranması)
2. Diaqnoz: Qızılca, tipik, orta-ağır forma
3. Müalicə: yataq rejimi, çoxlu miqdarda mayenon qəbul edilməsi, Vitamin A 100 000-200 000
V gündəlik dozadan xəstəliyin 2-ci günündə.
Məsələ:45
Qız 2 aylıqdır. Vaxtında doğulub. Ana südü ilə qidalanır. Zehni və fiziki inkişafı yaşına
uyğundur. Uşağın atasında 12 həftə ərzində öskürək qeyd edilib. Anasının dediyinə görə uşaqda
normal temperatur fonunda sonrakı günlərdə artan öskülək əmələ gəlib. Bir həftədən sonra uşaq
vəziyyətin ağırlaşmasına görə KRVİ, pnevmoniya diaqnozu ilə hospitalizasiya edilib. Anasının
qeydin görə ailədən heç kimin dərmanlara qarşı allergiyası yoxdur.
Qəbul zamanı: vəziyyəti orta ağırdır. Dərisi avazıyıb. Öskürək tutma şəkillidir, üzün sianozu,
bəzən qusma, yapışqan qatı bəlğəmin ayrılması ilə müşaiyət edilir. Ağ ciyərlərdə sərt tənəffüs,
keçici xırıltılar. Ürək tonları urdur, taxikardiya qeyd olunur. Daxili orqanlar tərəfindən dəyişiklik
yoxdur. Xəstəliyin ikinci həftəsinin sonunda vəziyyəti ağırlaşıb. Üzü şişkindir, dodaq-burun
sianozu daim saxlanılır. Öskürək güclənib, gün ərzində 20-dən 30-a qədər qusma ilə birlikdə
tutmaşəkilli olub. Periodik olaraq uşaqda göyərmə ilə müşaiyət olunan tənəffüsün dayanması və
bir neçə dəfə qıcolmalar qeyd edilib. Sonradan bədən temperaturu 38,5oC-ə qədər qalxıb.
Ağciyərlərdə yaş xırdaqabarcıqlı xırıltılar eşidilib, döş qəfəsinin yumşaq nahiyələrinin dartılması
ilə daimi olan təngnəfəslik əmələ gəlib.
Ürək tonları karlaşıb: ÜVS-160 vurğu/dəq. Uşaq süst, bəzən narahat olub.
Əlavə müayinələrin nəticələri: Döş qəfəsinin rentgenoqramması: ağ ciyərlərin artmış
pnevmaniyası, çoxsaylı xırda ocaqlı kölgəliklər, əsasən kökətrafı və aşağı nahiyələrdə.
Qanın ümumi analizi: Hb-128 q/l, eritrosit – 3,8 x 1012/l, rəng göst. – 0,87, leykosit- 18,2 x
109/l, ç/n- 5 %, s/n-19 %, limf.- 5 %, mon.- 10%, EÇS – 8 mm/san.
Dostları ilə paylaş: |