Məsələ:30
Oğlan 1 yaşında, xəstəxanaya aşağıda sadalanan şikayətlərlə daxil olub: iştahın azalması, çəki
artımının ləngiməsi, son zamanlar üfunətli, yağlı nəcis ifrazatı.
Xəstəliyin anamnezi: 6,5 ayından rasionuna manna sıyığı daxil edilib, ondan təxminən 1 ay sonra
uşağın nəcisi dəyişib: həcmi çoxalıb, köpüklüdür, üfunətlidir və yağlıdır. Manna sıyığını
rasiondan ləğv etdikdən sonra uşağın vəziyyəti yaxşılaşıb. 7 ayında dizenteriya keçirib, 9 və 11
aylarında – pnevmoniya. Xəstəliklərdən sonra uşağın iştahı pisləşib, çəkisini pis artırır.
Həyat anamnezi: uşaq 1-ci hamiləlikdəndir, cavan və sağlam valideynlərdən. Doğuş – vaxtında.
Doğuş zamanı çəkisi 3500 qr., uzunluğu 51 sm. 3 aya qədər ana südü alıb, ondan sonra
adaptasiya olunmuş süd məhsulları. İrsiyyət və allerqoloji anamnez ağırlaşmayıb.
Xəstəxanaya daxil olarkən vəziyyəti: orta ağır. Çəkisi 8550 qr. Dərisi avazımış, quru, saçları
qırılır, dırnaqları ovxalanır, dırnaqların üzərində ağ nöqtələr var. Dərialtı piy qatı inkişaf etməyib,
əzələ tonusu azalıb. Ağ ciyərlərdə pueril tənəffüs, xırıltılar yoxdur. Tənəffüs sayı 28/1 dəqiqədir.
Ürək hüdudları genişlənməyib, ürək tonları bir qədər karlaşıb, ritmikdir, küy yoxdur. Ürək
döyüntülərinin sayı 100/ 1 dəq. Qarın əhəmiyyətli dərəcədə böyüyüb, əllər və ayaqlar nazikdir.
Dalaq əllənmir. Nəcis böyük həcmdə, köpüklü, yağlı, üfunətli, selik və qan yoxdur. Diurez su
qəbuluna adekvatdır.
Dostları ilə paylaş: |