Cavablar:
1. Kliniki diaqnoz nədir?
a. sistit
2. Ən optimal laborator müayinə metodu hansıdır?
a. sidiyin ümumi analizi, nitrit test, mikrobioloji müayinə
3. Ən optimal diaqnostik (instrumental) müayinə üsulu hansıdır?
a. sidik sistemini usm
4. Hansı xəstəliklərlə differensial diaqnostika aparılmalıdır?
a. piyelonefrit
5. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin
a. antibiotikoterapiya 3-5 gün, çoxlu maye istifadəsi
Məsələ:28
Sahə həkimi evə çağırışda. Səbəb: 6 yaşlı qızda gecə tutma şəklində öskürək, tənginəfəslik,
fitverici tənəffüs.
Xəstəlik anamnezi: 3 yaşında olarkən may ayında gəzintiyə çıxan zaman (meşə və ya
parkda)tənəffüs çətinləşməsi qeydə alınırdı, evə qayıdanda keçirdi. Hal-hazırki vəziyyət qonaq
gedərkən pişik ilə oynadıqdan sonra başlayıb və təcili yardım göstərildikdən sonra yüngülləşib.
Həyat anamnezi: 1-ci hamiləlikdən, fəsadsız, çəki 3400 qr, boy 52 sm, 2 aydan süni qidalanmada.
6 aydan atopik dermatit, hal-hazırda soklardan, yumurta, şokolad, çiyələk və karamel
istifadəsindən sonra kəskinləşir.
Ailə anamnezi: anada- atopik dermatit, atada- pollinoz.
Baxış zamanı: davamlı quru öskürək, təngənəfəslik, 32/1 dəq. Dəri quru, qabıqlı, yanaqlarda, diz
və dirsək büküşlərində qaşınmadan dırnaq izləri. Tənəffüs fitverici, tənəffüsvermə uzanıb.
Perkussiya zamanı qutuyabənzər səs, auskultasiya – quru fitverici xırıltılar bütün ağciyər
sahəsində. Ürək tonları karlaşıb, 92/1 dəq. Qarın –N.
QÜA: Hb 118 q/l, er. 4,3 x 10
12
/L, Leyk. 5,8x10
9
/L, çubuq 2%, neyt 48%, limf.28%, eoz.14%,
mon 8%, EÇS 3 mm/s.
SÜA: nisbi sıxlıq 10
16
. Zülal –yox, er –yox, Leyk 1-3 q.s.
Döş qəfəsinin Rq-sı: ağciyər şəffaflığı artıb, köklər nahiyəsində bronx-ağciyər şəkli güclənib,
ocalı kölgə yox.
Dostları ilə paylaş: |