1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu nədir?
nəfəs almanın (repizin) ardınca tez-tez bir-birinin ardınca əmələ gələn nəfəs vermələr. Sifət
gərginıləşir, alın, sonra bütün sifət qızarır, sifətin, ağızın selikli qişasının sinozu əmələ gələ bilər,
dil ağızdan çıxır. Tutma şəffaf yapışqan bəlğəmin ifraz olunması, qusma ilə bitir. Tutmalar gündə
5-50 dəfə ola bilər (yüngül 15-ə qədər, orta ağır-25-ə qədər, ağır-25-dən artıq).
Təmiz havada
vəziyyətin yaxşılaşması qeyd olunur.4-5 həftə davam edir. 2-ci həftədə atelektaz əmələ gələ bilər.
Sağalma dövrü – tutmalar yüngülləşir, azalır, tipik xüsusiyyətlərini itirir. Sağalmadan sonra
KRVİ-nin fonunda təkrar spazmatik öskürəyin əmələ gəlməsinə meyllilik saxlanılır. Laborator
müayinələr: qanın ümumi analizində - leykositoz, limfositoz, normal EÇS.
2. Bakterioloji müayinə: Petri qabı tutulur, xəstə onun üzərinə öskürür, yuxarı nəfəs
yollarından iki tamponla – quru və fizioloji məhlulda islanmış – selik götürülür. Seroloji müayinə
- göy öskürək bakteriyasına anticismlərin 4 dəfə artması.
3. Göy öskürək, kəskin ocaqlı pnevmoniya, ağır forma.
4. Müalicə: oksigenoterapiya (oksigen 40%-dən çox olmaması), tənəffüsün dayanması
zamanı – tənəffüsün bərpa olunması – tənəffüs yollarının təmizlənməsi, ağciyərlərin süni
ventilyasiyası. Fizioloji məhlulla inhalyasiyalar, B2 adrenomimetikləri. Tutma şıkilli öskürək
zamanı axşamlar seduksen 0,3 mq/kq. Antibiotiklər- eritromisin, roksitromisin.
Qlukokortikoidlər – prednizolon 2 mq/kq, hidrokortizon – 5-7 mq/kq.
Dostları ilə paylaş: