Məsələ:46
7 yaşlı qız uşağı şöbəyə ödəm və baş ağrısı şikayətləri ilə daxil olub. Anamnesis morbi: keçirdiyi
KRVİ –dən dərhal sonra xəstələnib. Üzdə gündən günə artan ödəm əmələ gəlib. Poliklinikada
edilən sidik analizi nəticəsində proteyinuriya və eritrosituriya qeyd olunub. Anamnesis vitae:
uşaq normal keçən II hamiləlikdəndir, doğuş vaxtında olub. Uşaq doğulduqda çəkisi 3100 q,
uzunluğu 50 sm olub. Erkən inkişaf qeyri-xüsusidir. Profilaktik peyvəndlər cədvəl üzrədir.
Keçirdiyi xəstəliklər: su çiçəyi, epidemik parotit. Tez-tez KRVİ ilə xəstələnib.
Baxış zamanı: vəziyyəti ağırdır. Dəri solğun, əsnək çəhrayı, badamçıqlar hipertrofiyalaşmış,
yumşaq. Üz, baldır, pəncə, bel nahiyyəsinin, qarın ön divarının nəzərə çarpan ödəmi. Ağ
ciyərlərdə tənəffüsü vezikulyar, xırıltı yoxdur. Ürək tonları aydın, güclənmiş, ritmikdir. ÜVS 110
vurğu/dəq., AT 140-80
mm.c.st
. Qaraciyər qabırğa sərhəddindən 2 sm kənara çıxıb. Hər iki
tərəfdə döyəcləmə simptomu mənfidir. Sutka ərzində 200, 0 ml sidik ifraz edib.
Qanın analizi: Hb-130 q/l, eritrosit – 5,2 x 10
12
/l, leykosit 9,8 x 10
9
/l, ç/n-8%, s/n-43%, eoz-6%,
limf.-34%, mon.- 9%, EÇS – 40 mm/san.
Qanın biokimyavi analizi: zülal-42 q/l, albumin-20 q/l, xolesterin 10,9 mmol/l, kretanin 76
mkmol/l, CRZ ++, kalium-4,81 mmol/l, natrium -137,5 mmol/l.
Sidiyin ümumi analizi: xüsusi çəkisi -10
16
, zülal-6%, leykosit – 0-1 görmə sahəsində, eirtrosit –
70-80 gör.san. (koaquloqramma)
Dostları ilə paylaş: |