12.Avstriya-Macarıstanın və Almaniyanın I Dünya Müharibəsində məğlub olmaları
1918-ci ilin yazında alman komandanlığı ABŞ-ın iri silahlı qüvvələri Avropaya gəlib çıxana qədər ingilis-fransız qoşunlarını darmadağın etməyə cəhd göstərdi. Alman komandanlığı əsgərləri inandırmağa çalışırdı ki, bu, həlledici və son döyüş olacaqdır. Beləliklə, Almaniya martın axırında hücuma başladı. Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndərməyə başlamışdılar. Əsgərlər əldən düşmüşdülər və vuruşmaq istəmirdilər, bəziləri isə ordudan qaçırdı. Alman qoşunlarının hücumu müvəffəqiyyətsizliyə uğradı və təşəbbüs Antantaya keçdi. İngilis-fransız orduları və artıq gəlib çıxmış ABŞ birləşmələri Almaniya qoşunlarını əvvəlki mövqelərinə geri oturtdular. Avqustun 8-də Fransa, İngiltərə və ABŞ qoşunları fransız marşalı Foşun ümumi komandanlığı altında hücuma başladılar. Onlar almanların cəbhəsini yararaq bir gündə 16 diviziyanı darmadağın etdilər. Vuruşmaq istəməyən alman əsgərləri əsir düşürdülər. Alman baş qərərgahının faktiki rəhbəri olan general Lüdendorfun sözləri ilə desək, bu, dünya müharibəsi tarixində alman ordusunun ən qara günü idi. Almaniyanın silahlı qüvvələri Fransa-İngiltərə və Amerika qoşunlarının əsas hücumuna qarşı müqavimət göstərə bilmirdilər. İngiltərə-Fransa və Serbiya qoşunları Balkan cəbhəsində də hücum edirdilər. Bolqar ordusu əzildi və Bolqarıstan təslim oldu. İngilis-Fransız qoşunları Fələstində və Suriyada türk ordusunu məğlub etdikdən sonra Osmanlı imperiyası da təslim oldu. Avstriya-Macarıstan ordusunun əsgərləri vuruşmaqdan imtina edirdilər. Avstriya-Macarıstan imperiyası dağıldı. Onun ərazisində bir sıra müstəqil milli dövlət yarandı. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı Antantanın diqtə etdiyi barışığı imzaladı. Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi. Ölkə respublika oldu. Yeni hökumət yaradıldı. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, general Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh müqaviləsi imzalandı. Noyabrın 11-də saat 11-də ali baş komandanın qərargahının qarşısında duran siqnalçı "Atəşi dayandırın!" əmrini verdi. Bu siqnal bütün cəbhəyə çatdırıldı. Həmin anda döyüş əməliyyatları dayandırıldı. Birinci dünya müharibəsi başa çatdı.
Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.
1918-ci ilin payızındа dахili sоsiаl və milli ziddiyyətlər, hərbi əməliyyаtlаrdаkı uğursuzluqlаr nəticəsində Аvstriyа-Mаcаrıstаn impеrаtоrluğu dаğılmаğа bаşlаdı. Təsərrüfаt dаğınıqlığı, аclıq və cəbhələrdəki аğır məğlubiyyətlər milli аzаdlıq hərəkatını gücləndirdi. Аvstriyа-Mаcаrıstаndа yаşаyаn müхtəlif хаlqlаr müstəqil siyаsi həyаtа qədəm qоydulаr. Оktyаbrın 21-də аvstriyаlı dеputаtlаr özlərinin Аvstriyа Müvəqqəti Milli Məclisini yаrаtdılаr. Zaqrebdə təşkil olunmuş Xalq veçesi oktyabrın 28-29-da monarxiya ilə əlaqələri kəsərək slovenlərin, xorvatların və serblərin dövlətlərinin yaradılması haqqında qərar qəbul etdi. Оktyаbrın 28-də isə Çех Milli Şurаsı Prаqadа Çехоslоvаkiyаnı müstəqil dövlət еlаn еtdi. Mаcаrıstаndа inqilаb bаş vеrdi. İmpеrаtоr Kаrlın impеriyаnı islаhаtlаr həyаtа kеçirmək yоlu ilə sахlаmаq cəhdləri uğursuzluqlа nəticələndi. Krakovdda təşkil olunmuş ləğv etmə komissiyası oktyabrın 28-də Polşa torpaqlarının Polşa dövlətinə birləşdirilməsi barədə bəyanat verdi.[7] Həmin gün Аvstriyа-Mаcаrıstаn оrdusunun kоmаndаnlığı mühаribəni dаyаndırmаq хаhişi ilə İtаliyаyа mürаciət еtdi. 1918-ci il nоyаbrın 3-d ə Аvstriyа-Mаcаrıstаn komаndаnlığı Pаduidə təslim оlmаq hаqqındа аkt imzаlаdı. Bаrışığın şərtlərinə görə müttəfiqlər ölkənin təsərrüfаtınа tаm sаhib оlurdulаr. Noyabrın 11-də Müvəqqəti milli yığıncaq Avstriya respublikasını elan etdi. Habsburqlar ölkədən sürgün olundu. Noyabrın 16-da IV Karlı Macarıstanda taxtdan saldılar. Avstriya-Macarıstan imperiyası Avropanın siyasi xəritəsindən silindi.
1914-cü ildə Almaniya müharibəyə öz rəqiblərindən daha yaxşı hazırlaşmışdı. Lakin dünya müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. Amerika Birləşmiş Ştatları da Antanta tərəfində idi. Almaniya]], Rusiyada, Avstriya-Macarıstan da və Osmanlı imperiyalarında mövcud olan quruluş dünya müharibəsi sınaqlarından çıxmadı və dağıldı. Məğlubiyyətlər və inqilablar nəticəsində bu imperiyaların dördü də dünyanın siyasi xəritəsindən silindi. ABŞ, İngiltərə və Fransa imperialistləri özlərinin başlıca rəqiblərinin darmadağın edilməsinə nail oldular və dünyanın yenidən bölüşdürülməsinə başladılar. İmperializmin doğurduğu bu müharibə milyonlarla adamı məhv etdi və çox böyük maddi zərər vurdu. Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914-1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer üzündən silindi, çox sayda dəmiryollar, körpülər, fabrik və zavodlar dağıdıldı. Müharibə bir çox Avropa ölkəsinin sənayesinin, kənd təsərrüfatının və maliyyəsinin dağılmasına səbəb oldu. 1772-1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl dollar hesabı ilə) təşkil etmişdisə, Birinci Dünya müharibəsi 80 milyard dollar məbləğində ziyan vurmuşdu. Bu soyğunçuluq müharibəsinin müsibətləri və onun nəticələrinin bütün ağırlığı əhmətkeş kütlənin üzərinə düşmüşdü.
Dostları ilə paylaş: |