14
NAŞİR
/ Noyabr – Dekabr 2015
qaçınmağa çalışdınız. Qaraciyərin geri qaytarılması,
özünü bərpa etməsi üçün (qaraciyər yeganə
orqandır ki, öz-özünü bərpa edə bilir) əlinizdən
gələni əsirgəmədiniz və hər zaman bu proseslərin
başında durdunuz, təkcə doktor kimi deyil, həm
də bir dost – qardaş kimi. Halbuki xəstəliyə
qədər heç Atamla tanış belə deyildiniz. Hətta
bildiyimə görə ilk tanışlıqda arada kiçik bir
anlaşılmazlıq da olmuşdu.
Siz həm də gözəl psixoloqsunuz. Heç nəyə
əyilməyən, sonu nə olursa-olsun (hətta ölüm belə
olsa) getdiyi yoldan dönməyən, heç nəyə asanlıqla
ram olmayan və yalnız məntiqi nəticəyə inanan
çox zəki və ağır təbiətli Atamın xasiyyətinə
uyuşmayan, zor şərtləri olan bu müalicə
mexanizminə üç ilə yaxın bir müddətdə əməl
etməsinə onu razı sala bilməniz, doğrusu, bizi
çox təəccübləndirdi. Ancaq siz onun xarakterində
olan mübarizlik, qorxmazlıq, verdiyi sözə mütləq
əməl etməsi kimi cəhətlərdən ustalıqla istifadə
edərək onları lazımi istiqamətə yönəltdiniz.
Biz də ailədə sizin bu doğru metodunuzu
dəstəkləyir, hər vasitə ilə sizin tapşırıqlarınızı
yerinə yetirməyə çalışır, yeri gələndə (bu tez-tez
olurdu) onun söz verdiyini yadına salır, bəzən
isə əsəbi vaxtlarında nəvələrini irəli verər və onu
bu yolla sakitləşdirməyə çalışardıq. Sağ olsunlar,
ağır iş şəraitinə baxmayaraq, iş yoldaşları da
həmişə ona dəstək olmuşlar.
Qaraciyər isə bütün kaprizlərini sanki Atama
göstərməyə çalışır, gah bir az yaxşılaşıb ümid
verir, gah da pisləşib məyus edirdi.
Xaraktercə çox səbirsiz adam olan Bəhruz
müəllim prinsipiallıqla buna dözür və hətta hərdən
zarafatla «bütün ətrafımdakılar kimi qaraciyərim
də mənə şıltaqlıq edir» – deyirdi.
Ancaq getdikcə hər şey ciddiləşirdi. Atamın
da səbri tükənmişdi. İndi artıq, o kapriz etməyə
başlamışdı (bu da sanıram ki, xəstəliyin bir əlaməti
idi). Son 3–4 ayda heç nəyə məhəl qoymadan,
demək olar ki, hər şeyi tam tərsinə edirdi. Biz
yalvarıb-yaxaranda isə «görmürsünüzmü olmur,
zorla deyil ki? Görünür, qismət belədir. Bir də ki,
rəhmətlik Nüsrət Kəsəmənli demişkən: «Yalvarıb
yaşamaq ömür, gün deyil», bala», – deyirdi.
Vəziyyətin nə qədər kritik oldu ğunu hamımız
yaxşı bilirdik. İnsan bədənini idarə edən ən vacib
orqan olan qaraciyər nəinki fəaliyyətini
dayandırmaq üzrə idi, hətta digər həyati orqanlara
öz mənfi təsi rini göstərməyə başlamışdı. Ölüm
təhlü kəsi hər an gerçəkləşə bilərdi və bunu öz
bədənində hiss edən Atam və sevimli doktor, siz,
hamıdan daha yaxşı bi lir di niz. Nə qədər riskli
olsa da, yeganə yol əməliyyat – qaraciyər nəqli
idi.
Son vaxtlar söhbətlərində bizə ölümün də
doğum kimi təbii bir həyat hadisəsi olduğu nu və
onun hər kəs tə rəfin dən normal qəbul olunmasının
vacibliyini təqlid edən təmkinli, lakin müba riz
xarakterli Atamın, hətta sizin belə həyəcan
keçirdiyinizi bilə-bilə əməliyyat otağına aparılarkən
son anda qapının önündə dimdik da yanaraq ağarmış
bəniz lərini və yaş boğan gözlərini gizlətməyə
çalışan qardaşlarıma və anama gülüm səyə rək:
«Belə şax, mərd dayanın. Allah nə etsə, gözəl edər.
Allaha və dokto run əllərinə dua edin, inşallah
tezliklə görüşərik» deyərək əlini yellətməsi də