13. İNKİŞaf etmiŞ VƏ İNKİŞaf etməKDƏ olan öLKƏLƏRİn beynəlxalq iQTİsadiyyati iqtisadi inkişafın məqsədləri



Yüklə 17,67 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü17,67 Kb.
#40391
1   2   3   4   5   6
13. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadiyyatı

Yaponiya iqtisadiyyatı 1991-ci ilə qədər yüksək inkişaf tempi və məşğulluq səviyyəsi nümayiş etdirirdi. Bu ölkənin fond birjası indeksi – “Nikkei” 1985-90-cı illərdə 300% artaraq 40 000-ə çatmışdı. Belə bir yüksəlmə fonunda isə daşınar və daşınmaz əmlak qiymətləri sürətlə artırdı.

Məsələn, paytaxt Tokionun bəzi yerlərində daşınmaz əmlakın kvadratmetr 750 min dollara alınıb-satılırdı. Hətta bəzi təhlilçilər “Tokio Imperial Palace”ın Kaliforniyanın bütün ərazisindən baha olduğu qənaətinə gəlmişdi.

Bu tendensiya 1991-ci ildə sona çatdı və Yaponiyanın əmlak və fond bazarları kəskin dəyər itirdi. Növbəti 10 il Yaponiya üçün “itirilimiş illər” oldu. Bu ölkənin ümumi daxili məhsulunun (ÜDM) illik dəyəri 5,3 trilyon dollardan 4,3 trilyon dollara düşdü, əməkhaqqıları 5% azaldı və deflyasiya başladı. Yaponiya hökuməti vəziyyətdən çıxış yolu kimi kütləvi şəkildə borclanaraq iqtisadi artımı stimullaşdırmağa başladı.

Yaponiya Mərkəzi Bankı isə uçot dərəcəsini 0%-ə endirdi. Hal-hazırda bu ölkənin xarici borcunun ÜDM-nə nisbəti 238%-dir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 100%, Azərbaycanda isə 50% ətrafındadır. Yaponiya iqtisadiyyatı hələ də həddindən çox aşağı inflyasiya, zəif iqtisadi artımla mübarizə aparır. “Nikkei” indeksi böhrandan əvvəli səviyyəsinə gəlib çatmayıb.

Bir sözlə, Avropada investorlar nəinki əllərində olan vəsaitlərdən gəlir əldə edirlər, əksinə, pullarını saxlayanlara pul ödəyirlər. İnflyasiyanı da nəzərə alsaq, pul sahiblərinin itkisi bir qədər də böyüyür. ABŞ-da orta müddətli faiz dərəcələri hələ ki, müsbət olsa da, sürətlə azalmaqdadır. Buna səbəb investorlarda zəif iqtisadi inkişafa paralel olaraq deflyasiyagözləntisinin olmasıdır. Qiymətlərin azalması bir tərəfdən anbarlardakı malların dəyərsizləşdirdiyi, digər tərəfdən isə investisiya və istehlakı təxirə saldığı üçün iqtisadiyyat üçün təhlükəli sayılır.

Avropa Mərkəzi Bankının sonuncu toplantısından faizləri daha da azaldılacağı siqnalı gəldi. Nəzərə alsaq ki, hazırda qurumun uçot dərəcəsi 0%-dir, bunun mənfiyə düşməsi orta və uzunmüddətli istiqraz faizlərinin daha da azalmasına gətirib çıxara bilər. Məqsəd isə iqtisadiyyatı stimullaşdırmaqla yanaşı, müəyyən bir inflyasiya yaratmaqdır. Diqqət mərkəzində saxlanılmalı məqamlardan biri də budur ki, mənfi faizlər bank sektorunun gəlir potensialını azaltdığı üçün banklar kreditləşməni azalda bilərlər və bu iqtisadi inkişafa mənfi təsir göstərə bilər. Əmanətçilər də əmanətlərini banklardan çıxarıb yastıq altına yığa bilərlər. Eyni zamanda mərkəzi bankların kütləvi yumşaq pul siyasəti gözləniləndən daha passiv inflyasiyaya gətirib çıxara bilər.




Yüklə 17,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin